XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

01 Oktyabr 2016 - 17:27

Azərbaycanlı jurnalistin girov götürülən qohumlarısərbəst buraxıldı

Ukraynada Kiyev şəhəri ətrafında iki həftə əvvəl oğurlanan azərbaycanlı iş adamı evinin qarşısında sərbəst buraxılıb.

Ukrayna vətəndaşı olan 39 yaşlı iş adamı Elvar İskəndərovu oğurlayan şəxslər əvvəlcə külli miqdarda pul istəsələr də sonradan qarşılıqsız şəkildə sərbəst buraxıblar.
Həmçinin, bir müddət əvvəl oğurlanan digər əslən azərbaycanlı iş adamı, 46 yaşlı Sakit Hacıyev də girovluqdan azad olunub. Girov götürənlər onu da sərbəst buraxıblar.

Qeyd edək ki, E. İskəndərov və S.Hacıyev hər ikisi AzTV-nin Ukrayna və Şərqi Avropa üzrə müxbiri Mövsüm Aslanovun yaxın qohumlarıdır(report).