XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 18:04

İngilislərin qanlı işğal planı: əşirətlərlə gizli görüşlər, inanılmaz xaos… –Məşhur yazardan yeni çevriliş xəbərdarlığı

zekeriyye-tumer

“Aldığım dəqiq bilgiyə görə, ingilislər 2.5 aydır Türkiyənin cənub-şərqindəki bütün əşirətlərin ayağına gedir. Xüsusi ilə Hakkari, Van, Çatak, Silopi, Mardin bölgəsində böyük təsir gücü olan əşirətlərlə görüşürlər. Bunlarla bazarlıq edirlər. Topraq sahibi olaraq varlıqlarını sürdürən bu əşirətlərin banklara olan və yığılmış trilyonlarca lirəlik borclarını ödəyiblər. Bəli, əşirətlərin bütün kredit borçlarını ingilislər, İngiltərə son iki ayda qapadıb".

Strateq.az xəbər verir ki, bu sensasion iddianı Türkiyənin tanınmış jurnalist-bloqqeri Zəkəriyə Tümər irəli sürüb.

O, "Ulusal Haber"dəki yazısında qeyd edib ki, bütün bunlar Türkiyə üzərində çox böyük oyun oynanmasına işarət olmaqla yanaşı, ikinci çevriliş olayına aparan ciddi xəbərdir:

"Axı, niyə soruşulmur ki, ingilis konsulunun əşirətlərin içində nə işi var? Niyə düz onların ayağına qədər gedirlər?! Baxın, PKK bunların maşınlarına "buyurun" deyir, rahat bıraxır, digər maşınlara isə kimlik kontrolu tətbiq edir. Nədən?!".

Daha sonra jurnalist az əvvəl İngiltərənin yüksək tirajlı qəzetlərindən olan "Daily Express"də dərc olunan "Türkiyədə ikinci xaos ortamı gözlənilir. Bizim Kiprdəki hərbi bazamızdakı 10 min dəniz piyadamız Türkiyədə olan 50 min ingilisin təhlükəsizliyi üçün Türkiyəyə girəcək. Türkiyədə təhlükəsiz bölgə quracağıq, vətəndaşlarımızı hava yolu ilə təxliyyə edəcəyik", – xəbərini də xatırladaraq, bunu ikinci çevrilişin daha bir siqnalı kimi dəyərləndirməyi vacib sayır:

"Bu ikinci çevrilişin əsas məqsədi işğal olacaq. Bu zaman inanılmaz bir xaos ortamı olacaq. Hər kəs ayağa qalxacaq və proses iç savaşa yönləndiriləcək. Bununla da istədikləri plan hayata keçiriləcək".

"Bəs, bu xaos necə olacaq" sualına isə jurnalist belə izahat verib:

"Dəqiq bilgim var, HDP-lilərin çağrışıyla bir etiraz aksiyası təşkil olunacaq. Polisin, əsgərin içinə sızmış, hələ də üzə çıxarılmayan FETÖ üzvləri aksiyaçılara qaz əvəzinə, güllə yağdıracaq. Təxminlərə görə, bu hadisələri Şemdinli, Yüksekova, ya da Kızıltəpədə gerçəkləşdirməyə çalışacaqlar. 

Burada 15-20 kişi açılan atəşlə öləcək. Bundan sonra bölgədə İngilis konsulunun gizli və açıq ziyarət edib, borclarını ödədikləri əşirət rəisləri dövrəyə girib, xalqı küçələrə tökəcəklər. Ölkənin qərbində isə fitili 4-5 nöqtədə sensasiya yaradacaq böyük partlayışlarla başlayacaqlar. Bunu ya PKK, ya da İŞİD edəcək. Yenə eyni zamanda sui-qəsdlərlə ortamı daha da çıxılmaz hala gətirməyi planlayırlar.

Bununla da hər kəsi ayağa qaldırıb, iç savaşı daha da qızışdıracaqlarını hədəfləyiblər. Hətta həbsxanalarda da eyni anda üsyanlar başlayacaq. 

Bildiyimə görə, yaxın həftələrə qədər rahat şəkildə etirafçılılq edən FETÖ üzvləri də artıq istintaqla əvvəlki kimi davranmırlar. Tam əksinə, içəridə olsalar da, simalarına yeni inam, cəsarət gəlib. Onların hətta həbsxanadakı məhbuslarla yanaşı, jandarma qüvvələri ilə də ciddi iş apardıqları haqda da informasiyaları boş buraxmaq olmaz…".

Jurnalist sonda bu xəbərdarlıqlarının Türkiyə hökumətinin ciddiyə almasının vacibliyini dönə-dönə vurğulayıb…

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə