Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il mayın 19-da Binəqədidə baş verən yanğına səbəb olmaqda təqsirləndirilən Uğur Bəşirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Buna səbəb təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənovanın prosesə qatılmaması olub.
Məhkəmə prosesi oktyabrın 4-də davam etdiriləcək.
Qafqazinfo