XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2016 - 11:51

Türkiyə ŞƏT-ə üz tutur:diplomatik manevr, yoxsa qəti seçim? – Təhlil

e

Ruslan Davletşin

Vzqlyad.ru, 2011.2016

 

Türkiyədə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmaq məsələsi ətraflı müzakirə olunur. Bunu prezident  Rəcəb Tayyib Ərdoğan Özbəkistana rəsmi səfərdən sonra vətənə dönərkən təyyarədə jurnalistlərə bildirib. ŞƏT Rusiya və Çinin geopolitik ümidlər bəslədiyi bloklardan biridir. Bəs, Ərdoğanın bu təmtəraqlı bəyanatının arxasında nə durur?

RİA Novosti-nin “Sabah” qəzetinə isnadən xəbər verdiyi kimi, Avropa Birliyi (AB) hazırda Ərdoğan üşün alternativsiz variant deyil. Ankara birinci növbədə Böyük Britaniyanın bu yaxınlarda Avropa Birliyindən çıxmaq haqda referendumdan narahatdır və vahid Avropanın gələcəyinə əmin deyil. Dövlət başçısı bildirib: “Brexit genişlənə bilər, Fransa, İtaliyadan bu cür səslər gəlir. Türkiyə bu şəraitdə özünü sakit hiss etməlidir. Deməyə ehtiyac yoxdur ki, AB yeganə variant deyil. Türkiyə niyə də ŞƏT üzvü olmasın? Mən bu barədə Vladimir Putin və Nursultan Nazarbayevlə söhbət etmişəm. Türkiyənin ŞƏT-də iştirakı bununla bağlı bizə böyük fəaliyyət sərbəstliyi təmin edəcək”.

 

AB-yə girmək ideyası perspektivsiz olub

 

Elmi əməkdaşlığın inkişafı beynəlxlaq institutunun baş direktoru Arif Asalıoğlunun “Vzqlyad” qəzetinə dediyi kimi, Türkiyənin çoxdan ŞƏT-ə düşmək və ya heç olmasa, Avrasiya ölkələri ilə yaxşı münasibətdə olmaq istəyi var. Asalıoğlu izah edir:

“Əslində, Ərdoğan Avropa Birliyi ölkələri ilə yaxşı münasibətlər və yüksək standartlara can atmaq ideyasından artıq aralanıb. Bu, ona sadəcə lazım deyil. Türkiyə buna görə də indi iqtisadi inkişaf üçün AB-dən savayı özgə variantlar arayır. Axı vahid Avropaya girmək üçün ölkə qanunvericiliyini dəyişdirə biləcək xeyli güzəştlərə getmək lazımdır.

Türkiyə vətəndaşının sözlərində rasional başlanğıc var. Birinci növbədə ona görə ki, bütün yerüzü əhalisinin, demək olar, yarısının yaşadığı ŞƏT ölkələri böyük bir bazardır. Və bu bölgədə tədarükçülərin  bolluğuna baxmayaraq, Türkiyə bu iqtisadiyyatlar üçün olduqca keyfiyyətli məhsul təklif edə bilər”.

Arif Asalıoğlu eyni zamanda hesab edir ki, Ərdoğan AB-yə daxil olmaq ideyasını rədd etmir, lakin bunu artıq perspektivsiz sayır. Ekspert əlavə edir: “O, birmənalı şəkildə ora istəmir – birinci növbədə ona görə ki, bu, prezidentin özünün siyasi gələcəyinə dedikcə mənfi təsir edəcək. O, daxili siyasət yürüdərkən xalqa sübut etməlidir ki, hətta İngiltərə gedirsə, AB-nin sadəcə gələcəyi və Türkiyənin orada görəcəyi bir iş yoxdur”.

 

Qərbə münasibətdə diplomatik tədbir

 

Rusiya EA Şərqşünaslıq institutu Ərəbşünaslıq mərkəzinin baş elmi əməkdaşı Mixail Dolqov alimin rəyi ilə qismən razıdır. O, eyni zamanda hesab edir ki, bu cür bəyanatları Qərb və xüsusən də ABŞ-a münasibətdə diplomatik tədbir kimi yanaşmaq olar.

Mütəxəssis “Vzqlyad” qəzetinə deyib: “Türkiyənin ŞƏT-ə daxil olmaq ideyasını ilk növbədə siyasi baxımdan nəzərdən keçirmək lazımdır. Burada iqtisadi səbəblər də var, lakin bu, ən başlıcası deyil. Məsələ burasındadır ki, ölkənin Qərb və ABŞ-la münasibətləri soyuqlaşıb və Ərdoğanın bəyanatını sınaq şarı buraxmaq və yaxud ismarış göndərmək kimi qiymətləndirmək olar”.

