XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Noyabr 2016 - 10:39

İŞİD- in canına vəlvələ salmış “Əzrailin atası” –PORTRET CİZGİLƏRİ (FOTOLAR)

ebu-ezrail 

Haqqında söhbət açacağımız bu adam barədə o qədər yalan, şübhə və ehtimal var ki, nəyin gerçək, nəyin yanlış olduğunu ayırd etməkdə çətindir. Amma nə qədər qarışıq, dolaşıq, ziddiyyətli şəxsiyyət sahibi olsa da, hər halda, o, XXI yüzilliyə öz damğasını vurub.

Strateq.az xəbər verir ki, bu ziddiyyətli şəxs haqqında indiyədək məlum olanlar budur:

– Yaxın Şərqdə, eləcə də bütün dünyada o, “Əbu Əzrail” ləqəbi ilə tanınır.

– tərcümədə mənası “Əzrailin atası” verən ləqəbin sahibi Səddam zamanında həbs edilib və edama məhkum olunub, amma edamdan öncə həbsdən qaça bilib. Buna görə camaat arasında “Əbu Əzrail” ləqəbi ilə çağırılır.

– əsl adı Əyyub Falih ər-Rabiidir.

– İraq universitetlərindən birində bədən tərbiyəsindən, başqa bir iddiaya görə isə, fizikadan dərs deyirmiş.

– taekvando və ox atmada ustadır.

…cihad fitvasından sonra “Haşdi Şabi” sıralarında İŞİD-lə mübarizəyə qatılıb.

– ilk dəfə qılınc və balta ilə silahlanaraq Tiqrit şəhərinin terrorçulardan xilasetmə əməliyyatında gözə dəyən “Əbu Əzrail” hazırda “İmam Əli (ə.) kommandos”larının komandanıdır.

– indiyə qədər 1500 terrorçu öldürdüyündən “İŞİD-in qarabasması, yaxud qorxulu yuxusu” kimi şöhrətlənib.

– fotolardan başı tam qırxılmış və topa saqqalla yadda qalan bu döyüşçü çox vaxt bəyəndiyi silahlarla, həm də gülümsəyərək poz verir.

– dostları onun haqqında deyir: “Qorxuducu və ürküdücü görünüşünə baxmayaraq, onunla söhbət etmək çox xoşdur”.

– “Əzrailin atası”nın sosial şəbəkələrdə dostlarının sayı yüz minlərlə ölçülür.

– öz evində isə beş uşaq atasıdır.

– İraqda saçlarını qırxdıran uşaqlar peysərlərində onun adını yazdırır. …ona mahnı və klip həsr edilib. …hətta bir cizgi filminin qəhrəmanına çevrilib.

– əylənməni sevən “Əbu Əzrail” ələ keçirdiyi bir radioqəbuledici ilə tez-tez “xilafət əsgərləri” ilə məzələnir.

“İstər sünni, istər şiə, istər xristian, istərsə də izidi olsun, inanan-inanmayan kim olursa-olsun, bütün İraq naminə vuruşacağam”, – deyir.

Ancaq İŞİD “Əbu Əzrail”in başına pul qoyub. Üstəlik, 2016-nın baharında Hələbdə öldürüldüyü iddiası vardı, xəbər yalan çıxdı. “Əzrailin atası” olsa da, ilk həqiqət budur ki, bütün fanilər kimi, bir gün həzrət Ölüm Mələyi onun da canını almağa gələcək.

İkinci həqiqət isə budur ki, dünya durduqca bəşər övladı Həqiqət və Ədaləti ən böyük dəyər sayacaq.

M.Rzasoy

ebi-1

ebu-ezrail

ebu-2

ebu-4

ebu-3

Strateq.az