XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 23:07

Rusiya və Ermənistanın Birləşmiş Qoşun Qruplaşması niyə yaradılıb? –“Kreml bütün Qafqazı qorxuya salıb” – Təhlil

is

Andrey Nikolayev

Rosbalt.ru, 21.11.2016

 

Rusiya və Ermənistan Birləşmiş Qoşun Qruplaşması (BQQ) yaradır. Aydındır ki, bu, Bakı, Tiflis və Ankaranı təşvişə salır. Lakin məlum olur ki, İrəvanda heç də hamı məmnun deyil.

Rusiya prezidenti Vladimir Putin tərəflərin Birləşmiş Qoşun Qruplaşması yaratması haqda Ermənistanla sazişi təqdir edən sərəncam imzalayıb. Rəsmi məlumata görə, Ermənistan müdafiə naziri Vigen Sərkisyan sənədi imzalamaq üçün ən yaxın günlərdə Moskvaya yola düşəcək.

Yenə də rəsmi məlumata görə, yeni Rusiya-Ermənistan sazişi üçüncü ölkəyə qarşı yönəlməyib – Rusiya və yaxud Ermənistana silahlı hücuma imkan verməməyi qarşısına məqsəd qoyur.

Xatırladaq ki, Rusiya analoji qruplaşmaları həmçinin qismən tanınmış, Gümridəki kimi Rusiya hərbi bazalarının dislokasiya olunduğu Abxaziya və Cənibi Osetiya ilə də yaradır.

Sual doğur: doğrudanmı, işlər o qədər pisdir ki, Cənubi Qafqazın üç nöqtəsindəki hərbi bazalar azdır və qoşunların birləşməsi lazımdır? Axı Ermənistanda, elə Abxaziyada da çoxları hesab edir ki, Rusiya birləşmiş qoşun qruplaşmaları görüntüsü altında onları müstəqil ordu və ümumən dövlətçilikdən məhrum edir. Həm də bu, məsələn, Ermənistanda siyasi spektr və ictimaiyyətdən qaynaqlanan Rusiya “müstəmləkəçilyindən” qurtulmaq tələbi fonunda baş verir.

BQQ konteksində erməniləri məhz nə gərginləşdirir?

Birincisi, bütün güc bloku, sərhəd və gömrükxana strukturları daxil olmaqla ümumi müdafiə və təhlükəsizlik məkanının yaradılması.

İkincisi, hərbi təhlükə və yaxud təcavüz zamanı Gümridəki Rusiyanın 102-ci hərbi bazasının və Ermənistan SQ 4-cü korpusunun rəhbərliyi Rusiya ordusunun Cənub hərbi dairəsinə və yaxud RF Baş Qərargahına ötürülür.

Həmçinin xeyli başqa suallar meydana çıxır. “Lragir” nəşri xüsusən maraqlanır ki, “Azərbaycan tərəfdən təhlükə zamanı qruplaşma necə hərəkət edəcək? Rusiya qoşunları müqavimətdə iştirak edəcəkmi? Axı Azərbaycan qüvvələri bu halda Rusiyadan milyardlarla dollara alınmış silahları təkcə Ermənistana deyil, həm də Rusiya qüvvələrinə qarşı işlədəcək”.

Nəşr yazır: “Belə çıxır ki, Azərbaycana ölümsaçan silahların əsas tədarükçüsü Rusiya Azərbaycanın qabağını alan amili yaratmaq üçün Ermənistanla birgə qruplaşma yaradır? Yaxud Birləşmiş Qruplaşma Rusiya üçün bu cür öhdəliklər nəzərdə tutmur? Onda onun mənası nədir? Türkiyə tərəfdən təhlükədə? Məgər Rusiya Ermənistan ordusunun 4-cü korpusu olmadan Türkiyə tərəfdən təhlükənin qarşısında durmaq iqtidarında deyil? Hətta Rusiya hərbçisi və hələlik KTMT baş katibi Nikolay Bordyuja aydın şəkildə bildirib ki, Ermənistandakı 102 saylı Rusiya hərbi bazası Türkiyəyə qarşı yönəlməyib və bölgədə tarazlaşdırıcı rol oynayır”.

Ermənistan mətbuatı həm də qeyd edir ki, İrəvan energetika, nəqliyyat, rabitə, gömrükxana və xarici iqtisadi siyasət sahələrində öz suveren hüquqlarını artıq Rusiyaya ötürüb, “Rusiya ilə birgə HHM sazişi isə Ermənistanı bölgə səmasında suverenlikdən edib”.

Bir sözlə, Ermənistanda fikir var ki, BQQ respublikanı xarici təhlükələrdən qorumayacaq, əksinə xeyli problem törədəcək, çünki bu struktur  NATO-nun Gürcüstanda iştirakının genişlənməsi, Azərbaycanın tam aydın olmayan xarici siyasət yönü və Rusiyanın terrorçu qruplaşmaların onun sərhədini keçməsi qorxusu üzündən yaradılır. Müvafiq olaraq Rusiya Ermənistana öz təhlükəsizliyi üçün bufer və yaxud müxtəlif qüvvələrlə toqquşmaq üçün platsdarm kimi yanaşır – yenə də öz təhlükəsizlik maraqları üçün.

İrəvanda deyildiyi kimi, Rusiya BQQ-nin təsisi ilə Rusiya-Türkiyə qurşağının yaradılmasına mane olan Ermənistan dövlətçiliyini neytrallaşdırır. Düzdür, ermənilər Türkiyənin Rusiya ilə ciddi geopolitik tərəfdaşlığa iqtidarlı olacağına şübhə edirlər, lakin hətta bu, baş tutsa, ya da əksinə, Moskva-Ankara münasibətləri yenidən pisləşsə, ermənilər hər hansı Rusiya-Türkiyə oyununda mübadilə kartı olmaq istəmirlər.

“Арсенал Отечества” dərgisinin baş redaktoru Viktor Muraxovskinin dediyi kimi, BQQ-nin yaradılması “zəruri və düzgün addımdır, çünki müttfəqilik münasibətlərindən fərqli olaraq qüvvə və vasitələr BQQ-də daha effektli şəkildə bölünəcək. Və ən başlıcası – bu cür qruplaşma hərbi idarəçiliyin vahid rəhbərliyinə tabe olur, yəni bu cür qruplaşmaya komandanlıq  əksər məsələləri razılaşdırmamalıdır”.

Ekspert qeyd edir ki, bundan başqa, BQQ bəzi “isti başlar” üçün önləyici amil olacaq, lakin hücum vəzifəsi olmayacaq. O deyir: “Mən hazırda bir dövlət kimi Azərbaycandan danışmır, siyasi problemləri hərbi vasitələrlə həll etmək niyyətində olan ayrı-ayrı xadimləri nəzərdə tuturam”.

Bir sözlə, İrəvanda təsəlli almalıdırlar ki, Rusiya BQQ yaratmaqla Ermənistanın “təhlükəsizlik qarantı” statusunu bir daha təsdiq edib. Əlbəttə, sonsuzluğadək iddia etmək olar ki, belə deyil və Moskva Ermənistanda istisnasız olaraq öz maraqlarını güdür. Aydındır ki, son dərəcə sadəlövh adam Rusiyanın hərbi-siyasi altruizminə inanar. Lakin Rusiyadan hər hansı səmərə götürmək mümkündürsə – heç olmasa, ermənilərin başına bombalar yağarkən – onu götürmək lazımdır.

Həmçinin aydındır ki, bunun üçün bütün ermənilər əlüstü praqmatik olmalıdır, bu da çətin ki mümkün olsun. Lakin Qafqazda diplomatik incəliyi ilə seçilməyən Rusiya uyğun tendensiya yaratmaqdan ötrü strateji baxımdan bu mühüm bölgənin sakinlərinə boşqabda ləzzətli “sous” verməliydi. Amma erməni ekspertlərin raeksiyasına əsasən o, növbəti dəfə bunu etməyə qatlaşmayıb.

Və bu, təkcə Ermənistana deyil, BQQ-nin yaradılmasına yetərincə əsəbi reaksiya verən Azərbaycana da aiddir. Azərbaycan hərbi eksperti Yaşar Aydəmirovun dediyi kimi, “güman etmirəm ki, ermənilər bu qruplaşmadan Azərbaycana qarşı istifadə edə bilərlər. Rusiya orada heç bir tədbir görməyəcək. Sadəcə, Ermənistan hərbi rəhbərliyi bizim qoşunlarla son döyüşdə atrofiyaya uğrayıb və dəyişdirilir. Ermənilər silahlanma yarışında  bizimlə bəhsə girməyə qabil olmadığndan Rusiyanın “qanadı” altına giriblər”.

O, bununla bərabər qeyd edib ki, Azərbaycanın “əsas düşməni” Ermənistandır və “Rusiya ona pulsuz yardım edir, onunla birgə vahid HHM sistemi, Birləşmiş Qoşun Qruplaşması yaradırsa, bu, dəqiq şəkildə Azərbaycanın xeyrinə deyil”.

Onun sözlərinə görə, Rusiya bu qayda ilə siyasi oyun aparır və məqsəd Azərbaycanı Qarabağ münaqişəsinin hərbi yolla həllindən çəkindirməkdir: “Ordumuzun gücünə, resurslarımıza və xalqımızın psixologiyasına hamı bələddir və çoxları elə etməyə çalışır ki, Azərbaycan münaqişənin hərbi üsulla həllindən imtina etsin”.

Azərbaycan parlamentinin deputatı, politoloq Rasim Musabəyovun fikrincə isə, BQQ-nin yaradılmasının bir neçə izahı ola bilər. Birincisi: “Ermənistanda müşahidə olunan siyasi burulğan, Qərb erməni diasporasının İrəvanın Rusiyayönlü geopolitik yönündən artan narazılığı şəraitində Moskva yerli silahlar qüvvələr üzərində nəzarəti artırmağı lazım bilir”.

İkincisi: Ermənistana əlavə silah tədarükü ilə yanaşı BQQ yaradılması “Ermənistanın təhlükəsizlik zəmanəti planında Rusiyanın öz öhdəliklərinə sadiqliyi kimi təqdim olunur. Gümridəki 102 saylı Rusiya bazası əvvəllər Ermənistanı Türkiyə tərəfdən mümkün hərbi təzyiqdən qoruyurdusa, Naxçıvan sərhədi boyunca dislokasiya olunmuş Ermənistan korpusunun hisssələri ilə yanaşı Rusiya qoşunlarını ehtiva edən Birləşmiş Qruplaşmanın yaradılması Moskvanın Azərbaycanın bu istiqamətdən cavab hərbi əməliyyatları zamanı da erməniləri dəstəkləməyə hazır olduğunu nümayiş etdirməlidir”.

Musabəyov izah edir: “Moskva sanki elan edir ki, hərbi əməliyyatlar təzələndiyi halda istisnasız olaraq Azərbaycan ərazisində aparılmalıdır. Bu cür çıxır: Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı nə hoqqa çıxardır-çıxartsın, onların ərazisi qanuni qisasdan qorunur. Rusiya bununla da Ermənistanın bölgədəki bütün destruktiv davranışlarına görə məsuliyyəti, faktiki olaraq, öz üzərinə götürür. Moskvanın sözügedən hərəkətlərlə ermənilərin təhlükəsizlik planında təşvişini neytrallaşdırması və bu qayda ilə işğal edilmiş Azərbaycan torpaqlarının, heç olmasa, bir qismini azad etməyə vadar etmək haqda bütün mülahizələr tamamilə əsassızdır. Biz əməldə əksini müşahidə edirik. Aprel hərbi uğursuzluqlarından sonra müəyyən güzəştlərə meyllənən Ermənistan rəhbərliyi yeni partiya Rusiya silahları və əlavə hərbi zəmanətlər əldə etdikdən sonra yalnız öz danışıq mövqelərini sərtləşdirib”.

O, qeyd edir ki, mövcud gerçəkliklərdən çıxış etməklə Azərbaycan İsrail və Pakistandan yeni silahlar almaq və irimiqyaslı təlimlər keçirtməklə  öz müdafiə qabiliyyətini möhkəmləndirmək üzrə cavab tədbirləri görməli olacaq: “Rusiyada kimsə güman edirsə ki, ermənilərə nümayişkaranə hərbi dəstəklə Bakını İrəvan və Moskvanın arzusuna uyğun olaraq sülhə getməyə məcbur etmək olar, o, dərindən səhv edir”.

Bir sözlə, Rusiya-Ermənistan birgə qoşun qruplaşması Moskva ilə Bakı arasında, yumşaq şəkildə deyilsə, anlaşılmazlığa tam səbəb ola bilər. Onun yaradılması Gürcüstanın da heç xoşuna gəlməyib – yeri gəlmişkən, burada NATO təlimləri keçirilir. Söz düşmüşkən, alyans baş katibi köməkçisinin müavini Cemi Şi keçən həftənin axırında bildirib ki, Ermənistan və NATO “tanqo üçün çox yaxşı cütlükdür”. Aydındır ki, Rusiya Gürcüstan və NATO-nun öyrəndiyi birgə qızğın rəqsin bəzi “pa”larına yol verməyəcək.

Bununla belə, Tiflis qonşu Ermənistandakı atəş radiusu 500 km təşkil edən və Gürcüstan paytaxtına və ölkənin neft-qaz strukturuna sərbəst şəkildə çata bilən Rusiya “İskəndər”lərinə soyuqqanlı baxa bilməz.

 

Tərcümə Strateq.az-ındır.