XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2016 - 13:11

Türkiyə Mosula girdi –Kürd yaraqlıları önə verildi

pesm%c9%99rg%c9%99

Mosul şəhərinin şimalından kürd peşmərgələri 4 istiqamətdən hərəkətə keçiblər.

Strateq.az xəbər verir ki, 2014-cü ilin avqust ayından bəri bu, İŞİD-ə qarşı İraqdakı kürd silahlılarının ilk əks hücumlarıdır.

Peşmərgə liderlərinin verdiyi məlumata görə, hücumda məqsəd Mosulun yanında yerləşən Başika qəsəbəsini azad etməkdir.

Qeyd edək ki, bu ərazidəki kürd yaraqlılarını (peşmərgə) Türkiyə dəstəkləyir. Peşmərgənin Mosul istiqamətində hərəkəti bu mənada Türkiyənin əməliyyata başlaması mənasına gəlir.

İstər İraq mərkəzi hökuməti, istərsə də ABŞ, Türkiyənin Mosula əməliyyatına isti baxmasalar da, Ankaranın israrlı tələbləri nəticəsində yalnız peşmərgələrin Mosul əməliyyatına qoşulmasına bir şərtlə razılıq verilmişdi – kürd yaraqlıları mərkəzi İraq hakimiyyətinin rəhbərliyinə tabe olmalıdırlar.

Görünən budur ki, həmin şərtlə razılaşan Ankara bir neçə günlük son hazırlıqdan sonra öz peşmərgələrini meydana sürüb.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə