XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 14:37

Türkiyə “Qara qitə”ni fəth edir:İqtisadi maraq, yoxsa dünya dövləti olmaq uğrunda inamlı addımlar?

erdoqan-afrika-1

Oleq Polevoy

politrussia.com, 02.10.2016

 

Suriyada planların dəyişildiyinə baxmayaraq, Rəcəb Ərdoğan Osmanlı imperiyası dönəminin əzəmətini Türkiyəyə qaytarmaqla onu dünya dövlətinə çevirmək ideyasından imtina etməyib. Bunun ən yaxşı sübutu öz sərhədlərindən uzaqda Türkiyə hərbi bazalarının yaradılmasıdır. Özü də Türkiyə rəhbərinin bu cür hərəkətlərində təkcə siyasi iddialar deyil, həm də praqmatik hesablamalar gözə dəyir. Ən yeni dövrdə Türkiyənin ilk xarici hərbi bazası dünyanın ən narahat ölkələrindən birində – Somalidə yaradılıb. Ankaranın Afrikada möhkəmlənmək planları barədə 2015-ci ilin sonu, 2016-cı ilin əvvəlində məlum olub. Və budur, KİV Türkiyənin Afrika Buynuzu rayonundakı hərbi iştirakından baş tutmuş fakt kimi yazır. Hələlik, təxminən, 200 türk hərbçisi vətəndən uzaqlarda xidmət edəcək. Türklər başqa məsələlərin həllindən savayı “rəsmi” Somali ordusu üçün 10 mindən çox hərbçinin hazırlanmasını həyata keçirmək istəyirlər. İşin gedişində təhlükəsizliyin təmini üçün Türkiyədən Somaliyə əlavə hərbi kontingent atılacaq.

Ən yaxın vaxtlarda Qətərdə də Türkiyə hərbi bazası tam gücüylə işə başlayacaq. Hər iki ölkənin hökuməti arasında uyğun saziş hələ 2014-cü ildə imzalanıb. Artıq 150 türk əsgər və zabitindən ibarət öncül qrup bu gün Fars körfəzindədir.

Türklər doğma sahillərdən uzaqda nəyi unudublar? Xüsusən də bu fakt nəzərə alınsa ki, onların hərbi-dəniz donanmasını hələlik artıq və yerüzünün istənilən nöqtəsində asanlıqla hərəkət etməyə imkan verən qüvvə adlandırmaq çətindir. Doğrudanmı, söhbət nəyin bahasına olur-olsun, “böyük dövlət oyunu” oynamaqdan gedir? Lakin hərbi bazanın yaradılması (xüsusən də okean donanması və güclü aviasiya yoxdursa) ən ucuz həzz deyil. Güman etmirəm ki, Ərdoğan bununla ancaq öz iddialarını razı salmaq üçün məşğul olsun.

Türkiyə bütövlükdə son ilyarımda Afrikada fəaliyyətini kəskin şəkildə gücləndirib. Ərdoğan hakimiyyətə gəlməzdən əvvəl Ankaranın Qara qitədə cəmi 12 səfirliyi vardısa, bu gün artıq 39-dur. Ən yaxın gələcəkdə 54 olmalıdır. Türkiyə diplomatları Afrikanın istisnasız olaraq bütün ölkələrində çalışacaq. Rəcəb Ərdoğan təkcə son zamanlar Efiopiya, Cibuti, (səfirlik açdığı) Somali, Kot-d'İvuar və Qvineyaya şəxsən səfər edib. Türkiyə başçısı Somalidə artıq üç dəfə olub – özü də o, dünyanın yeganə lideridir ki, son illərdə bu ölkəyə səfər edib.

Qətərdə iştirak isə Türkiyəyə Səudiyyə Ərəbistanının sünni dövlətlər içində təkbaşına lider olduğu Fars körfəzində qüvvələr nisbətini radikal şəkildə dəyişmək imkanı verəcək. Türklər hələ XIX əsrdə qətərlilərə Ərəbistan yarımadasının qalan sakinlərindən “özgə cür” olduqlarını hiss etməkdə kömək ediblər. Ankara bu gün isə köhnə siyasi oyuna yeni nəfəs verir. İndi Qətər Ankara ilə birgə müdafiə haqda saziş bağlayır. Türklər Şimali Atlantika alyansından kənarda yalnız etnik-mədəni planda doğma ölkələr Azərbaycan və Şimali Kiprlə bu cür müqavilə imzalayıblar.

Bəzi ekspertlər yazırlar ki, Ankaranın hərbi-siyasi təsir zonasının genişləndirilməsi ABŞ-la razılaşdırılıb və onların strategiyasının ünsürüdür. Lakin bu, düzgün olsa da, onda yalnız qismən həqiqətdir. Amerikalılara maraqlı olan yerdə özləri baza qururlar. Türkiyədə bu yaxlındakı hadisələrdən sonra isə Ankaranın Vaşinqtona tabeliyindən danışmaq lazım gəlmir. Aydındır ki, türklər özlərinin də daxil olduğu NATO-nun ən güclü dövlətinin mövqeyi ilə hesablaşmağa məcburdurlar. Amma daha keçmiş sevgi və “kiçik qardaş” mövqeyindən danışmağın yeri yoxdur. Türkiyə özünün praqmatik maraqlarını güdür və bu, Amerikanınkı ilə üst-üstə də düşə blər, zidd də çıxa bilər.

Türklərin konkret durumda nə istədiyini başa düşmək qəliz ola bilər. İndi Yaxın Şərqdə şiələrə qarşı duran ikinci güc mərkəzinin yarandığından cürətlə danışa bilərik. İran və Türkiyənin maraqları əvvəllər Suriyada toqquşurdusa, indi Ankara praktik olaraq Tehranın böyründə fəaliyyətdədir.

Təckə qonşu şiələrin deyil, həm də sünnilərin narazılığını doğuran güclü “Müsəlman qardaşlar” terror şəbəkəsi Qətər-Türkiyə ittifaqının nəzarətindədir.

Yaxın Şərqdə gözümüzün qabağında formalaşdığı bir neçə il çəkən iki sünni oxunun biçimləndiyini görürük: Səudiyyə-Misir və Türkiyə-Qətər. Özü də bu, müəyyən durumda hətta qarşıdurmaya keçə bilər. Ankaranın bazasının bu fonda yerləşdirilməsi olduqca simptomatik görünür. Türkiyə hərbçiləri, faktiki olaraq, Fars körfəzindən Aralıq dənizinə gedən neft tankerləri marşrutunu öz nəzarətinə alır. Axı Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən Bab-əl-Məndəb boğazında “qara qızıl”ın bütün dünya tranzitinin, təxminən, 40%-i keçir.

Afrika Buynuzu özlüyündə son illərdə ərəbistanlı monarxların maraq dairəsi sayılırdı, Somali isə bütünlüklə Səudiyyə Ərəbistanı və BƏƏ-nin orada fermalar inşa edərək quraqlıq Ərəbistanın tərəvəz, meyvə, ət və ədviyyatla təmin edən nəhəng kənd təsərrüfatı mülkləri əldə etməklə “yardımçı təsərrüfat”na dönmüşdü. İndi isə “qəddar türk dostlar” ərəbistanlıların təkcə şərqdə (Fars körfəzində) deyil, həm də cənubi-qərbdə kartlarını qarışdırmağa başlayıblar.

KİV-in əli çatan məlumata əsasən, Türkiyə Afrikaya artıq tam 6 milyard dollar yatırıb və öz yüngül sənaye mallarının, həmçinin silahının satışı üçün Afrika bazarlarını ələ keçirməyə cəhd edir. Ankara bu məsələdə təkcə Pekinin deyil, həm də bizim yolumuzu kəsə bilər.

Lakin bu da ən başlıcası deyil.

Məşhur yataqlardakı təbii faydalı qazıntıların (o cümlədən karbohidrogenlərin) tükənişi fonunda Afrika “planetin kəndi” ola bilər. Mürəkkəb hərbi-siyasi və təbii-iqlim özəllikləri üzündən Qara qitənin təki indiyədək çox pis araşdırılıb. Afrikanı uzun illər ərzində qəddarcasına istismar etmiş Qərb şirkətləri intensiv deyil, ekstensiv inkişaf yolu ilə gedərək vətəndaş müşahribələri, korrupsiya törədib. Çinlilər isə Afrika sərvətlərinin mənimsənilməsinə sistemli yanaşırlar. Və indi istisna deyil ki, türklər də onlardan nümunə götürə bilərlər.

Rusiya Federasiyasının 1996-200-ci illərdə Mali respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Rusiya EA Afrika ölkələri İnstitutu Rusiya-Afrika münasibətləri və Afrika ölkələrinin xarici siyasət Mərkəzinin rəhbəri Yevgeni Korendyasov deyir: “Afrikaya Türkiyə yatırımları 6 milyard dollara çatır. Türklərin Afrika ölkələrinə marağı birinci növbədə öz məhsullarını satmaqla şərtlənir. Məlum olduğu kimi, onlarda yüngül sənaye, gündəlik tələbat məmulatlarının istehsalı yaxşı inkişaf edib. Həmçinin təbii ehtiyatların, xüsusən metalın hasilatı üzrə məsələ fəal şəkildə həll edilir. Hazırda bir çox ölkələrdə gəlirli yataqlar tükənir, Afrikada isə bu cür ehtiyatlar çoxdur və maya dəyəri dəfələrlə aşağıdır”.

Güman etməyə əsas var ki, elə Somalidə nəhəng neft və qaz yataqları yerləşə bilər (bəzi ilkin araşdırmalar və qonşu ölkələrdə, xüsusən də Cənubi Sudanda yerin təkindən əldə edilmiş nümunələr buna işarə edir). Şimal dənizi, Fars körfəzi və Rusiyanın ən əlçatan yataqlarında ehtiyatların tükənməsi fonunda bunun nə demək olduğunu izaha ehtiyac yoxdur. Ankara yavaş-yavaş misilsiz uduş gətirə biləck yerlərə istinad etməyə başlayır.

Tərcümə Strateq.az-ındır.