XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Oktyabr 2016 - 22:46

Bəşər Əsəd Ərdoğanla görüş imkanlarından danışdı:“Sülh yaradacaqsa, buna da gedərəm”

besar-esad-670-2

Suriya prezidenti Bəşər Əsəd İranda dərc olunan “Tehran Xarici Siyasət Çalışmaları”jurnalına müsahibə verib.  

Strateq.az xəbər verir ki, müsahibəsində Suriyanın yaxın qonşularıyla münasibətlərinə aydınlıq gətirən Bəşər Əsəd xüsusilə Türkiyə üzərində dayanıb.

Ölkəsində yaşananların arxasında Qərbin, xüsusilə də ABŞ-ın dayandığını deyən Suriya lideri  Türkiyə və Səudiyyə Ərəbistanının sadəcə qlobal bir planın maşası olduğunu iddia etsə də, müsahibəsində həm də Türkiyəyə “zeytun budağı” göndərməyi  yaddan çıxartmır:

 

– Səudiyyə Ərəbistanı və Türkiyə Amerikaya xidmət edən dövlətlərdəndir. Əmri Amerika verir və onlar yerinə yetirirlər. Ərdoğan illərlə Suriyaya müdaxilə etmək istədi, ancaq buna icazə verilmədi. İndi Cerablusa girib, çünki ona bunun üçün icazə verildi.

 – Bəs, ona niyə icazə verildi?

– Amerikalıların hər zaman vəziyyəti qarmaqarışıq hala gətirmək üçün çalışdığına və bu məqsədlə də Türkiyəyə icazə verildiyinə inanıram. Nə zaman ki, vəziyyət mürəkkəbləşir, ABŞ bu ziddiyyətlərdən istifadə edir. Türk-kürd konflikti Türkiyəni istər-istəməz Amerikayla əməkdaşlığa sürükləyir. Kürdlər də onlara Türkiyəyə qarşı dəstək verdiyi üçün Amerikaya sığınır. Və bir kürd-ərəb münaqişəsi çıxarsa, yenə ikisi də çarəni ABŞ-a sığınmaqda görəcəklər. Bu, Amerika məntiqidir: "parçala və fəth et".

– Ancaq son çevriliş cəhdinin Amerika tərəfindən dəstəkləndiyini və Vaşinqtonun bunu kompensasiya etmək üçün Ankaraya Cerablusa girmək imtiyazı verdiyini söyləyənlər də var…

– Bu, bir versiyadır. Qəti fikir bildirmək mümkün deyil. Lakin səbəb nə olursa olsun, bütün bunlar amerikan məntiqiylə baş verir, çünki Amerikanın qanunları yoxdur… Amma siz dediyiniz ehtimalı da istisna etmirəm. Sadəcə, bunun gerçək olub-olmadığından əmin deyiləm.

– Əgər sizə qarşı siyasət yürüdən ölkə başçıları öz mövqelərini dəyişdirsə, onlarla Suriyanın gələcəyi üçün bir müzakirə prosesinə girmək ehtimalına necə baxırsınız?

– Hər kəslə görüşmək olar. Axan qanı dayandıracaq hər addımı duyğulara baxmadan atacağıq. Çünki bu qanı dayandırmaq vacibdir, ən əhəmiyyətli prinsipdir, ən böyük qanundur, legitimlikdir. Məsələn, bir terrorçuyla həmsöhbət olmaq yaxşı bir şey deyil, ancaq bu, sülh yaradacaqsa, buna da gedərəm… Digər tərəfdən, dövlətləri və xalqları bir-birindən ayırmaq lazımdır. Əslində türk xalqı Ərdoğan və Körfəz ölkələrinə bağlı media tərəfindən özlərinə təqdim edilən bütün yalanlara baxmayaraq, Suriyaya düşmən kimi baxmadı. Zaman-zaman rəsmilərin, parlamentarilərin və cəmiyyətin nüfuzlu şəxslərinin Ərdoğanı tənqid etdiyini, Suriya böhranından məsul tutduğunu və  olanlara sərt reaksiya verdiyini eşidirik. Bu səbəbdən də bir rəsmi şəxslə görüşümüz olarsa, bu, onun xatirini çox istədiyimiz mənasına gəlməz. Ona görə görüşərik ki, bu, xalqla görüşmək üçün ən təbii kanaldır. Odur ki, Türkiyə-Suriya əlaqəsinin əvvəla xalqlar nəzdində olması hədəfinə çatmalıyıq. Rəsmilər gəlib-gedəndir, amma xalqın bu əlaqələrini qorumalıyıq və hakimiyyətlər arasındakı düşmənçiliyi xalqlar arasındakı düşmənçiliyə çevirməməliyik.

– Atanız Hafiz Əsədin siyasi irsi bugünkü Suriya-İran-Türkiyə əlaqələrində nə qədər özünü büruzə verir?

– İranı bir tərəfə qoyaq, məni Türkiyə ilə əlaqədə hərəkətə keçirən sabiq prezident Hafiz Əsəd dövründə olmayan münasibətlərdir. Türkiyə, mənfi və ya müsbət, təsir dairəsi güclü olan bir ölkədir. Onunla yaxşı bir əlaqə qurulsa, fayda əldə edilər – necə ki, 2004-2011 illər arasında belə oldu. Ərdoğan bu əlaqəni mənfi bir istiqamətə doğru çevirməyə qərar verincə, böyük bir bədəllər ödədik. Bu səbəbdən də ölkələrimiz dövlət başçılarından asılı olmayan bir strateji məqsədə sahib olmalıdır. Prezident Hafiz Əsəd getdi və mənim də gedəcəyim bir gün olacaq. Ancaq ölkələr arasındakı əlaqələrin duyğular üzərinə qurulmasının zərərli olduğunu anlamalıyıq. Əlaqələr gerçəklər üzərinə qurulmalıdır. İran da təsir gücü olan ölkədir, onunla da mehriban əlaqəyə ehtiyacımız vardır. Allah qorusun, İranın bir gün Türkiyənin etdiyi kimi, mənfi bir rol oynayacağını güman etmək belə, qorxuncdur. Deməli, bu vəziyyətdə İranla dialoqa girməliyik. Ancaq, yaxşı ki, İran müsbət bir rol oynayır və Türkiyəni  də İranla bənzər bir rol oynamağa vadar etməliyik.




Yuxarı Əvvələ Ana Səhifə