XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

06 Noyabr 2016 - 15:57

ABŞ xüsusi təyinatlıları Mosul uğrunda döyüşə başladı –ABŞ-dakı seçkilərə hesablanmış növbəti addım?

am

Amerika hərbi avtomobilləri Mosul yaxınlığındakı ABŞ hərbi bazasında

© REUTERS

We Are Change (ABŞ), 06.11.2016

 

Mosul uğrunda hər hansı əhəmiyyətli nəticələri olmadan şiddətlənən döyüş  İraqı və bütün Yaxın Şərqi sarsıtmaqda davam edir. Burada aparıcı rol indiyədək heç bir təcrübə və vərdişə malik olmadan şəhəri ən qısa müddətdə ələ keçirməyə çalışan İraq ordusu və kürd xalq özünümüdafiə dəstələrinə məxsusdur.

Bu arada ABŞ xüsusi təyinatlı elit  qüvvəsindən bu həftə Mosul rayonuna atılmış 500 desantçı  hücum əməliyyatına yeni impuls verməlidir. Amerika diversantlarına dəstəyi "Apache" və "Chinook" helikopterləri həyata keçirir. 

“Inside Syria Media Center”in xəbər verdiyi kimi, Amerika xüsusi təyinatlıları İraq və kürd hərbi birləşmələrinin avanqardında yerləşir. Hərbi ekspertlərin fikrincə, bu cür hərbi şərait ilk dəfə kəşfiyyat aparmaq və digər xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlılar üçün qeyri-tipikdir.

Elit bölmələrin əsgərləri Mosulda piyada funksiyasını yerinə yetirir ki, bu da Vaşinqtondakı məmurların, həmişəki kimi, növbəti dəfə gizlətməyə cəhd edəcəyi böyük itkilərə səbəb olacaq.

Amerika məmurları İŞİD-i məhv etməkdən ötrü Mosulun terrorçulardan azad edilməsinin gərəkdiyini müntəzəm şəkildə bəyan etsələr də, bu məqsədə çatmaqdan ötrü Amerika xüsusi təyinatlısından istifadə etmək qərarı tamamilə səmrəsiz görünür. Lakin uzanmaqda olan hücum əməliyyatı ABŞ-dakı prezidenti seçkilərinə qədər Mosulun ələ keçirilməsi üzrə əməliyyatı başa çatdırmaqdan ötrü Pentaqonu ifrat tədbirlərə əl atmağa məcbur edir.

Ağ Ev bu qayda ilə Demokratik Partiyanın namizədi Hillari Klintonun irimiqyaslı PR-kampaniyasına dəstək kimi bu durumdan yararlanır. Bu cür kontekstdə ABŞ-ın terrorçularla fəal mübarizədən uzun müddət kənar durduğu, ABŞ-da seçkiqabağı kampaniyanın sonu ilə qəribə şəkildə üst-üstə düşdüyünün səbəbi aydın olur. Mosulun azad edilməsi həmçinin İŞİD-ə qarşı mübarizədə Amerika millətinin rolunun önəmi və həlledici rolunu dünya ictimaiyyətinə nümayiş etdirməlidir. Lakin bu, Wikileaks-in İŞİD terrorçularının yaradılması və maliyyələşdirilməsində ABŞ və Amerika maqnatlarının rolunu  təsdiqləyən yeni ifşaların işığında daha kədərli görünür.

 

Tərcümə Strateq.az-ındır.   




Yuxarı Əvvələ Ana Səhifə