XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

18 Mart 2015 - 06:47

Tovuzda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Tovuzda yol qəzası baş verib, 5 nəfər xəsarət alıb
Tovuz rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıqlı kəndindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ” markalı maşının sürücüsü, Tovuz rayonunun Qovlar şəhər sakini, 1987-ci il təvəllüdlü Yaşar Ələddin oğlu Cabbarov və hər iki avtomobildə olan sərnişinlər – 1987-ci il təvəllüdlü Niyaməddin İbrahimov, 1993-cü il təvəllüdlü İradə Cabbarlı, 1963-cü il təvəllüdlü Gülxanım Fərzəliyeva, 1983-cü il təvəllüdlü Ayşə Cabbarova müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan Yaşar Cabbarovun vəziyyəti ağır olduğuna görə Gəncə şəhərində olan xəstəxanaların birinə aparılıb.
İlkin araşdırmaya “Mercedes” markalı avtomobil “VAZ 2107”-nin qarşısına çıxıb. Faktla bağlı Baş Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.