XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 September 2016 - 13:56

Gəncədə dəhşətli hadisə:özündən 30 yaş böyük kişini öldürdü

Gəncə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.