XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Noyabr 2016 - 11:22

Ərdoğan “Avrasiyanın ürəyi”ni fəthə hazırlaşır:Türkiyə Böyük Səlcuq imperiyasının ərazilərinə üz tutur - Təhlil

erdoqan-sefer

Mehmet Seyfettin Erol

Milli Gazete (Türkiyə), 16.11.2016

 

Türkiyənin Qərb tərəfindən ABŞ-NATO oxu üzrə dar strateji planda görülməsi ən böyük ədalətsizlik və hətta bizim tariximiz və missiyamızı anlamağa münasibətdə satqınlıq olacaq. Son iki əsr ərzində Türkiyəni məhz bu addımı atmağa məcbur edirlər. Türkiyə nə qədər ki yaxın xaric qismində yalnız Suriya və İraqı nəzərdən keçirir, düşdüyü burulğandan çıxa bilməz. Buna görə də, hər şeydən öncə, yeni strateji təfəkkür, strateji nəzər və dərinlik lazımdır.  

Türkiyənin son iki əsr müddətində zaman-zaman söykəndiyi tarixi yaddaşın indiki mərhələdə fəallaşdırılması və tarixi coğrafiyaya yönəlməsi bu qüsurlu çevrədən çıxmaq üçün zərurətə çevrilir. Məsələn, axı həmin strateji düşüncə milli-azadlıq savaşı illərində imperializmə qarşı mübarizəni təkcə Anadolu ilə məhdudlaşdırmır və milli-azadlıq ordusunun Suriya və İraq oxu üzrə cəbhələri ilə yanaşı, Türküstan oxu üzrə də mübarizə təşkil edirdi. Bununla bağlı strateji dərinlik və yaxud, başqa sözlə, Türkiyənin yaxın xaric konsepsiyası daha uzaq məkanlara yayılmalıdır.

Türkiyə bu qayda ilə böyük üstünük və hər şeydən əvvəl onu Yaxın Şərqdə mühasirəyə alıb sonra da yerlə yeksan etmək istəyənlər qarşısında manevr üçün məkan əldə edir.

Genişləndirilmiş yaxın xaric konsepsiyası tarixi baxışdan ifadə edilsə, Osmanlı imperiyası məkanı ilə bərabər, Böyük Səlcuq imperiyası məkanını da əhatə edir. Yəni bu, Şərqlə Qərb arasında nüfuz uğrunda mübarizə səhnəsinə dönən ərazilər və türk-islam dünyasını qan axıtmağa və göz yaşlarına məhkum edən yeni böyük oyunun dönüşdüyü bölgədir. Yeni dünyanın qurulması prosesində biçimlənən siyasi şərait Türkiyədən çoxölçülü, tarazlaşdırılmış xarici siyasət və məhz bu cür xətt tələb edir.

Heç şübhəsiz, bu istiqamət Türkiyənin təhlükəsizlik sahəsində indiki axtarışlarına xeyli dərəcədə cavab olur. Deməli, bu, cari prosesin Ankaranın boynuna zorla qoyduğu zərurətdir.

Bu, həm də Türkiyənin yeni şərq siyasətinə uyğundur. Türkiyənin, ən azı, Qərblə problemli münasibətlər dönəmində açarlar verən “yeni qərb siyasəti”ni həyata keçirmək üçün buna ehtiyacı var. Bu tələbatın eyni zamanda iyulun 27-də (söhbət vurulmuş Rusiya təyyarəsinə görə Ərdoğanın Putindən üzr istəməyindən gedir-tərc.) hərəkətə gətirilmiş, “Avrasiya birliyi təşəbbüsü”nə və Avrasiya xalqları ilə möhkəm əməkdaşlığa yönəlmiş “Avrasiya təşəbbüsü” baxımından da böyük əhəmiyyəti var.

Beləliklə, Türkiyənin “yeni şərq siyasəti” sıradakı kontekstdə son dərəcə mühüm addım olacaq:

1) Qərblə münasibətlərdən asılılığa son verilməsi, daxili və xarici siyasətdə hökm sürən qərb kursunun tarazlaşdırılması və gərəkdiyi halda bu təhrif olunmuş kursun ləğvi;

2) Avrasiya Birliyi layihəsi oxu üzrə yeni təşəbbüs çərçivəsində Şərqlə tarazlığın təminatı və daha sağlam Avrasiya eyniyyətinin qurulmasına yardım;

3) Türkiyənin mühasirəyə alınması üzrə siyasət qarşı mübarizədə dərinliyin əldə edilməsi;

4) Avrasiya oxu üzrə yeni oyunun alt-üst edilməsi;

5) Türk-islam dünyasında barış, sabitlik və firavanlığın təmin olunması.

 

Avrasiyanın ürəyi: Özbəkistan

 

Bununla bağlı Türkiyənin türk dünyasına, hər şeydən öncə Orta Asiyaya üz tutması qaçılmaz olur. Türkiyənin Özbəkistanla açacağı yeni səhifə təkcə bu ölkə ilə ikitərəfli münasibətlər planında deyil, həm də bölgəsəl və kürəsəl tarazlıq, həmçinin nüfuz uğrunda mübarizə baxımından önəmə malikdir. Unutmaq lazım deyil ki, Özbəkistan Avrasiya geopolitikasında açar ölkələrdən biridir. Və sözsüz ki, Orta Asiyada əsas ölkədir. Bununla bağlı bu ölkənin indiki sərhədlərini və tarixi fonu nəzərdən keçirtmək yetərlidir. Bu ölkə sahib olduğu dinamik və məhsuldar demoqrafik potensial tarixi təcrübə ilə yanaşı 2050-ci illərdə ona daha mühüm rol ayıracaq. Nəticə etibarilə bu bölgənin potensialı perspektivdə olduqca böyük perspektivlərə işarə edir – xüsusən də “bir oyunu pozmaq”, sonra isə “yeni oyun qurmaq” bacarığı baxımından… Bu potensialı fəallaşdırmağa imkan verən möhkəm əməkdaşlıq, həmçinin bu mərhələdə atılacaq həlledici addım əhəmiyyətlidir.

Özbəkistanın təhlükəsizliyi, güclü Özbəkistanın varlığı və qurulması da bölgənin və Türkiyənin bölgədəki maraqları bhaxımından xeyli məna ifadə edir. Türkiyə və Özbəkistanın əməkdaşlığı bu kontekstdə dövlətlərin təkcə ikitərəfli əməkdaşlığını möhkəmləndirməyəcək, həm də bölgədə və bütün dünyada sülh, sabitlik və tərəqqiyə şərait yaradacaq. Tarixi İpək Yolu və bu kontekstdə iki ölkənin roluna nəzər salmaq kifayətdir. Bu iki dövlət hər dəfə ğöz gücünü itirərkən türk-islam dünyası da zəifləyir.

 

Özbəkistanla münasibətlərdə yeni səhifə…

 

Bununla bağlı prezident Rəcəb Tayib Ərdoğanın “əbədi dostluq və əməkdaşlıq haqda müqavilə” bağladığımız Özbəkistana qarşıdakı səfəri təkcə Özbəkistanla deyil, həm də türk dünyası ilə münasibətlərdə yeni dönəmin başlanğıcı olacaq.

2003-cü ildə hələ baş nazir olarkən Daşkəndə səfər etmiş və bu yaxınlarda həyatdan getmiş prezident İslam Kərimovla görüşmüş Ərdoğanın bu səfəri, şübhəsiz ki, bütün bölgənin, hər şeydən əvvəl türk və özbək xalqlarının gözləntisidir. Səmərqəndi də əhatə edəcək bu səfər bütün məkrli planları alt-üst edəcək!

Dünyanın yeni dövrə daxil olduğu bir vaxtda Türkiyə-Özbəkistan münasibətlərində bundan sonra yeni çağın başlanması qaçılmazdır. İstanbul, Daşkənd, Buxara və Səmərqənd bölgədə sülh, sabitlik, sakitlik və firavanlıq baxımından yenidən müsbət tarixi rol oynaya bilər. İki ölkə tərəfindən tarixi missiyalarının dərki onların əməkdaşlığını, sadəcə, qaçılmaz edir.

 

Tərcümə Strateq.az-ındır.