Ekspert əlavə edir: “Fikrimcə, bu ismarış, təxminən, bu cür səslənir: “Münasibətlərin bərpasını istəyirsinizsə, Türkiyəyə güzəştlər edin, Yaxın Şərqdə və AB-yə münasibətdə maraqlarını nəzərə alın. Belə olmasa, biz başqa tərəfə gedəcəyik”. Baxışıma görə, bunu tam şəkildə Qərbə münasibətdə diplomatik tədbir kimi qavramaq olar və bu məqamda başlıcası budur”.

 

Ərdoğan ekspansiyası

 

Rusiya EA Şərqşünaslıq İnstitutu təmsilçisinin sözlərinə görə, Türkiyənin ŞƏT-ə daxil olmaq perspektivləri var. Lakin onu qəbul etməyə nə dərəcədə hazırdırlar və ölkə bütün şərtləri yerinə yetirməyə hazırdırmı – hələlik aydın deyil.

Ekspert düşünür: “Əlbəttə, AB və ŞƏT-ə girmək müqayisə edilsə, onda ikinci halda Türkiyənin təşkilata daxil olmaq şansları xeyli çoxdur. Əlbəttə ki, insan haqları, jurnalistlərin təqibi, kürdlərə münasibətdə hərbi siyasətlə bağlı Türkiyə və AB arasındakı ziddiyyətlər inteqrasiyaya şərait yaratmır”.

Mixail Dolqov yekun vurur: “Türkiyə üçün söhbət sadəcə AB-yə girməkdən getmir. Onlar orada öz maraqlarını yeritmək istəyirlər. Ərdoğanın əzəmətli planları və iddialı məqsədləri var. O olduqca çevik və ağıllı dövlət xadimidir. Bunun üçün təkcə ölkənin xarici siyasəti ilə tanış olmaq lazımdır. Baxın, Somalidə baza, ordu və döyüş aviasiyasının Suriya və İraq ərazilərində əməliyyatları, Mərkəzi Asiyada maraqların yeridilməsi və s. Bu gün tam şəkildə Türkiyənin ekspansionist maraqlarından danışmaq mümkündür və düşünürəm ki, bu iddialar heç hara yox olmayacaq”.

Xatırladaq ki, Türkiyə baş naziri Binəli Yıldırım oktyabrın sonunda AB-yə girmək alternativinin mövcudluğundan danışıb. Sentyabrda məlumat verilib ki, ölkənin Avropa Birliyinə girməyə nail ola bilməyəcəyinə inanan Türkiyə vətəndaşlarının sayı bir il ərzində 64%-ə qədər artıb. Bununla yanşı türklər ŞƏT və BRHÇC-də AB-yə girmək alternativi görürlər.

AB ilə Türkiyə arasında assosiasiya haqda saziş 1963-cü ildə imzalanıb. Ankara AB-yə üzvlük ərizəsini 1987-ci ildə verib. Daxil olmaq haqda danışıqlar yalnız 2005-ci ildə başlanıb. AB üzvlüyü üçün zəruri standartları əldə etməkdən ötrü tərəflər o vaxtdan bəri Ankaranın yerinə yetirməli olduğu 35 texniki bənddən 16-nı razılaşdırıblar.

Həmçinin xatırladaq ki, Avroa Birliyinə üzv ölkələrin liderləri və indi artıq keçmiş baş nazir Əhməd Davudoğlu martın 18-də Türkiyə vətəndaşları üçün vizasız rejim, 3 milyard avro və Türkiyədəki Suriya qaçqınlarının AB-yə qəbulu əvəzində Türkiyədən Yunanıstana keçmiş bütün qeyri-leqalları qaytarmağa razılaşaraq saziş imzalayıblar. Lakin vizasız rejim indiyədək verilməyib.   

Vizanın ləğvi üçün Türkiyənin şərtləri yerinə yetirməsi haqda Avropa Komissiyasının son hesabatında icra üçün Ankaraya böyük vaxt gərəkən iki şərt və ən yaxın vaxtda həyata keçirilməli olan beş şərt göstərilir. Antiterror qanunvericiliyinin dəyişdirilməsi bu şərtlərin içindədir. Türkiyə hökuməti məhz bu tələblə razılaşmır.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə