XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 Oktyabr 2016 - 19:12

“Zaman axarında”: 20 yanvar qırğınını törədən qatillər –Rostov "rezervist"lərinin Bakıda çəkilmiş FOTOSU

rezervistler-baki-1990-18-yanvar

Yanvar müasir Azərbaycan tarixinə həm xalqımızın qəhrəmanlıq nümunəsi ortaya qoyduğu, həm də qanlı bir qırğının baş verdiyi ay kimi düşüb. 20 yanvar gecəsi sovet ordusunun Bakıda tanklardan, pulemyot və avtomatlardan açdıqları atəş səsləri vəhşicəsinə qətlə yetirilmiş sadə sovet vətəndaşı olan xeyli sayda azərbaycanlı üçün "əcəl zəngi"nə çevrildiyi kimi, elə 1990-cı ilin şaxtalı qış günü şəhər küçələrində yerə sərilmiş insan cəsədləri üzərindəki ağlaşma, hayqırtı və gəmilərdən səslənən boğuq etiraz siqnalı həm də SSRİ-nin süqutunu elan edən final fiti oldu.

Bu qəddar akta qol çəkən SSRİ prezidenti Mixail Qorbaçov və sovet hərbi rəhbərliyi günahsız insanların ölümüylə imperiyanı qoruyub saxlamağa çalışsalar da, bu qanlı haqdisə Azərbaycanın müstəqilliyi uğrunda baş qaldıran böyük bir hərəkatın əsasını qoydu…

Strateq.az “Zaman axarı” layihəsi çərçivəsində ilk dəfə yayılan bir fotonu təqdim edir:

Bakı. 18 yanvar. 1990-cı il. Qala hərbi aerodromu.  Rostovdan gətirilmiş "rezervist"lər Bakıdakı sovet hərbi hissələrinə aparılır.

Hərbi paltar geymiş bu cəlladlar 2 gün sonra Bakıda xalqı gülləbaran edəcək, 100-lərə dinc sakini – qoca, qadın, uşağı öldürəcəklər.

Onları elə qırğından sonra da bu nəhəng təyyarə ilə geriyə aparacaqlar. “Mavr işini gördü, mavr gedə bilər”.

Amma cinayətin qanlı ləkəsi onların ömründə əbədi qalacaq.

 Bu şəkil  25 ildən sonra  cəlladların açıq yayılan ilk fotosudur.

 X. SƏFƏROĞLU

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə