XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2016 - 19:00

Göyçay sakini32 yaşlı arvadını bıçaqladı

Göyçay rayonunda bıçaqlanma olub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay şəhərinin Səməd Vurğun küçəsində baş verib.

Göyçay sakini Fəqan Misirxanov ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı yaşadığı evdə həyat yoldaşı, 1984-cü il təvəllüdlü Misirxanova Humay Murad qızını bıçaqlayıb. H. Misirxanova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.