XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 15:09

“Şanxay İttifaqı”na can atan Türkiyə:Ərdoğan eyni anda "üç stul"a oturmağı bacaracaqmı? - Təhlil

set

İrina Corbenadze

Rosbalt.ru, 24.11.2016

 

Türkiyə prezidenti mümkün olan hər kəsi şantaja davam edir: hazırda ölkənin ŞƏT-ə girməsilə bağlı Qərbi “qorxudur”. Lakin Ankara bu təşkilata laızmdırmı?

Bununla belə, Türkiyə lideri NATO-da qalmağı vəd edir. Praktik olaraq Qərbin bütün siyasi elitasının üz çevirdiyi Türkiyə prezidenti nəzərlərini Şərqə yönəldib. Ankaranın Pakistan və mərhum İslam Kərimovun prezidentliyi dövründə kifayət qədər gərgin münasibətdə olduğu Özbəkistana bu yaxınlarda səfər etdikdən sonra Ərdoğan bildirib: “Türkiyə niyə də ŞƏT üzvü olmasın?”

Türk mətbuatının yazdığı kimi, Ərdoğöan yarım əsrdən artıq müddətdə Türkiyəni öz “ailə”sinə qəbul etməyən Avropa birliyini tənqid edib və xəbər verib ki, Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmaq məsələsini Rusiya və Qazaxıstan  prezidentləri ilə artıq müzakirə edib. Düşünmək lazımdır ki, bu haqda Özbəkistan prerzidenti vəzifəsini icra edən Şövkət Miziyayaev, həmçinin Pakistan rəhbərliyi ilə söhbət aparıb.

Xatırladaq ki, ŞƏT-ə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. İki nüvə dövləti – Hindistan və Pakistan da ən yaxın vaxtlarda bu qurumun tamhüquqlu üzvü olacaq. Türkiyə isə Ermənistan, Azərbaycan, Kamboca, Nepal və Şri-Lanka ilə birgə dialoq üzrə ŞƏT tərəfdaşı statusuna malikdir.

Öz sözlərinə görə, Ərdoğan hesab edir ki, Türkiyə Avropa Birliyinə “ilişiq qalmamalıdır” və “ŞƏT daxilində işləmək onun üçün xeyli əlverişli olacaq”. O, izah edir ki, bu təşkilatda ölkənin daha böyük fəaliyyət azadlığı olacaq. Türk lider “fəaliyyət azadlığı” deyərkən nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib. Lakin güman etmək olar ki, AB-yə inteqrasiyanın ləğv edilməsi (və yaxud ləğvi oyunu) Ərdoğana insan haqlarının kütləvi şəkildə pozulması xüsusunda  Qərb və ABŞ-ın həmlələrinə fikir verməməyə imkan yaradacaq – axı ŞƏT dövlətləri bu məsələyə qarşı o qədər də həssas deyil. Yəni avtoritar Ərdoğan ŞƏT məclisində özünü rahat hiss edəcək.

Bir tərəfdən, Ərdoğanın ŞƏT-i Avropa Birliyinə alternativ kimi “görməyi”ni Qərbə münasibətdə aşkar diplomatik tədbir saymaq olar. Lakin eyni zamanda bu tədbirdən Qərb və ABŞ-ı şantaj iyi gəlir – Ankara Yaxın Şərqdə maraqlarının nəzərə alınması, Türkiyənin daxili və xarici siyasətinə göz yumulması, həm də qaçqınları saxlamaq üçün AB-dən daha çox pul qopartmağa nail olmağa cəhd edir.

Digər tərəfdən, ŞƏT zəminini yoxlamağı tamamilə vaxtı çatmış hərəkət saymaq olar, çünki Avropada Brexit və Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra dünyanı ciddi sarsıntılar deyilsə də, əsaslı dəyişikliklər gözləyir. Yəni bu dəqiqə heç kim əməlli-başlı bilmir ki, o qədər də uzaq olmayan gələcəkdə AB hansı formatda olacaq, NATO yenidən format olunacaqmı, Transatlantik əməkdaşlığı və s. necə olacaq?  

Buna görə də Ərdoğan yeni meydanda – ŞƏT-də oynamaq və istisna deyil ki, “iki kürsü”nü – AB və ŞƏT-i saxlamağa hədəflənmək qərarına gəlib. Düzdür, o hələlik bunların heç birində oturmur, lakin ehtimal ki, onun düşünməyə əsası var: Şanxay Təşkilatı süründürməçilik və yarım əsrlik AB alçaltmaları olmadan Türkiyəni öz sıralarına qəbul etməyə şad olacaq.

Lakin Ərdoğan, həqiqətən, ŞƏT-ə girməyi hədəfləyibsə və sadəcə Qərbi bununla şantaj etmirsə, öz hesablamasında yanıla bilər. Çünki Şanxay təşkilatı siyasi-hərbi blok olmasa da, üzvlər üçün bir-birinə siyasi inamın səviyyəsi və az-çox ümumi strateji gündəlik son dərəcə vacibdir.

Və burada sual doğur: Rusiya Türkiyəyə o qədər etibar edirmi  ki, eyni və olduqca perspektivli, bu gün olmasa da, sabah vahid təhlükəsizlik sistemi olan qüdrətli hərbi-siyasi bloka çevrilə biləcək təşkilatda onunla bir yerdə olsun?

Bundan başqa, ŞƏT-ə daxil omaq xeyli vaxt tələb edir – məsələn, Hindistanın buna, az qala, on ili gedib. Tezliklə siyasətin künc-bucağında qala biləsi Ərdoğan nədən güman edir ki, Türkiyəni tezliklə və fərəhlə qəbul edərlər?  

Ehtimal ki, ŞƏT potensialca həqiqətən Türkiyə ilə yaxınlaşmağa gedə bilər ki, birincisi, bu ölkə liderinin ekspansionist siyasətinin qabağını almaq və nəzarətə götürmək mexanizmi əldə etmək üçün; ikincisi, onu Qərbdən uzaqlaşdırmaq məqsədilə.

Düzdür, ölkə baş nazirinin birinci müavini Numan Qurtulmuşun sözlərinə görə, ölkəsi digər təşkilatlara əlaqələri kəsmədən ŞƏT-ə daxil ola bilər. O deyib: “Onun gücü bundadır”.

RİA Novosti-nin məlumatına görə, o həmçinin əlavə edib: “Baxarıq, hadisələr necə inkişaf edəcək. Lakin bu bildirmir ki, başqa təşkilatlarla  əlaqələri kəsəcəyik”.

Lakin Türkiyənin indiki “gücü” ilə Qurtulmuşda aşkar izafilik alınır, çünki ola bilsin, yalnız NATO bu ölkəni başlı-başına buraxmaq istəmir. Lakin ŞƏT Ankaranın bu cür “eyni zamanda bir neçə yerdə olmağına” razılaşacaqmı? Axı Ərdoğan Şanxay təşkilatına qarmaq atandan sonra bildirib ki,Türkiyə “NATO-nun ayrılmaz tərkib hissəsidir”. O, həmçinin yada salıb ki, ölkəsi alyansda sayca ikinci orduya malikdir və əmin edib ki, “bütün dünyada sülhü müdafiə etmək üçün” Alyansa hərbi və siyasi dəstəyi davam etdirəcək.

Bu qayda ilə Ərdoğan eyni vaxtda üç kürsüdə əyləşmək bəyanatı verib – ŞƏT, AB və NATO. Güman etmirəm ki, bu, Şanxay təşkilatının açar iştirakçıları Rusiya və Çini qane edər. Həmçinin ŞƏT-də iştirakı Rusiya üçün olduqca cəlbedici olan İranı.

Bir sözlə, Ərdoğanın Türkiyəni ŞƏT-ə daxil etmək “səylərini” müşahidə etməklə sıradakı qənaətə gəlmək olar: Türkiyə prezidenti xarici siyasətdə üçlü standartlardan imtina etsə, Şanxay təşkilatı buna getməyi tam bacarar. Buradaca qeyd edək ki, ŞƏT-ə üzvlüyün Türkiyə üçün cazibədarlığı göz qabağındadır, çünki ona təşkilatın planet əhalisinin, az qala, yarısını birləşdirən əzəmətli iqtisadi, energetik və nəqliyyat layihələrinə qatılmaq imkanı verəcək. Yəni ŞƏT-ə daxil olmaq Türkiyə üçün böyük bazarlar  və iqtisadi inkişaf üçün AB-yə üzvlükdən xeyli dərəcədə diləgəlməz, çox böyük imkanlar açacaq.

Ümumiyyətlə, görünür, xarici siyasət kursunda, yumşaq desək, dayanıqsızlığı ilə seçilən Ərdoğanın kozırları toplamaq zamanı yetişib, lakin mən həlledici anda məhz hansı kozırla gediş edəcəyi impulsiv türk liderinin özü də daxil olmaqla heç kimə məlum deyil. Lakin Ərdoğan hər ehtimala qarşı dini dəyərlərə vurğu etmək və xüsusən də Özbəkistanla münasibətləri yenidən qurmaqla Şərqdə əraziləri “süpürməyə” başlayıb. Bunula belə, son halda aşkarca tələsib – Kərimovun vəfatından sonra hələ yeni prezident rəsmən seçilməmiş ora səfər edib. Ərdoğan və Mirziyayev Türkiyə ilə Özbəkistan arasında əməkdaşlığın “yol xəritəsi”ni və ikitərəfli münasibətlərin “keyfiyyətcə yeni səviyyəyə” çıxartmağı müzakirə ediblər. Yeri gəlmişkən, Özbəkistan səfərindən sonra Ankara Özbəkistan vətəndaşları üçün viza rejimini ləğv edib və indi eyni jesti Daşkənddən gözləyir.

Güman etmirəm ki, incikliyi unutmayan Kərimovun dönəmində bu cür “qarşılıqlı anlaşma” mümkün olardı. Ankara ilə Daşkənd arasında münasibətlər isə 2000-ci illərin ortalarında Kərimov müxalif “Ərk” partiyasının lideri Məhəmməd Salih Türkiyədə sığınacaq tapandan sonra pisləşib. Özbəkistan onun təhvil verilməsini istəyirdi, lakin Türkiyə bu istəyi qulaqardına vurdu. Hətta Özbəkistan hökumətini türk biznesini sıxışdırmaq, təmsilçilərini deportasiya və həbs etməyə görə tənqid edib. Ümumiyyətlə isə, Kərimov rejiminin xeyli opponenti Türkiyədə məskən salıb. Amma indi, yəni Kərimovdan sonra Ərdoğan və Mirziyayev tam şəkildə ümumi dil tapa bilərlər – türk eyniyyəti və pantürkizm ideyaları zəminində. Xüsusən də ona görə ki, Rəcəb Tayib Özbəkistanın da üzv olduğu ŞƏT kartını oynamaq həvəsinə düşüb. Şübhə etməmək olar – o,  Daşkəndlə barışmaq və keçmişi unutmaq üçün maksimum səy göstərəcək.

Ərdoğan, demək olar, ŞƏT-ə daxil omuş Pakistanda isə gileylənib ki, Qərb İŞİD-i dəstəkləyir və İslamı nüfuzdan salır. Onun İslamabad danışıqlarının təfərrüatları məlum deyil. Pakistan və Özbəkistanın bütün Yaxın Şərqdə və müsəlman dünyasında hakim olmaq istəyən şəxsiyyətin ismarışlarına fikir bildirib-bildirmədiyi haqda mötəbər məlumat yoxdur.

 

Tərcümə Strateq.az-ındır.

 

 




Yuxarı Əvvələ Ana Səhifə