XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 16:39

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının məhkəməsi –Proses başladı

mehkeme

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun vəkilləri həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsi, cinayət işinə xitam verilməsi və digər məsələlərlə bağlı vəsatətlər veriblər. Lakin məhkəmə vəsatətləri təmin etməyib. İş üzrə məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.

İ. Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.

APA