XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

21 Oktyabr 2016 - 19:30

Mosul Türkiyə-İraq müharibəsinə səbəb ola bilərmi? –Ankara İranın Aralıq dənizinə yolunu bağlamağa çalışır - Təhlil

irak-iran-suriye-turkiye

REGNUM İA, Bağdad, 21.10.2016

 

Tehrana İraqda möhkəmlənməyə imkan verməməyə cəhd edən Türkiyənin hərəkətləri Bağdadla Ankaranın birbaşa hərbi toqquşmaya keçməsinə səbəb ola bilər.

Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb və ABŞ, peşmərgə kürd bölmələri, yezid, yerli sünni və xristian qüvvələri İŞİD-in əldə saxladığı şəhərin üstünə gedib. Koalisiya qüvvələrinin yolunda xeyli maneələr var – bunlardan ən mühümü Mosulun şimali-şərqində yerləşmiş Başik bazasındakı Türkiyə qüvvələri üzündən Ankara və Bağdad arasında doğan münaqişədir.

ABŞ-ın Əfqanıstan, İraq və BMT-dəki keçmiş səfiri Zalmay Xəlilzad "National Interest” üçün məqaləsində yazır ki, bu fikir ayrılığına lap tezliklə diqqət ayrılmasa, Mosulun azad edilməsi və sabitləşdirilməsini qəlizləşdirə biləcək müharibə içində müharibə təhlükəsi var.

Ankara və Bağdadda başqa heç bir məsələ üzrə deyil, ancaq bununla həmrəydirlər ki, əməliyyatın məqsədi İŞİD terrorçu qruplaşmasını məhv etməkdən ibarətdir. Bu yaxınlarda Türkiyə və Kürdüstana baş çəkmiş müəllif qeyd edir ki, tərəflərin fikir ayrılığı beş bənddən ibarətdir.

Birincisi, Suriya və İraqdakı qarşılıqlı əlaqəsi olan vətəndaş müharibələri İran və Türkiyənin qonşu ölkələrdə mövcud olan etnik və məzhəb ziddiyyətlərini istismar edərək açar rolunu oynadığı bölgəsəl geopolitik toqquşmanın nəticəsidir. İranla Türkiyə arasında ikitərəfli məsələlər, o cümlədən kürdlərin Suriyadakı rolu üzrə münasibətlərin yaxşılaşdığına baxmayaraq, Ankara və Tehran İraq və Suriyada nüfuz uğrunda rəqabət aparır. Ankaranın baxışına görə, Türkiyə hərbçilərinin Başika bazasında olması ilə bağlı Bağdadla fikir ayrılığı Türkiyə ilə İraqdan çox, Türkiyə ilə İrana meyllənən Bağdadın şiə hökuməti arasındadır. Hətta Türkiyə rəsmiləri iddia edirlər ki, İraq hökumətinin legitimliyi çoxillik vətəndaş müharibəsi və İraq sünniləri, türkmənlərin siyasi təqibi siyasətindən güclü şəkildə sarsılıb və kürdlərin ayrılmasına səbəb olub.

İkincisi, Ankara təkcə Mosulun özünə görə deyil, onun civarında İranın Türkiyə, Suriya və İraq ərazilərinin kəsişdiyi nöqtədə öz mövqeyini qurmaq istədiyi ərazilərə görə narahatdır. Bu ərazilərə nəzarət Tehrana öz nüfuzunu rəsmi Dəməşqin adından yaymaq imkanı verəcək. Bu, həmçinin İslam respublikasına bölgəsəl Kürdüstan hökumətini məhv etməyə şərait yaradacaq. Ankarada hesab edirlər ki, İran Suriya və Livanın Aralıq dənizi sahillərinədək quru dəhlizi yaratmağa cəhd edir. Bunun üçün ən qısa yol Mosuldan keçir. Türkiyə bu cür nəticədən yayınmağa çalışır.

Üçüncüsü, Türkiyə tarixi-mədəni baxımdan Mosul və onun sünni və türkman əhalisi ilə bağlıdır. Ölkənin hakim dairələrində Türkiyə prezidentinin baş müşaviri İlnur Çelikin açıqlamalarında ifadə olunan bir fikir var ki, I dünya savaşından sonra bu bölgəni Suriyanın şimalı ilə birlikdə Türkiyədən qoparmaq olmazdı. Mosuldakı əsas liderlər şiə silahlı birləşmələri və İran təhlükəsinə qarşı fəaliyyətdə açar tarazlıq olan Türkiyə ilə güclü əlaqələr və ümumi tarixə nisbətdə oxşar mövqe tuturlar.

Türkiyə hesab edir ki, sünni türkmanları xüsusi təhlükə təhdid edir, buna görə də Ankara İranın və dindar silahlı birləşmələrin bölgədə demoqrafik dəyişikliklər etmək və türkmanların Mosul ətrafındakı ərazilərdən köçürülməsi ilə bağlı mümkün planlarına nisbətdə dəfələrlə təşvişini ifadə edib.

Dördüncüsü, Ankara Kürdüstan demokratik partiyası ilə strateji tərəfdaşlığa, o cümlədən Ərbili bir sıra təhlükələrdən, həmçinin Bağdaddan  qorumaq üçün qoşun göndərməyə nail olub.

Nəhayət, Ankara qırx il ərzində Türkiyə dövlətinə qarşı gizli müharibə aparan PKK-ya İraqın şimalında nüfuzunu gücləndirməyə imkan vermək istəmir. PKK artıq Sincar şəhəri bölgəsində özünə platsdarm yaradıb – onun döyüşçüləri bu vilayəti İŞİD döyüşçülərindən azad etməkdə göstərdiyi yarımdan sonra. Buna görə də Ankara istəmir ki, PKK Mosul əməliyyatına qatılsın.

Beləliklə, ABŞ mürəkkəb mübarizənin mərkəzindədir. İŞİD döyüşçülərinə qarşı savaşda Bağdadın son dərəcə mühümlüyü, həmçinin İraq baş naziri Heydər əl-Abadiyə kömək etmək və onun İrandan asılılığını azaltmaq cəhdi nəzərə alınmaqla Vaşinqton yalnız qismən Bağdadın tərəfində çıxış edir. Ağ ev Türkiyənin mövqeyini qeyri-səmərəli, mümkün hərəkətlərini isə gözlənilməz sayır. ABŞ hətta İraq Kürdüstanına təzyiq edib ki, Ankaradan Başik bazasından çıxmağı xahiş etsin. Qəribə olsa da, buna nail ola bilməyib.

Bununla belə, Vaşinqton İranın səyləri və şiə silahlı birləşmələrinin Mosulda bir sıra hərbi cinayətlər edə biləcəyinə nisbətdə Ankaranın təşvişini bölüşür. ABŞ Bağdadla Ankara arasındakı mübahisədə bu və ya digər tərəfin mövqeyini dəstəkləmək əvəzinə, Mosulda İŞİD-ə qarşı əməliyyatın keçirilməsinə şərait yaradası və Tehranın bu şəhərdəki məqsədlərinə son qoyası, lakin Abadi üçün təhqirli olmayacaq və yaxud onun İrandan asılılığını artırmayacaq, həmçinin İraq və Türkiyə qüvvələrinin mümkün toqquşmasının qabağını alası həllin tapılması üçün diplomatiyadan istifadə etməlidir. İraq və Türkiyənin müdafiə idarələrinin yüksəkçinli əməkdaşları bir neçə həftə öncə İstanbulda görüş keçiriblər və koalisiyanın bazası qismində Türkiyə qüvvələrinin yerləşdiyi Başik bazasından istifadə haqda saziş əldə olunub və bunun sayəsində Ankara orada qala bilər.

ABŞ təşəbbüslə çıxış etməlidir ki, koalisiyanın digər üzvlərinin  qoşunları Türkiyə qoşunları ilə birlikdə qərarlaşsın. Bunun hesabına bir qədər müsbət nəticələr əldə olunacaq. Məsələn, ABŞ-ın şiə silahlı birləşmələr və onların Mosula doğru hərəkətinə qarşı təzyiq vasitəsi olacaq, Vaşinqton Bağdadla Ankara arasında münasibətlərin pisləşməsindən, həmçinin Mosul əməliyyatında müharibə içində müharibədən yayınacaq.

Türkiyənin qaba taktikası durumu mürəkkəbləşdirib. Abadinin şəxsi ünvanına hücumlar və Bağdad parlamentinə nisbətdə qeyri-diplomatik iradlar üzündən o, zəif görünür. Bu cür addımlar qeyri-səmərəlidir, çünki hökumətin zəif olduğunu, həmçinin İraqı xarici müdaxilədən qorumaq üçün Mosulda gərək olduğunu iddia edən silahlı birləşmələrin əlinə oynayır. Türkiyə özünün despotik davranışı üzündən İrana qarşı çıxış edən Əyyad Əllaui kimi ənənəvi dostlarına və siyasətçilərə Ankaranın qoşunu çıxartmasını tələb etməkdən özgə bir çıxış yolu qoymayıb. Hətta türkmanların bəzi təmsilçiləri də Türkiyənin yanaşmasını tənqidlə çıxış ediblər ki, onların icması özünə qarşı mənfi təsir hiss edir.

Əgər təcili tədbir görülsə və Türkiyə qüvvələri koalisiyanın himayəsinə keçirilsə, gərginliyin artmasını önləmək mümkün olacaq, həmçinin Mosul əməliyyatına mənfi təsir göstərilməyəcək.

 

Tərcümə Strateq.az-ındır. 




Yuxarı Əvvələ Ana Səhifə