XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2016 - 11:15

Çin Mosulu və Tay kanalını necə ələ keçirir? –Pekin “İpək yolu”nun gələcək magistralları üzərində addım-addım irəliləyir - Təhlil

tay

Sərkis Saturyan

REGNUM İA, 20.10.2016

 

Mosul 2014-cü ilin iyunundan İŞİD-in hakimiyyəti altındadır. Dünya KİV-lərinin tirajladığı rəsmi versiya bu cürdür. Çox az adam bu haqda düşünür ki, 1,5 milyon əhalisi olan şəhər iki ildən çox müddətdə terrorçuların işğalı altında necə yaşayıb, ərzaq əldə edib və xarici dünya ilə qarşılıqlı fəaliyyətdə olub. Lakin zaman-zaman mətbuata məlumat sızırdı ki, İraq və Suriya ərazisində İŞİD-ə tabe maliyyə sazişləri türk bankları vasitəsilə həyata keçirilir. Maraqlı detaldır, elə deyilmi?

Lakin burada təəccüblü heç nə yoxdur, çünki 2015-ci ilin qışında Rusiya müdafiə nazirliyi Ankaranın İŞİD terrorçularından neft aldığını təsdiqləyən fotoşəkilləri təqdim edib. Lakin bu, dərdin ancaq yarısıdır: Pentaqon Mosulda çox böyük hərbi baza yerləşdirməyi planlaşdırır. Bəs sonra nə olacaq? Sonra Vaşinqton əvvəlcədən Moskvanı Suriya Latakiyası və Şərqi Aralıq dənizi bölgəsindən sıxışdırmaqla öz maraqlarına uyğun olaraq Tehranla Pekini Şimali İraqdan kommunikasiyalar keçirtməyə məcbur edəcək. Həm də Amerika koalisiyasının Rusiya prezidenti Vladimir Putin və Xmeymim aviabazasındakı RF HKQ qrupuna təzyiqi Kremlin Hələbdə güzəştlərə getmək cəhdinə mütənasib şəkildə artacaq. Centlmencəsinə nə qədər çox sazişə gəlsək, cavabında bir o qədər çox “təşəkkürlər” alırıq. Rusiya oktyabrın 18-də oktyabrın 20-ə nəzərdə tutulmuş “humanitar pauza”ya görə aviazərbələri kəsdiyini elan edəndən bir neçə saat sonra Belçika HHQ-nin F-16 qırıcıları Suriya səmasına soxulub Həssacək kəndinə (Hələb əyaləti) zərbələr endirib.

Dünya üç həftədən sonra ABŞ-ın yeni prezidentinin adını biləcək. Noyabrın 8-də kimin üstün gələcəyindən asılı olmayaraq hələlik bir şey yəqindir – Demokrat partiyasından namizəd Hillari Klintonun seçicilərin əlavə səsini almağı üçün Amerikanın indiki administrasiyası qalan vaxt ərzində əlindən gələni edəcək. ABŞ, Türkiyə, Fransa və bölgə müttəfiqlərinin fəaliyyəti bu piar-əməliyyata tabedir. Buna görə də hadisələr görünməmiş miqyas alır və Bağdadı qəti addımlar atmağa vadar edir. İraq baş naziri Heydər əl-Abadi oktyabrın 17-də Mosulun İŞİD-dən azad edilməsi üzrə hərbi əməliyyata başlamaq sərəncamı verib. Lakin siyasi xalları Bağdad deyil, Ərbil toplayır. İraq Kürdüstanı prezidenti Məsud Bərzani bildirib ki, peşmərgə yığması Bağdad, Vaşinqton və Ankaranın dəstəyi ilə şəhər ətrafında 200 km-lik ərazidə nəzarəti ələ almağa nail olub. Onun sözlrinə görə, Mosul 2012-ci ildən döyüşlərin davam etdiyi Hələbin taleyini təkrar etməməlidir. “Bu, tarixi bir gündür. Və bu, Mosul üzrə razılaşmalar əldə etməyə hesablanan çoxsaylı görüşlərdən sonra baş tutub” – deyə Bərzani Bağdadı Ankara ilə “böyük anlaşma”ya çağıraraq qeyd edib.

Bilindiyi kimi, iş görməkdənsə söz danışmaq xeyli asandır. Xüsusən ona görə ki, Türkiyə bilə-bilə millətçilik və məzhəb ziddiyyətləri törətməklə  İraqın sünni və şiə qismi arasındakı uçurumu dərinləşdirir. Bu dəfə fitnə müəllifi şiə müsəlmanların Mosulun azad edilməsində iştirakının bölgədə gərginliyi yalnız artıracağını bildirən xarici işlər naziri Mövlud Çavuşoğlu olub. Anadolu agentliyi Çavuşoğludan sitat gətirir: “Mosulun azd edilməsi üzrə əməliyyatda şiə döyüşçülərin iştirakı barış gətirməyəcək. Əksinə, bölgəsəl problemlər çoxalacaq”.

Şiələr isə əks fikirdədir və oktyabrın 18-də Bağdadda Türkiyə səfirliyinin divarları yanında kütləvi etiraz aksiyası təşkil ediblər. Şiə vaiz Muktəda Əs-Sədra tərəfdarları “Ərdoğan, rədd ol!” şüarları səsləndiriblər. Əs-Sədranın rəsmi təmsilçisi Türkiyə işğalını ittiham edərək daha dərinə gedib: “Biz Türkiyənin İraqın daxili işlərinə müdaxiləsini pisləyirik. İraq torpağına kimsə soxulmamalı və işğal siyasəti aparmamalıdır!”

Ankara sadəcə İraqın şimalında 2 min hərbçi yerləşdirməyib (500 əsgər Mosuldan şimali-şərqdə yerləşmiş Başik bazasındadır), həm də (3000-ə yaxın) yerli sünni ərəb, kürd və türkmanlardan “sünni yığma qoşunu” hazırlayır və Ərdoğann fikrincə, İŞİD üzərində qələbədən sonra Mosulda məskən salmalıdr. Qətər telekanalı “Əl-Cəzirə” xəbər verir ki, İraqın şiə ərəb, yezid və xristianlardan ibarət Xalq Səfərbərliyi Qüvvələri Ərdoğanı “irqçi demoqrafik siyasət”də ittiham ediblər. Amerikalılar məmnundur, çünki Mosulda sünni ünsürün güclənməsi İranın bölgə mövqelərinin qabağını almaq, həmçinin İraq Kürdüstanını çoxdan gözlənilən müstəqillik haqda referenduma hazırlamaq imkanı verəcək. Lakin Pentaqon əvvəlcədən öz hakim hərbi durumunu möhkəmlətməyə üstünlük verir.

 

Mosul və Tay kanalı – “İpək yolu”nun gələcək magistrallarıdır

 

Qaldı ki, Çinə, Mosulda indiki hərbi kampaniya onu qane edir. “Global Times”-ın sitat gətirdiyi ÇXR XİN rəsmi təmsilçsi bildirib: “Çin İraq hökumətinin milli sabitliyi saxlamaq üzrə fəaliyyəti və terrorizmlə mübarzəsini dəstəkləyir. Ümid edirik ki, İraq ölkədə təhlükəsizlik və sabitliyə mümkün qədər tez nail olmağı bacaracaq”.

Hətta Honqkonqun “South China Morning Post” nəşri İraq ordusu və peşmərgənin Mosul rayonundakı cəhdlərini şəkklə dəyərləndirən Sinqapur və Malayziyanı tənqid edib. Malayziya xarici işlər naziri Əhməd Zahid Həmidi İŞİD döyüşçülərinin Cənubi-şərqi Asiyada fəallığının artcağını gözləyir, müdafiə naziri Hişammuddin Hüseyn isə hərbçilərə Suriya və İraqda məsələlərin vəziyyətini izləməyi tapşırıb, çünki ehtimal var ki, terrorçuların əli Malayziyaya da çatar. Sinqapur baş nazirinin ümavini Teo Çi Xian Mosul əməliyyatının Asiya bölgəsində terrorçuluq təhlükəsini gücləndirəcəyini vurğulamaqla onlara dəm tutur. Qonşu İndoneziyanın dəstəklədiyi Sinqapur və Malayziyanın əsəbiliyi nə ilə şərtlənir?

Qoyulmuş sualın cavabı oktyabrın 13-də ölkəni 1946-cı il iyunun 9-dan idarə etmiş 88 yaşlı kral Phumipon Adulyadetin vəfat etdiyi Tailandın daxili siyasi hadisələrində gizlənir. Monarx millətin vahidliyinin rəmzi və ali baş komandan olmaqla son illərdə ABŞ-la ÇXR arasında bacarıqla manevr edir, bu qayda ilə ölkədə siyasi sistemi sabitləşdirirdi. Banqkokun qarşısında çətin vəzifələr dururdu, çünki Pekin Cənubi Çin dənizində iştirakını amansızcasına artırırdı. Buna görə də Adulyet 1998-ci ildən ABŞ HHQ-ə Banqkokdan 250 km şimali-şərqdə yerləşən kral HHQ-nin bazasından (Korat Royal Thai Air Force Base) istifadə etmək icazəsi verir. Beləliklə, Pentaqon Vyetnam müharibəsi (1964-1975) bitəndən sonra ilk dəfə 2000-ci illərin başlanğıcında ABŞ-ın İraqa müdaxiləsini səssizcə dəstəkləmiş Tailanda qayıtdı. Lakin hələlik söbhət başqa yöndədir.

Çin və Tailand 2008-ci il dünya maliyyə-iqtisadi böhranından sonra Tay kanalının (Kra bərzəxi) inşası haqda danışıqları fəallaşdırıb. Bu nəhəng geoiqtisadi layihə Malakka boğazından yan keçməyə şərait yaratmaqla Andaman dənizi və Hind okeanını birbaşa Siam körfəzi və Cənubi Çin dənizi ilə birləşdirməyə imkan verəcək ki, bu da ÇXR-in ticarət karvanlarına Avropaya gedən yolu 2 min km azaltmaq imkanı verəcək. Yəni Sinqapur, İndoneziya və Malayziya transasiya ticarətinin əyalətinə çevrilir. Honkonqun “Oriental Daily” nəşri kanalın dəyərini $28 milyard, layihə uzunluğunu 100 km, dərinliyini 25 m, enini isə 400 m dəyərləndirilir.

Bu layihə əsrlərboyu nəzərdə tutulub. Fransız və ingilislər XVIII yüzillikdən onun  gerçəkləşməsi uğrunda mübarizə aparıb, 1970-ci illərdə isə artıq amerikalılar da uyğun texniki-iqtisadi əsaslandırma hazırlamaqla layihəyə qoşulub. İngiltərə və onunla birgə Amerika müstəmləkəçiliyi Tay kanalına XIX əsrin ikinci yarısında inşa edilmiş Süveyş və 1914-cü ilin asvqustunda açılmış Panama kanalları kimi dünya ticarətini sürətləndirən yeni dəniz magistralı qismində yanaşırdı. Süveyş və Panama kanalları bu və ya digər dərəcədə Çini Avropa və Amerikia ilə birləşdirən bənd rolunu oynayır. Buna görə də Vaşinqton, London və Avropanın başqa paytaxtları Süveyş və Panama kanallarını  modernləşdirməkdə (2011-2016-cı illərdə) Pekinə mane olmayıb.

Belə ki, az iş qalıb – Tailandın keçmiş (1976-1977) baş naziri Tanin Kraiviçyenin timsalında lobbiçisi yerli Çin diasporu olan Tay kanalını inşa etmək. Mənşəcə çinli Kraiviçyen ahıl yaşlarına (88) baxmayarq əvvəlkitək məxfi Kral Şurasında işləyir və Prayuta Çan-Oça hökumətini kanalın inşasına yardım etməyə çağırır. Onun sözlərinə görə, “Kra bərzəxi” nəql xərcləri və beynəlxalq gəmiçiliyin müddətini azaldacaq, Tailandı bölgədə genişlənən Çin dəniz ticarəti üçün toplanış məntəqəsinə çevirəcək”.

Lakin fəaliyyətdə olan baş nazir qərar verməyə tələsmir, çünki öz vəziyyətinin laxlığını anlayır. Axı general Çan-Oça 2014-cü ilin mayında (kralın tapşırığı ilə) 1932-ci ildən bəri sayca artıq on doqquzuncu hərbi çevrilişin başında durub. Hərbçilər o vaxt hökumət başçısı, keçmiş baş nazir və milyarder Taksin Çinnavatın kiçk bacısı Yinqlak Çinnavatı (etnik çinli qadın) vəzifə səlahiyyətlərini aşmaqda ittiham edərək istefa verməyə məcbur edib. Kral Çin partiyasını özünə qarşı tam kökləməmək üçün 2015-ci ilin mayında ABŞ HHQ-dən təyyarələri Pxuket adasından (Andaman) yığışdırmağı tələb edib. O zaman KİV-də kanalın inşası üzrə memorandum imzalanması barədə məlumat göründü, lakin ÇXR-in Banqkok səfirliyi dərhal təkziblə çıxış etdi. Bəs sonra?

Yəqin ki, kral Phumipon Adulyadetin vəfatı dəniz “İpək yolu”nun uzunluğunu qısaltmağa, bununla da Çinlə İran arasında ticarətin gəlirliliyini artırmağa cəhd edən Çin partiyasını gücləndirəcək. Təsadüfi deyil ki, Tailanddakı dəyişikliklər Mosula hücumla eyni vaxta düşüb. Üst-üstə düşmələr hələ çox olacaq. Məsələ başqa şeydədir. Amerika transmilli şirkətlərinin Çin üçün postsovet Gürcüstanında dərin limanKarib dənizi hövzəsində kanal inşa etdiyi, İran prezidenti Həsən Ruhaninin isə Çinlə Malayziya, Vyetnam və Tailandın  mövqelərini yaxınlaşdırmaqdan ötrü Banqkoka səfər etdiyi bir dünyada yaşamağa hazırıqmı?

 

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə