XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 10:09

İrandan Azərbaycana 3 kiloqrama yaxın tiryək keçirmək istədi- Yaxalandı (FOTO)

Sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kiloqram 800 qram tiryəki İrandan Azərbaycana gətirmək istəyən İran vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb.

DSX-nin mətbuat mərkəzindən bildiriblər ki,əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əlaqəsində olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik maddəni ondan qəbul edərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.