XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

25 Sentyabr 2016 - 15:52

51 yaşlı kişiXəzərdə batdı

Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:05-də başa çatıb.