XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2016 - 22:19

Sabirabadda agır yol qəzası- Bir ailənin 3 üzvü yaralandı

Sabirabadda baş verən avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Həşimxanlı kənd sakini, 1979-cu il təvəllüdlü Baxışov Aydın Mehrac oğlu idarə etdiyi “VAZ 21011” markalı avtomobili yolun kənarında dayanan traktora çırpıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı 1980-ci il təvəllüdlü Baxışova Şəfaqət Samir qızı və onların 5 yaşlı oğlu Baxışov Mehrac Aydın oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.