XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

18 Oktyabr 2016 - 10:49

İsrailli ekspert:“Suriyada Rusiya deyil, İran qalib gəlir” – Təhlil

pr

Eyal Ziser

Israel Hayom (İsrail), 17.10.2016

 

ABŞ və Rusiya arasında Yaxın Şərqdəki mübarizədə qalib meydana çıxır. Özü də bu, Rusiya prezidenti Vladimir Putin deyil, lakin o, ötən yüz ildə Rusiyanın bütün liderlərinin məğlubiyyətə düçar olduğu bir bölgədə uğura nail ola bilib – ABŞ-ın nüfuzunu azaldaraq bölgədən sıxşıdırıb. Putinlə Obama (və onların yerinə gələcək şəxslərin) arasındakı münaqişə başa çatmaqdan uzaqdır və Putinin imkanları məhduddur, amma cidd-cəhdlə öz gücünü nümayiş etdirir. Amerika-Rusiya savaşının əsas qalibi Tehrandan Aralıq dənizi sahillərinədək tam onun nəzarətdə olan təsir zonası yaratmağa doğru asta-asta, amma inamla irəliləyən İran oldu. İranın müvəffəqiyyətində taleyin hansısa bir kinayə payı var. Elə görünürdü ki, "ərəb baharı", ərəb dövlətlərindəki hadisə və sarsıntılar İranın Tehrandan Bağdad və Dəməşq, Beyrut və Qəzaya qədər uzanan “müqavimət oxu” formalaşdırmaq planlarına ölümcül zərbə vuracaq. Nəhayət, "Ərəb baharı" hadisələri sünni ərəblərin İsraildən çox İran təhlükəsi və şiələrə qarşı yönəlmiş oyanışı idi. Özü də İran radikal sünni islamın – istər Suriya üsyançı qruplaşmaları, istərsə də İŞİD olsun – Suriya, İraq və hətta Livanda onun nüfuzunu necə sarsıtdığını müşahidə etməli olurdu. Lakn 2015-ci ilin sentyabrında Rusiyanın Suriya vətəndaş müharibəsinə müdaxiləsi durumu dəyişib. Ruslar Bəşər Əsədi praktik olaraq zəmanətli süqutdan xilas edib və hətta bəzi rayonları onu nəzarətinə qaytarıblar. Lakin ruslar tək gəlməmişdilər. Moskvanın bölgəyə qayıdışı İran-şiə platformasına söykənir. Rusiya müdaxiləsi quru döyüşləri aparan və Rusiya aviasiyasını tamamlayan İrana və şiə döyüşçülərinə güvənir. Amma iranlılar dini niyyətlər və təkcə Putinə və yaxud Əsədə sevgi üzündən gəlməyiblər. Və Vladimir Putinin şahmat lövhəsində piyada rolu oynamağa da hazırlaşmırlar.

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksəkçinli qaynağı hələ avqustda Tehranın, tərkibinə İraq, Əfqanıstan və Pakistandan şiələrin və əlbəttə, “Hizbullah”ın daxil olacağı “Şiə qurtuluş ordusu” yaratmaq niyyəti barədə bildirib. Ordu etnik əlamət üzrə bölmələrə – Əfqanıstan (“Fatmiyyun briqadası”), Pakistan (“Zeynəbiyyun” briqadası), İraq (“Heydəriyyun” briqadası) və “Hizbullah” döyüşçülərindən ibarət Livan briqadasına ayrılacaq. Ordu İranın Yəməndən İraq və Suriyaya qədər döyüşdüyü müxtəlif cəbhələrdə yerləşdiriləcək. Bu ordu prezident Bəşər Əsədin rejimini xilas etməli və İŞİD-i Bağdad qapılarından qovmalıdır. İran təmsilçisi bildirib ki, ancaq onun əsas vəzifəsi İsrail dövlətini məhv etməkdir.

Bəziləri bu ifadələri İran rejiminin ötən illər ərzində Tehrandan tez-tez səslənmiş açlıqlamaları kimi daha bir gurultulu, əsassız bəyanatı sayır. Lakin Qərb qaynaqları keçən həftə İranın Tehrandan Aralıq dənizi sahillərinədək quru dəhlizi yaratmaq niyyətindən xəbər verib. Plan iki əsas döyüşü nəzərdə tutur: iranlılar və rusların çoxdan mühasirəyə aldığı Hələbin ələ keçirilməsi, həmçinin Mosulun götürülməsi və İraq üzərində şiə nəzarətinin təmin edilməsi və ardınca İraqla Suriyanın faktiki birləşdirilməsi.

İranın Tehrandan Beyruta qədər sünnilərdən təmizlənmiş şiə dəhlizi yaratmaq yolu hələ uzaqdır. Lakin İran Amerika-Rusiya münaqişəsi və Moskvanın sükutlu təqdirindən yararlanıb bölgədə öz maraqlarını yeridir. Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trampın Əsəd və rusların İŞİD-ə qarşı vuruşduğu və bununla da Amerika maraqlarına xidmət etdikləri haqda bəyanatı İranı tərəfdaş kimi, İranın Suriya və İraqdakı varlığında sabitləşdirici amil görməyə hazır olan Qərb ölkələrindəki yeni əhvali-ruhiyyədən xəbər verir. Belə bir durumda İsraili yaxşı heç nə gözləmir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə