XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2016 - 12:05

Ekspertlərdən xəbərdarlıq:Orta Asiya dövlətləri su müharibələrinin astanasındadır – Təhlil  

oa

EAdaily.com, 12.10.2016

 

Mərkəzi Asiya energetik kollaps həddindədir. BBC (Britaniya) jurnalistinin öz reportajında nağıl etdiyi kimi, sovet su və yanacaq mübadiləsi sisteminin dağılması üzündən bölgə sosial partlayış həddindədir. Qırğızıstan və Tacikistanda istilik üçün elektrik enerjisi, Qazaxıstan və Özbəkistanda isə suvarmaq üçün su çatışmır. Britaniya teleradio şirkətinin ekspertləri bildirirlər ki, buna görə də sosial partlayış məsələsi zamanın işidir.

Bölgənin əsas çayları – Sırdərya və Amudərya başlanğıcını Tacikistan və Qırğızıstandan götürür. Bundan savayı, bu ölkələrin dağ buzlaqları su ilə zəngindir. Çaylardan başqa xeyli süni kanallarla bu iki ölkə ilə birləşən aqrar Qazaxıstan, Özbəkistan və Türkmənistan onlardan suyun verilməsindən asılıdır.

Ziddiyyət həmişə bundan ibarət olub ki, Tacikistan və Qırğızıstan suyu su anbarlarına yığır və su-elektrik stansiyaları qışda istilik üçün elektrik enerjisi hasil edərkən, bölgəyə iri miqyasda buraxmağa hazırdır. Su digər ölkələrə yayda lazımdır ki, tarlaları suvarsın. SSRİ sistemində balansı Moskva müəyyən edirdi. Su il boyu bərabər şəkildə gəlir, Tacikistan və Qırğızıstanda elektrik enerjisi qıtlığı isə Türkmənistan, Özbəkistan və Qazaxıstandan yanacaq və elektrik enerjisi tədarükü sayəsində aradan qalxırdı.

Keçmiş sovet respublikalarının 1991-ci il müstəqillik paradı buna səbəb olub ki, hazır mübadilə sistemi çöküb və ölkələr enerji ehtiyatlarını öz maraqları üçün işlətməyə başlayıb. Türkmənistan, Özbəkistan və Qazaxıstan üçün karbohidrogenləri Əfqanıstan və Çinə satmaq sərfəli olub. Enerji kollapsının düyməsini isə 2009-cu ildə Özbəkistanda basıblar. Bölgədə ən böyük elektrik enerjisi istehsalçısı olan ölkə mübadilə sistemindən çıxıb və qonşuları özünün elektrik xətlərindən ayırıb. Bu, Taciksitan və Qırğızıstanda ciddi eklektrik enerjisi qıtlığı ilə əks-səda verib. Hətta SES-lərə böyük miqdarda suyun buraxılması da kömək etmir – güc çatmır. Mübadilə sisteminin kəsilməsi aqrar Qazaxıstan və Özbəkistan üçün su kasadlığı və məhsulun azalması ilə başa çatıb.

Казводхоз”-un sərhədyanı şöbələrindən birinin rəhbəri Berik Nurəliyev BBC-yə deyib ki, Qazaxıstan və Qırğızıstan hökumətləri hazırda suyun nə qədər, hara və hansı vaxtda tədarük edilməli olduğu  haqda hər il yeni müqavilə bağlayır. Lakin maraq ziddiyyətləri, suyun qonşulara müxtəlif vaxtlarda lazım olması üzündən bu müqavilələr həmişə pozulur. “Faktlar var ki, Qırğızıstan tərəfi müqavilənin şərtlərinə, çayın axımı haqda maddəyə əməl etmir, – Berik Nurəliyev BBC-nin müxbirinə deyib. – Onlar deyirlər ki, çayların sululuğu özünü doğrultmayıb”.

2014-cü ildə tərəflərin qarışlıqlı iradları Qırğızıstan və Tacikistanın sərhəd kəndləri sakinlərinin toqquşmasına səbəb olub. Qırğızlar suyu açmağı tələb ediblər və əsgərlər onları ayırıb durdurmasaydı, minlərlə adam bir-birini daş-qalaq edəckdi.

Qazax politoloq Rəsul Jumalı BBC-yə bildirib ki, suyun bölüşdürülməsi problemləri fəlakətli səciyyə alacaq və bunu indiki üsullar dəsti ilə çətin qaydaya salmaq olar.

“Bu durum artıq indi həllolunmazdır, çünki bu, yuxarıdakı ölkələrin energetik təhlükəsizliyinin aşağıdakı ölkələrin ərzaq təhlükəsizliyinə qarşı olduğu haldır, – rusiyalı politoloq Andrey Kazantsev BBC-yə izah edib. – Ya bəziləri qışda donacaq, ya da digərləri bütün ili yeməksiz oturacaqlar”.

Nəzərə alınsa ki, Özbəkistan, Qırğızıstan və Tacikistan yoxsul ölkələrdir, onda su və elektrik enerjisi ilə bağlı durum tamamilə çıxılmaz görünür. Qırğız ekspertlər BBC-yə danışıblar ki, 2010-cu il iğtişaşları və Kurmanbek Bakiyevin devrilməsi qismən elektrik enerjisi qıtlığı və tariflərin iki dəfə yarım artması ilə bağlıydı. Hətta elektrik enerjisi ilə təchiz edilmiş Özbəkistanın özündə elektrik enerjisi çatmır, çünki valyuta qazanmaq xatirinə ixracata gedir.  

Fərqanə vadisindən məktəb müəllimi facebook-da BBC-yə çıxıb və deyib ki, şəhər sakinləri qışda gündə cəmi üç saat elektrik enerjisi almağa hazırlaşır və o qədər ağac doğrayıblar ki, ətrafda bir dənə də böyük ağac qalmayıb. “Hətta məktəbdə də yandırmağa heç nə yoxdur, – müəllim deyib. – Şagirdlər hər gün odun yığmağa gedirlər ki, sinifləri qızdırsınlar”.

Politoloq Andrey Kazantsev proqnozlaşdırır: “Ən nikbin ssenari – hər şey olduğu kimi qalacaq. Ən bədbin ssenari – baş tutmamış dövlətlər şəbəkəsi yaranmaqla tam fəlakət, domino effektidir – tənəzzülə gedən Əfqanıstan Qırğızıstan və Tacikistanı itələyəcək, onlar da qonşu ölkələri və sonra, ümumiyyətlə, məlum deyil ki, bu durumdan kim baş çıxardacaq”.

BBC qeyd edir ki, Mərkəzi Asiya ölkələrindəki durumu hazırda əhali, qiymət, korrupsiya və ekstremist qruplaşmalara qoşulan gənclərin narazılığı qızışdırır.

Dağlıq ölkələr üçün enerji böhranından çıxış yollarından biri su-elektrik stansiyalarının inşasıdır, Məsələn, Taciksitanda Roqun SES-i ucaltmağı planlaşdırırlar. Bu, ölkəyə bölgədə ən böyük elektrik enerjisi istehsalçısı olmaq imkanı verəcək, lakin 5 milyard dollar qoymağa hazır olan yatırımçılar yoxdur. Əvəzində Özbəkistanın açıq təhdidləri var.

2012-ci ildə Özbəkistan prezidenti İslam Kərimov bildirmişdi: “Onda çayın aşağı axarında yaşayanların başına sabah nələr gələcək? Çayın qabağında bu maneələr durarkən sabah nə qədər su alacağıq? Bu, bizim üçün çox ağır, taleyüklü məsələdir! Hər şey o qədər pisləşə bilər ki, bu, sadəcə, ciddi qarşıdurma deyil, hətta müharibə törədə bilər”.

Politoloqlar çıxış yolunu bölgəsl kooperasiyada görürlər. Politoloq Rəsul Jumalı BBC-yə bildirib: “Rusiya və ya Çinin dəstəyinə güvənmək cəhdləri uzunmüddətli perspektivdə rol oynamayacaq”.

Lakin BBC-nin qənaətə gəldiyi kimi, Mərkəzi Asiya ölkələrinin kooperasiyası yaxın gələcəkdə, çətin ki, baş tutsun: respublikalar arasında münasibətlər hədsiz dərəcədə gərgindir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə