XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2016 - 10:32

Britaniyadan xəbərdarlıq:"Rusiya bu həftə Hələbə tammiqyaslı hücuma başlayacaq"

helebe-hucum

inoTV, 31.10.2016

 

“Times” qəzeti Qərb kəşfiyyat analitiklərinə istinadən yazır ki, Rusiya artıq bu həftə “Hələbə tammiqyaslı hücum” başlayacaq. O, “Admiral Kuznetsov” aviadaşıyıcısının döyüş qrupu Aralıq dənizi bölgəsində onun hərbi kontingentini möhkəmləndirəndən sonra hərbi əməliyyatlara başlamağı planlaşdırır.

Nəşrin qeyd etdiyi kimi, Moskva əməliyyat üçün xüsusi olaraq elə bir vaxt seçib ki, ABŞ-da prezidenti seçkiləri və ondan sonrakı keçid dövrü ilə eyni vaxta düşsün. Hələbə gözlənilən hücum meydan oxunmayan “həyasız militarizm”in nəyə gətirib çıxardığına əyani nümunədir.

Məqalədə deyilir ki, keçən həftə Rusiya və Suriya təyyarələri Hələbin şərq məhəllələrinə vərəqələr atıb. Vərəqələrədə “qorxunc bir aydınlıqla” deyilir: “Bu, sizin son ümidinizdir… Canınızı qurtarın. Bu rayonları təcili tərk etməsəniz, məhv ediləcəksiniz”.

Nəşr yazır ki, deyəsən, bu, boş hədə deyil. Qərb kəşfiyyat analitiklərinin məlumatına əsasən, “Admiral Kuznetsov” aviadaşıyıcısının döyüş qrupu ilə möhkəmləndirlən Rusiya hərbi kontingenti Hələbə tammiqyaslı həmlə başlayacaq. Əldə olan məlumata görə, Vladimir Putinin məqsədi bundan ibarətdir ki, “avtokrat dostu”, Suriya prezidenti Bəşər Əsəd üçün növbəti ilədək önəminə görə Suriyanınn ikinci şəhərində hərbi qələbəyə nail olsun. Bəlkə də, bu məqsədə nail olunacaq.

Səudiyyə Ərəbistanının silahlandırdığı Suriya üsyançıları Əsədin onları sıxşıdrmaqda çoxillik cəhdlərinə meydan oxuyur və son günlərdə rejimin mövqelərinə hücumları ilə birliyin yeni əlamətlərini nümayiş etdiriblər. Aydındır ki, dünyadakı ən ciddi humanitar böhran ağırlaşacaq, həm də heç bir zəmanət yoxdur ki, Rusiyanın nominal dəstək verdiyi BMT-nin yardımı da ehtiyacı olanlara gedib çıxacaq. Eyni zamanda şübhə yoxdur ki, Ağ Ev uğrunda mübarizə hətta indikdi prezident Brak Obamanı da xarici siyasətdən yayındırır. Prezident Obamanın Suriya və Ukraynada Vladimir Putinin  qabağını almaqda daimi uğursuzluqları olmasaydı, Moskva xarici şəhərə tammiqyaslı hücum nəzərdə tutmazdı. Lakin Rusiya prezidentinin fəaliyyət göstərdiyi cari hakimiyyət boşluğuna Avropa da əlini qoyub.

Tarix xatırlayır ki, göyərtəsində 14 reaktiv zərbə təyyarəsi və ən azı, iki hərb helikopter daşıyanAdmiral Kuznetsovun Arktikadan Aralıq dənizinə yürüşünü bütün qitə necə laqeydliklə müşahidə edirdi. Avropa əlavə yanacaq vurmaqdan imtinadan başqa heç bir addım atmadı. Rusiyanın Suriyada bərqərar olmağa xüsusi bir ehtiyacı yoxdur və buna görə də Moskva bu Yaxın Şərq ölkəsindəki iştirakına bəraət qazandırmaq üçün təbliğata əsaslanmış versiya yaradıb.

Times”-ın fikrincə, Rusiya lıideri “yalandan” iddia edir ki, İŞİD-lə mübarizə aparır, lakin əslində Hələb rayonunda onun hədəfləri istisnasız olaraq “Əsədi devirməyə çalışanlar” olub. Bundan başqa, o, ABŞ-ı radikal cihadçıları mötədil üsyançılardan ayırmaqda uğursuz cəhdlərə görə ittiham edir.

Nəşr göstərir: “Bunda həqiqət payı var, lakin bu, gedişatında dinc sakinlərin hamıdan çox əzab çəkdiyi quduz hava basqısına bəraət qazandırmır”.

Nəhayət, Britaniya qəzeti iddia edir ki, Vladimir Putin oktyabrın 18-dən aviazərbələri dayandırıb ki, zərbələr bir də başlananda “Suriya terrorizmi üzərində əxlaqi üstünlüyünü” bəyan etmək imkanı olsun.  

“Times” yekunda yazır: “Həqiqət bundan ibarətdir ki, Rusiyanın Aralıq dənizinin şərqinə üzmüş döyüş qrupu terrorizmlə mübarizə üçün deyil, müharibə üçün təchiz olunub və buna qarşı durmaqda uğursuzluğa görə məsuliyyət eyni dərəcədə həm Avropa, həm də ABŞ-ın üzərinə düşür”.

 

Tərcümə Strateq.az-ındır.