XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 11:04

Rus ekspert:“Türkiyə Yaxın Şərq münaqişəsinin xarakterini dəyişdirir” – Təhlil

ttt

Andrey Qanja

REGNUM İA, 26.10.2016

 

Bölgədə Qərb sivilizasiyasının çoxdan köhnəlmiş demokratik dəyərlərini tətbiq etmək məqsədilə Suriyada tiran Bəşər Əsədə qarşı mübarizə getdiyi illüziyasından artıq çoxdan imtina etmək lazım idi. Orada tərəflərdən hər birinin kompleks siyasi-iqtisadi plana malik olduğu çoxsəviyyəli (ABŞ – Rusiya – Fars körfəzinin monarxiyaları) müharibə gedir. Artıq bu kürəsəl müharibənin spesifik formatı lap başlanğıcdan bölgənin hələ bu yaxınlara qədər virtual sivil gerçəkliyi – radikal “islam amili”nin məzhəbi-tarxi özəlliyidir.

Bu ideyanı kim yetişdirir-yetişdirsin (o isə yeni eranın VII əsrində doğulub), planlaşdırılmış çərçivələrdən qopub və tamamilə gerçək dövlətə – Xilafətə  çevrilib. Hələlik nə şərti Amerikayönlü (yaranma anında 55 ölkə və üstəgəl Avropa Birliyi, ərəb dövlətləri Liqası və NATO), nə də şərti Rusiyayönlü (dörd ölkə) koalisiyalar onun öhdəsindən gələ bilir. Lakin o, təkcə 2016-cı ildə Rusiya-Bəşər qoşunlarını olduqca əla şəkildə taqətdən sala bilib, indi isə Amerikayönlü qüvvələrin Mosula hücumu zamanı tamamilə gözlənilmədən passiv müdafiəyə keçməyib, vaxtını effektli və təsirli cavab hücumlarına sərf edir (Kərkükə, Ər-Rəbaha). Hətta təəssürat yaranır ki, Xilafəti məhv etmək olar (hələlik heç kim kütləvi qırğın silahı işlətməyib), ona qalib gəlmək isə mümkün deyil.

Niyə? Xeyli izahat təklif etmək olar. Bayağı deyil, lakin bundan az rasional olmayanı Xilafət döyüşçülərinin yüksək motivləşməsidir. Hətta tez-tez özünüqoruma instinktini boğan motivləşmə. İraq Kürdüstanı bölgəsəl hökumətinin naziri və 1981-ci ildən peşmərgə döyüşçüsü Əbdülsəttar Qasım şəxsi söhbətdə İŞİD-çiləri bu cür qiymətləndirib: “Onların da öz ideyası var və buna inanırlar. Onların öz şəriət dünyası var və qalan dünyanı bu cür etmək istəyirlər. Onlar da “ürəkdən” döyüşürlər , “ürəklə” vuruşanlar isə həmişə yaxşı əsgər olublar. Onlar təhlükəlidir, çünki inanırlar ki, düşməni öldürsələr, cənnətə düşəcəklər. Buna görə də çox öldürmək istəyirlər… Buna görə belə deyirəm – onlar yaxşı, ideyalı və silahlanmş döyüşçülərdir”.

Xəstə, tarixi dumanlı xatirə kimi bu cür motivləşməni lağa qoymaq olar, lakin faktlara baxılsa, məhz motivləşdirilmiş dəstələr (kürdlər və İŞİD) bu illər ərzində yalançı olsa da, öz dövlətlərini yarada biliblər. Qalan iştirakçlar yalnız itirib – kimi pulunu (Rusiya), kimi nüfuzunu (ABŞ), kimi gəlirini (Səudiyyə Ərəbistanı), kimi əsəblərini (İsrail), kimi də ərazilərini (Suriya və İraq). Lakin son günlərdə yeni motivləşmə aydın şəkildə meydana çıxır – Türkiyəninki.

Türkiyə prezidenti Rəcəb Ərdoğan oktyabrın 22-də bildirib ki, Mosul və Hələb şəhərləri türk xalqına məxsusdur. Ərdoğan növbəti gün isə ölkənin Təhlükəsizlik Şurasında çıxış edərkən fikrini daha açıq şəkildə ifadə edib: “Bizi 720 min kvadrat km-lik əraziyə qovublar, halbuki bizim 20 milyon kv.km-lik ərazimiz var idi. Bizi bu kiçik torpaq parçasının keşiyini çəkməyə məcbur ediblər. Amma artıq bu keçməz. Kim nə deyir-desin, biz indiki ərazimizin hüdudlarından kənara çıxacağıq”.

Prezident Türkiyədə müqəddəs məna daşıyan sənədə – “Misaki-Milli”yə (Milli And) istinad edib. Bu, Osmanlı imperiyası parlamentinin son qərarıdır və Mustafa Kamal onu “tarix salnamlərində müstəqilliyimizin əsas prinsipi” adlandırıb.

Həm də “And”ın ilk bəndi bildirir ki, “Mudros barışığının imzalandığı dövrdə (1918) ərəb çoxluğun məskunlaşdığı ərazinin gələcəyi referendum yolu ilə müəyyən olunacaq. Digər tərəfdən, o zaman işğal edilməmiş və türk çoxluğun məskunlaşdığı ərazilər türk millətinin vətənidir”.

Bu cür müddəa təməl qismində nəzərdən keçirilsə, onda qalan bütün müqavilələri (Sevr, Qars, Lozanna) heç nə və necə ki indi deməyi xoşlayırlar, “avtomat lüləsi altında imzalanmış” elan etmək olar.  Mudros barışığı zamanı isə Ermənistan, Suriya, Fələstin, Ərəbistan və Mesopotomiya işğal edilməmişdi. Və “Mudros hərfi” baxımından “türk millətinin vətənidir”.

Türkiyə və onun Azad Suriya ordsundakı vasitəçiləri nəticə kimi son zamanlar Hələb əyalətininn şimalında kürdləri ən əziz ümiddən – qərbdəki Afrin anklavını ölkənin şərqindəki Rojava “ana yaylası” ilə birləşdirməkdən məhrum etməklə Dabik-Mari-Təl-Rifat xətti üzrə öz fəaliyyətini son dərəcə fəallaşdırıb. Bundan başqa, türk qoşunları Suriyanın İdlib əyalətinə daxil olaraq Əqrabat şəhərini tutub və Afrin ərazisini artıq qərbdən atəşə tutur. Əsəd rejimi (Yaxın Şərqin beynəlxalq hüquq xarabalıqlarında yeganə legitim rejim) etiraz edir, lakin türklər buna etinasız yanaşır.

Türklər İraqda artıq çoxdan (İraq Kürdüstanı peşmərgəsinə təlim keçmək bəhanəsilə) ölkənin şimalına qoşun yeridib, dörd baza yaradıb və Mosulun gələcək zəbtinə qatılacağı haqda elan edib. ABŞ-ın xeyir-duası ilə, çünki Pentaqon şefi Eşton Karter oktyabrın 22-də bildirib: “Mosul əməliyyatında Türkiyənin iştirakı ilə bağlı, prinsipcə, razılaşmışıq”.

Həm də o, bunu prezident Ərdoğan, baş nazir Yıldırım və müdafiə naziri Fikri İşıqla görüşdən sonra bəyan edib. Bu cür dəstək nəzərə alınmaqla təəccübləndirmir ki, Ərdoğan İraq baş naziri Heydər əl-Abadinin etirazlarına “öz yerini tanı” təklifi verib.

Buna görə də Suriyada biçimlənmiş yeni durumu qiymətləndirərək güman etmək cəsarətini öz üzərimə götürürəm ki, Suriya və İraqda qeyri-hərbi ssenari mümkünsüz olur. Türkiyə tarixi-milli qismdə bölgədə öz yeni maraqlarını elan edib, yəni yeni motivləşmə yaradıb. Həm də bundan imtina Ərdoğan hökuməti üçün siyasi intihar olacaq. Bu isə bildirir ki, ssenari dəyişilib və münaqişənin (artıq aydındır ki, olduqca gec) bitməsi Cenevrədəki diplomatik səylərlə deyil, hələlik kimin olacağı aydın olmayan, indiki sərhədləri dəyişəcək və yeni dövlətlər yaradacaq hərbi qələbələrlə bağlı olacaq.

Yeri gəlmişkən, dövlətlər, sərhədlər və cihadçıları Mosuldan sıxışdırmaq üçün yaradılmış koalisiya haqda. Oktyarbın 25-də, Mosul əməliyyatının səkkizinci günündə “Rudaw” kürd nəşri xəbər verib ki, kürd komandirlərinin sözlərinə görə, peşmərgə Mosulun azad edilməsi üzrə əməliyyatda iştirakı davam etdirməyəcək. Kürdlər Başik şəhəri rayonunda müdafiə xətləri hazırlamağa başlayıblar. Bu isə bildirir ki, əməliyyatın özü iflas həddindədir (onun əsas gücü peşmərgədir), kürdlər isə öz dövlətlərinin YENİ SƏRHƏDİNİ möhkəmləndirməyə başlayıblar. Bağdaddan etiraz səslərinə qulaq asmadan.  

Sayks-Piko formatı”nda Yaxın Şərq dönəmi keçmişə qovuşur.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə