XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2016 - 10:15

Səudiyyə Ərəbistanı da ABŞ-dan üz çevirir –Yaxın Şərqdə Rusiya və Çinin də qatıldığı böyük bir ittifaq qurula bilər - Təhlil

ob

ABŞ prezidenti Barak Obama və  kral Salman ibn-Əbdüləziz Səudiyyə Ərəbistanında görüş zamanı. 20 aprel 2016

© AP Foto, Carolin Kaster

 

Hüseyn Vodinalı

Odatv.com (Türkiyə), 05.10.2016

 

Səudiyyə Ərəbistanı ABŞ-ın o qədər yaxın “müttəfiqiydi” ki, 51-ci ştat adlanırdı. Bu dövlət elə yaradıldığına görə də ABŞ-ın “böyük qardaşlıq” etdiyi britaniyalılara borcludur. Səudların Yaxın Şərqdəki səmimi dostu İsrail kimi.

İraqın işğalında, Suriyada vətəndaş müharibəsinin gedişində, Fələstin məsələsində, Yəməndə, Bəhreyndə – hər yerdə və bütün sahələrdə səudlar Sem Dayının sadiq köləsiydilər. Hətta 11 sentyabr teraktı zamanı gizli maxinasiyalarda Buş ailəsinə yardım ediblər.

Bu mövzu kminçünsə maraqlıdırsa, məsələn, Maykl Murun “Farengeyt 9/11” sənədli filminə və yaxud Oliver Stounun "World Trade Center” dramına baxa bilər.

Və bütün bunlardan sonra indi ABŞ-ın etdikləri, sadəcə, ağla sığmır! ABŞ Konqresi 15 il keçəndən sonra 11 sentyabr teraktı qurbanlarının qohumlarına Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmaq hüququ verən qanun hazırlayıb.

Suriyada ruslarla bağlı onsuz da pis vəziyyətə düşmüş Barak Obama belə bir məqamda sadiq müttəfiqi Səudiyyə Ərəbistanını itirmək istəmədi, qanuna veto qoydu. Lakin Amerika Konqresi artıq sentyabrın 29-da prezidentin qərarına “veto qoyub”. Başqa sözlə, ABŞ rəsmən etiraf edir və təsdiqləyir ki, 11 sentyabr teraktında Səudiyyə Ərəbistanının rolu olub. Bu qərar üçün ən mühüm əsas 11 sentyabr teraktıyla bağlı ABŞ-da həbsxanada olan Zəkəriyə Musəvinin ifadəsidir. Musəvi keçən il iddia edib ki, 11 sentyabr teraktını səud kral ailəsi maliyyələşdirib.

11 sentyabr teraktından bir ay öncə mühacirət qanununu pozduğuna görə həbs olunmuş Zəkəriyə Musəvi məlumat verib ki, sərnişin təyyarəsində Ağ evə hücum etməyi planlaşdırmış şəxslər qrupuna daxildir.

46 yaşlı Fransa vətəndaşı Zəkəriyə Musəvi Minnosotada (ABŞ) uçuş dərsi alıb, “Əl-Qaidə” tərəfdarlar onun hesabına pul köçürüblər.

ABŞ-da ömürlük həbsə məhkum edilmiş Musəvi bu iddianı 11 sentyabr qurbanları qohumlarının Səudiyyə Ərəbistanına qarşı qaldırdığı iddialar çərçivəsndə səsləndirib.

11 sentyabr qurbanlarının ailələri iddia edir ki, Səudiyyə Ərəbistanı dövləti və Səudiyə hökumətiylə əlaqəsi olan bir xeyriyyə cəmiyyəti “Əl-Qaidə”yə maddi və maliyyə dəstəyi verib və təşkilata 11 sentyabr teraktını həyata keçirməkdə yardım edib.

Həlak olmuşların qohumlarından savayı iddiaçılar sırasına həmçinin teraktın gedişində zədələnmiş bina və ofislər icarəyə götürən şirkətlər də daxildir. Qeyd olunur ki, üç min nəfərin ölümünə görə əvəzin ümumi məbləği səkkiz trilyon dollar təşkil edə bilər!

Hazırda Səudiyyə Ərəbistanının işləri dolaşıqdır. Neft qiymətlərinin aşağılığı üzündən hətta deputatların maaşını da azaldıb. Başqa sözlə, Vaşinqtonun bu qərarı aktivləri Amerika banklarında saxlanan səud sülaləsi üçün çox pis xəbərdir.

 

Türkiyə və Səudiyyə Ərəbistanının həmrəyliyi

 

Fətulla Gülənin FETÖ terrorçu təşkilatını Ərdoğana qarşı altdan-altdan dəstəkləyən ABŞ Türkiyənin ardınca Səudiyyə Ərəbistanı kimi daha bir müttəfiqini itirdi. Həm də Obamanın vetosu bunun qabağını ala bilməyib. Baxaq görək, Yəməndə şiə husilərlə döyüşən və təkcə xəstəxanaları bombalamayan, həm də husilərə qarşı İsraildən alınmış miniatür atom bombaları işlədən və İraq və Suriyada İran nüfuzuna qarşı kimyəvi terrorizm də daxil olmaqla hər cür üsula əl atan Səudiyyə rejimi indi nə edəcək.     

Əlbəttə, bundan sonra səudların ən yaxın müttəfiqi Türkiyə olacaq. Söz düşmüşkən, Türkiyə hökuməti səud kralı vəfat edərkən matəm elan etmiş və türk bayraqlarını endirmişdi. Bundan sonra isə daha sıx, etibarlı əlaqələr yaradılacaq.  

Prezident Ərdoğan bu günlərdə Dubay telekanalı ilə söhbətdə qeyd edib: “11 sentyabr teraktı haqda qanun layihəsinin qəbul edildiyi haqda təəssüfümüzü ifadə etmişik. Hazırda sədrlik etdiymiz İslam əməkdaşlığı təşkilatı çərçivəsində bu məsələ üzrə uyğun addımlar atacağıq. Bu böyük səhvi düzəltməkdən ötrü xarici işlər və ədliyyə nazirlərinə Səudiyyə Ərəbistanını dəstəkləmək xəbərdarlığı etmişəm. Biz Səudiyyə Ərəbistanı ilə qanun layihəsini hüquqi baxımdan təhlil və gərəkən hər şeyi edirik”.

Səudlar indi Türkiyə kimi ABŞ-a qarşı Rusiya ilə yaxınlaşmağa can atırlar. Səud şahzadəsi əl-Cubeyri bu ilin iyulunda Moskvaya strateji əməkdaşlıq təklif edib. Səudların neft sahəsində eyni qayıqda əyləşdikləri Rusiyaya yeganə tələbi Suriyada Əsəddən imtina idi. Əlbəttə, bu, baş tutmayıb.

Türkiyə də Rusiya ilə münasibətləri sahmana salır, lakin Əsədlə yaxınlaşmaq üçün hələlik heç bir addım atmayıb. Bununla belə, Suriyada əməliyyatların uğurunda yeganə şərt Əsədlə uzlaşmanın əldə edilməyidir. Başqa variant yoxdur.

Lakin buna baxmayaraq, Türkiyə “Türk axını” layihəsi üzrə konkret tədbirlər görür, səudlar isə neft hasilatının dondurulması üzrə Rusiya ilə saziş bağlamağa kurs götürüblər. Hətta bu yöndə ilk imzalar atılıb.

ABŞ Hillari ilə Trampın döyüşünü intəhasız olaraq izləyə bilər, lakin, görünür, çox tezliklə onun ən dəhşətli yuxusu gerçəkliyə dönəcək. Rusiya-İran-Suriya üçlüyünə Türkiyə, İraq və Səudiyyə Ərəbistanı qoşulsa, Sem dayı üçün əsil dəhşət başlanacaq. Xüsusən də Yaxın Şərqə ehtiyatla yaxınlaşan Çin də nəzərə alınsa!

Düzdür, bu, elə də asan olmayacaq. Suriya hüdudlarından kənarda hələ Avropa və İsrail amili də var.

Lakin hər şeyin başı iqtisadiyyatdır.

Biz səkkiz trilyon dollardan danışırıq. Əzəldən iqtisadiyyatda baş verən hadisələr siyasi ziddiyyətləri də həll etmək gücündədir. Rusiya ilə yaxınaşma zamanı təkcə ehtiyatlı olmaq lazımdır ki, Rusiya ilə ABŞ arasındakı alverin predmetinə çevrilməyək!  

Çətin zamanlardır…

 

Tərcümə Strateq.az-ındır.

 




Yuxarı Əvvələ Ana Səhifə