Gürcüstanın keçmiş müdafiə naziri və deputat İrakli Okuraşvili naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə "Interfaks” məlumat yayıb.
Okuraşvilinin sözlərinə görə, əlində tapança olan iki nəfər onlara hücum edib. Hadisə nəticəsində Okuraşvilinin cangüdəni və üzvü olduğu "Gürcüstan partiyası”nın fəalı yaralanıb.
Daxili İşlər Nazirliyi hadisəyə rəsmi münasibət bildirməyib.
"Qafqazinfo”