XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2016 - 14:29

Heydər Əliyevin qızından maraqlı foto –Hillar Klintonla olan şəklini yaydı

sevil-hillari

Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin qızı, hazırki prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın facebook səhifəsində maraqlı bir foto paylaşılıb.

Strateq.az xəbər verir ki, fotoda Sevil Əliyevanın atası Heydər Əliyevlə birgə ABŞ prezidenti Bill Klinton və onun xanımı Hillari Klintonla əksi yer alıb. 

Heydər Əliyevin ABŞ-a səfəri ərəfəsində çəkilən bu fotonu Sevil Əliyeva bu il – avqust ayının 13-də facebook səhifəsinə yerləşdirib. Hazırda ABŞ prezidentliyi uğrunda demokratların namizədi xanım Hillar Klintonla respublikaçı namizəd Donald Tramp arasında qızğın yarışın getdiyini nəzərə alsaq, Sevil Əliyevanın bu yarışda kimə rəğbət bəslədiyini bilmək baxımından foto olduqca diqqətçəkəndir.

Xatırladaq ki, mərhum Heydər Əliyev ABŞ prezidenti Bill Klintonun dəvəti ilə 1997-ci ildə 27 iyul – 7 avqust aralığında ABŞ-da səfərdə olub və məhz bu səfər ABŞ-Azərbaycan münasibətlərinin qurulmasında zirvə hesab olunur. 

Strateq.az