Naxçıvan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı əməliyyat məlumatı əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, həmin şəxs hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılıb və ona məxsus 3 ədəd sellofan paket yoxlanılıb. Yoxlama zamanı, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 16.000 ədəd “Gold Marlboro EDGE” markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.