XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 13:31

Avtomobil dərəyə aşdı:ölən və yaralanan var

Ağcəbədidə ölümlə nəticələnən yol qəzası baş verib.

Trend ARB TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Hüsürlü kəndində qeydə alınıb.

Rayon sakini Sadiq Məmmədova məxsus "VAZ 21010" markalı avtomobil idarəetməni itirərək dərəyə aşıb. Avtomobili idarə edən Mingəçevir şəhər sakini 31 yaşlı Vasif Əhmədov hadisə yerində ölüb. Bir nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.