XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2016 - 16:36

ABŞ-ın başçılıq etdiyi koalisiyanın Mosul əməliyyatı dalana dirənib:İŞİD kamikadzeləri rəqiblərində vahimə yaradıb – Təhlil

m

Eadaily, 21.11.2016

 

ABŞ-ın başçılığı ilə koalisiya İraq Mosulunda – İŞİD-in əsas qalasında  ağır itkilər verir. Ekstremistlərin "Amaq" informasiya agentliyinin iddia etdiyi kimi, şəhərin azad edilməsi üzrə əməliyyat başlanandan bir ay sonra koalisiyanın 2671 hərbçisi həlak olub. Eyni zamanda yaraqlılar, guya, 40 PDM, zirehli maşın ələ keçirib, PDM, zirehli maşınlar, tanklar, pilotsuzlar, buldozerlər və minatutanlar daxil olmaqla 52 texnikanı məhv ediblər.

Ekspertlərin bildirdiyi kimi, koalisiyaya ən böyük zərbəni kamikadzelər vurub.  Onlar Mosul uğrunda döyüşün bir ayında 124 əməliyyat keçiriblər.

İŞİD rəsmi ruporunun məlumatları təbliğatdır və bunları yoxlamaq  çətindir. Öz növbəsində koalisiyadan bildirirlər ki, Mosula hücumun bir ayı ərzində 2800 ekstremist öldürülüb və yaxud ələ keçib, amma İraq ordusu, kürd birləşmələri və Amerika hərbçiləri arasındakı itkilərdən danışmamağa üstünlük verirlər.

Lakin itkilərin xeyli olduğu faktdır. Suriya “mötədil müxalifət”inin məlumatına görə, İraq hərbçiləri təkcə oktyabrın son üç günündə 300 nəfər itirib. "Əl-Cəzirə" telekanalı xəbər verir ki, noyabrın 5-də isə 30 hərbçi həlak olub, daha 50-i yaralanıb. Britaniyanın “Independent” qəzeti yüksəkçinli İraq məmurunun itkilərin yüksək olduğu haqda sözlərini misal gətirir: “Təkcə bir gündə 37 nəfər itirmişik və 70 yaralı var”.

Moskvada diplomatik qaynaq əvvəllər SİTA-ya məlumat vermişdi ki, Mosulun azad edilməsi üzrə əməliyyatda 16 Amerika hərbçisi həlak olub.

Koalisiya qüvvələrində böyük sayda həlak olanların daha bir təsdiqi yeni qüvvələrin cəlb edilməsi haqda xəbər ola bilər. “Əl-Məsdər” ərəb nəşrinin 21 noyabrda xəbər verdiyi kimi, İraq ordusunun 16-cı diviziyası itkilərin yerini doldurmaq üçün Mosulun şərqinə gəlib. Hərbçilər antiterror xüsusi təyinatlısının və 9-cu diviziyanın sıralarını tamamlayacaqlar.  

Slovakiya tibb təşkilatının təmsilçisi Corc Kalzadilla koalisiya qüvvələrinin itkisi haqda “The Washington Post”-a deyib: “Mən hesabı itirmişəm. Bir gecədə bizə dərhal doqquz həlak olmuş hərbçi gətiriblər. Bu, cəsədlərin həftəbecəri idi”.

Qurbanların sayı artıq əməliyyatın gedişinə təsir edir – əməliyyat maneə ilə üzləşib. Vaşinqtonun özü isə İŞİD-in başqa bir qalasına – Rakkaya hücuma bağlı pedalı sıxmalı olub. Pentaqonda bildirildiyinə görə, İŞİD paytaxtının mühasirəyə alınması Mosulda ekstremistlərin qüvvəsini azaltmağa imkan verəcək.

Serjant Əli Cəfər "Əl-Cəzirə" telekanalına deyib ki, ekstremistlər indi kamikadzelərdən savayı başqa effektli taktikalardan da istifadə etməyə başlaylıblar və hətta amerikalıların da buna qarşı durması çətindir.

Əli Cəfər söyləyib: “Onlar, adətən, snayper tüfəngləri, qranatatan, minaatanlarla 4-5 nəfərlik qruplara bölünür  və əhalinin sıx olduğu rayonlarla hərəkət edirlər. Bəzən belə olur ki, indi də adamların yaşadığı evlərdən atəş mövqeyi kimi istifadə edirlər”.

Mosulun başqa sakininin sözlərinə görə, yaraqlılar şəhərin dinc sakinlər olan küçələrində gündüzlər hərəkət etməyə üstünlük verirlər. Bundan başqa, bütün şəhərdə partladıcı bərkidilmiş avtomobillər qoyublar.

Britaniyanın “Independent” nəşrinin yazdığına görə, İraq ordusunun bir hissəsi küçə döyüşlərinə hazır deyil. Məsələn, şəhərə tanklar daxil ediblər və noyabrın 8-də dərhal iki T-72 itiriblər.

Kürd liderlərdən Hasro Goran Britaniya nəşrinə bildirib: “Mosulu iki-üç həftəyə götürəcəymiz haqda əvvəllər nikbin idim. Ancaq indi fikrimi dəyişmişəm. İŞİD döyüşü indiki kimi davam etdirsə, onda Mosulun böyük hissəsi alt-üst olacaq”.

Rusiya Müdafiə Nazirliyindən yüksəkçinli qaynağın “gazeta.ru”-ya xəbər verdiyinə görə, bu cür templə Mosulun azad edilməsi əməliyyatı yaza qədər uzana bilər.

BMT-nin məlumatına görə, əməliyyatın başlanğıcından milyonluq Mosul şəhərindən 48 min nəfər qaça bilib. Qalanını İŞİD şəhərdən buraxmır. Həm də hər iki tərəfin atəşindən nə qədər dinc sakinin həlak olduğu məlum deyil.

Mülki vətəndaşlar olmasaydı, burada hər şeyi yandırardıq, – deyə antiterror xüsusi təyinatlısının komandirlərindən bir general Sami əl-Əridhi bildirib. – Mən tank və artilleriya ilə bombardman edə bilmirəm. Biz heç nə edə bilmirik. Mülki vətəndaşların əlindən usanmışam. Onlar hər yerdən gəlirlər. Onların dinc sakin və yaxud yaraqlı olduğunu bilmirik. Əllərində çantalar var, içində nə var, bilmirik”.

Koalisiya Mosulun azad edilməsinə beş ay hazırlıq görüb, buna görə də İraq şəhərindəki durum kobud yanlışlıq kimi görünür, bu da çətin ki,  Pentaqondakı təşkilatçıları sevindirsin. Həm də terrorizmlə necə mübarizə aparmaq lazım gəldiyi barədə Rusiya üçün örnək olmalı olan əməliyyat Vaşinqtonun gözlədiyi kimi alınmadı. Koalisiya gücləri bu gün Mosula aviazərbə endirməyi davam etdirirlər (məsələn, Rusiya Müdafiə Nazirliyində qonşu Təll-Kayfda və Xəznə, Qaraqoş, Qaraqxarab və Əş-Şura yaşayış rayonlarına bombalar düşdüyü haqda məlumat veriblər), lakin Amerika hökuməti Rusiya və Suriya ordusunun Hələb və İdlib şəhərlərində xəstəxana və məktəblərin bombardmanından danışmağa üstünlük verir. Həm də Hələbdə sakinlərin şəhərdən çıxması üçün beş humanitar dəhliz fəaliyyət göstərir.

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə