Mosula təşkil edilən hücumun 4-cü günü İŞİD dünyanı sarsıdan növbəti sensasion addımını da atıb.
Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Mosula bitişik ən böyük kəndlərdən biri olan Kayyaranın azad edilməsindən sonra İŞİD bu gün bölgədəki neft quyularını atəşə verib: "Neft quyularına yerləşdirilən bombalar artıq partladılır. Partlayışın yaratdığı yanğın və qara tüstü bölgəni tamam ağuşuna alıb. Belə bir durumda isə havadan əməliyyat keçirmək də mümkün deyil".
Strateq.az neft quyularının partladılmasından sonra ortaya çıxan mənzərənin fotolarını da təqdim edir: