XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2016 - 22:30

“Maydan”la yüksələnlər:Ukraynanı çalxalayan təyinatlar (FOTOLAR)

Son illər dövlət vəzifələrinə gəncləri cəlb edən ölkələr  arasında Ukrayna xüsusi seçilməyə başlayıb. Məsələn, son iki ildə yüksək dövlət postlarına əsasən gənc xanımlar gətirilib. Onların arasında yaşı 25-dən az olanlar var ki, bu da Ukrayna cəmiyyətində xeyli sual və mübahisələr yaradıb.

Ən səs-küylü təyinat 24 yaşlı Anastasiya Deeva ilə bağlı olub. Gənc xanıma daxili işlər nazirinin avrointeqrasiya məsələləri üzrə müavini vəzifəsi həvalə olunub.

Bir neçə gün əvvəl isə 23 yaşlı Anna Kalınçuk Ukraynanın baş lyustratoru təyin edilib.

Ukraynadakı məşhur «Maydan» hadisələrindən sonra siyasətə gələn bu gənc xanımları bir az yaxından tanıyaq.

Anna Kalınçuk – Lvovda anadan olub. Milli Akademiyada ali təhsil alıb. Vəkillər birliyində, «Kapital» hüquq şirkətində işləyib.

Daha sonra Ədliyyə Nazirliyində lyustrasiya məsələləri üzrə departamentin direktor müavini işləyib.

DİN-də ikinci adam

Anastasiya Deevanın təyinatı xeyli qalmaqal yaradıb. Ukraynalılar onun yaşının bu vəzifə üçün az olduğunu əsas gətirərək təyinata etiraz ediblər.

Daha sonra sosial şəbəkə istifadəçiləri Deevanın açıq-saçıq şəkillərini ortaya çıxarıblar.  

İlk vaxtlar onun 10 illik iş təcrübəsinin olduğu deyilsə də, sonradan Ukrayna Daxili İşlər Nazirliyindən bildiriblər ki, gənc xanımın sadəcə bir illik stajı var.

Odessa gömrüyünün şefi

Ötən ilin oktyabrında Odessa gömrüyünə 26 yaşlı Yuliya Maruşevskayanı təyin etdilər. Bundan əvvəl o, Odessa administrasiyasında müavin vəzifəsini tuturdu.

Bu təyinat da xeyli səs-küylü oldu. Etiraz doğuran asas səbəblərdən biri yenə xanımın olduqca gənc olması idi. 

Maruşevskaya Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin məzunudur. 2015-ci ilin iyun ayından sentyabr ayına qədər Odessa administrasiyasında işləyən gənc xanıma məşhurluq gətirən onun «I Am a Ukrainian» adlı videorolikidir. 

Həmin videorolikdə o, ingilis dilində Maydan hadisələrindən danışır.

Mühafizəylə gəzən deputat 

Alena Koşeleva – 2014-cü ildə Ukrayna Ali Radasına Radikal Partiyasından deputat seçilib. 24 yaşlı Koşeleva özü etiraf edib ki, partiyanın sədri, Radanın deputatı Oleq Lyaşko ilə sosial şəbəkədə tanış olub. 

Gənc xanımın Radadakı ilk iş günü də qalmaqalsız ötüşməyib. O, parlamentin iclasına kürkdə, iki mühafizəçi ilə gəlib. Üstəlik Ukrayna dövlət quruluşuna dair sadə suala cavab verə bilməyib.  

Partiyanın rəsmi saytında Koşeleva Xarkov hospitalının könüllü işçisi kimi qeyd olunub. İki ali təhsili var. Xarkov Dövlət Universitetində radioelektronika, həmçinin inşaat və memarlıq ixtisasları üzrə təhsil alıb. 

Tələbə ikən Xarkovun ən bahalı restoranlarından «Ciro`s Pomodoro»nun administratoru olub. Sosial şəbəkələrdə onun da açıq-saçıq fotoları üzə çıxıb.
 
Mahnı oxuyan millət vəkili

Əslən Rusiyadan olan müğənni Zlata Oqneviç də Ukrayna parlamentinə (2014-cü ildə) Radikal Partiyasından gəlib. Deputat seçilərkən onun 28 yaşı var idi. O, 2013-cü ildə «Eurovision»da Ukraynanı təmsil etmişdi. Krımın əməkdar artisti və Ukrayna Silahlı Qüvvələrində dövlət ansamblının solistidir.

Parlament iclaslarının birində o bildirmişdi ki, deputatlıqdan getmək istəyir. Belə ki, Ali Radaya mədəniyyət sahəsində qanunların qəbulu üçün gəlsə də, iki siyasi klanın savaş apardığı situasiya ilə üzləşib.

DİN-in cazibədar spikeri  

2015-ci ildə DİN-in Odessa bölgəsi üzrə idarəsinə Anna Peçneva təyin edilib. Həmin vaxt onun 28 yaşı vardı. Sistemə gələnə qədər o, «Odessa Fashion Channel»də dəb xəbərlərini aparırdı. Ondan əvvəl isə model kimi faəliyyət göstərmişdi. 

İxtisasca turizm meneceridir. Model agentlyində işlədiyi 5 il ərzində «MAXİM» kişi jurnalındakı açıq-saçıq fotoları ilə gündəmə gəlmişdi.

Luqanskda anadan olan Anna Odessada böyüyüb və 2009-cu ildə «Miss Teen Ukraine» gözəllik müsabiqəsinin qalibi olub.

Radikal köməkçi 

Ötən il Ali Radaya daha bir gənc xanım – 22 yaşlı Valeriya Yeqerova seçilib. Bu xanım da parlamentə Radikal Partiyasından gəlib.

Partiyanın deputatı Sergey Skuratovskinin köməkçisi olub. Sosial şəbəkələrdə onun açıq-saçıq geyimli fotoları ilə bağlı qızğın müzakirələr getmişdi.


Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə