Prezident İlham Əliyev Rusiyanın “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini deyib.
Azərbaycan prezidenti qarşıdan gələn prezidentlik marafonunda iştirak edib-etməyəcəyini söyləməyin də tez olduğunu deyib:
“Bizim prezident seçkilərinin tarixini dəyişmək niyyətimiz yoxdur. Mən Azərbaycanda və ölkə xaricində hansı söhbətlərin getdiyini yaxşı bilirəm. Belə planlar yoxdur və buna ehtiyac görmürəm. Növbəti seçkilərə 2 il var və mənim həmin seçkilərdə iştirakımla bağlı düşünmək üçün kifayət qədər vaxtım var. Bu gün olduğu kimi, xalqın dəstəyini hiss etsəm, təbii ki, bu inamı doğrultmağa çalışacam”.