XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 11:13

ABŞ mətbuatı Ermənistana qarşı cəbhə açır –“Trampın seçilməsindən sonra Qarabağla bağlı durum kökündən dəyişiləcək” –TƏHLİL

qarabaq

Ceyson Kats

American Thinker (ABŞ), 25.11.2016

 

Azərbaycan bu yaxınlarda sovet hökumətindən qurtulmağın 25 illiyini qeyd edib. Əhalisinin əksəriyyəti müsəlman, bəlkə də, Avrasiyada ən dünyəvi dövlət olan Azərbaycan artıq çoxdan başqa bir döyüş meydanında da Donald Trampın seçilməsindən sonra dəyişilə biləcək mübarizə aparır – Ermənistanın Dağlıq Qarabağı işğal etməsiylə. Beynəlxalq birliyin tez-tez hərəkət etdiyi kimi, 1988-1992-ci illərdə davam etmiş qanlı müharibədən sonra meydana çıxan problemi “həll etmək” üçün çoxtərəfli qurum yaradılıb. ATƏT-in həmsədrləri ABŞ, Rusiya və Fransa olan Minsk Qrupu bir neçə onillik ərzində hiss olunacaq nəticəyə nail olmayıb. ABŞ-ın bir-birini əvəzləyən prezidentləri Minsk Qrupunu ancaq sözdə dəstəkləyib və onlara vaxt verməyi xahiş ediblər.

Tamamilə mümkündür ki, Donald Trampın seçilməsindən sonra durum kökündən dəyişiləcək.

Eyniyyət uğrunda siyasi oyunlar oynayan Ermənistan-Amerika təşkilatları seçkilərin gedişində internetdə fasiləsiz hücumlar və fəal şəkildə dezinformasiya yaymaq formasında Trampa qarşı kinli kampaniya aparıb. Bu arada erməni-Amerika təşkilatları Berni Sandersi dəstəkləyib və Hillari Klintona qarşı çıxış edib. İstənilən halda bu ondan xəbər verir ki, etnik lobbiçilər həyatdan aralı düşüb və ola bilsin, hətta xüsusi rol oynamır və heç kim üçün maraqlı deyil. Trampa qarşı çıxış etmiş erməniyönlü alovlu senator, erməni kokusunun həmsədri (erməni məsələləri üzrə konqresmenlər qrupu-tərc.) respublikaçı Mark Kirkin, İllinoys ştatından konqresmen Bob Doldun və yaxud Nevada şaştından senata ümidverici namizəd Co Hekin məğlubiyyətini qeyd etmək lazımdır.

Erməni-Amerika lobbisinə heç nə ilə borclu olmadan prezident seçilmiş,  lakin Azərbaycana müsbət münasibəti ilə fərqlənən Tramp Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ona xas praqmatik və milli maraqlara yönəlik yanaşma seçə və münaqişənin başa çatmasına şərait yarada bilər.

Avrasiyada, Cənubi Qafqazda yerləşən Azərbaycan müstəqillik əldə etdikdən sonra sabit şəkildə Amerikanın strateji müttəfiqi və məhz Amerikaya lazım olan şəkildə dünyəvi, praqmatik və müasir tərəfdaş olaraq qalır. Azərbaycan əsasən Qərbə yön götürüb, lakin bir çox ölkələr kimi ABŞ da indiki administrasiyanın idarəçiliyi illərində bəzi tərəddüdlər yaşayıb. Buna baxmayaraq, Azərbaycan Avropaya və Qərb bazarlarına gedən neft-qaz kəmərlərinin inşasını davam etdirir. Bundan başqa, Azərbaycan beynəlxalq forumlarda ABŞ-a dəstəyi davam etdirir və İsrailin yaxın, demək olar, dəyişilməz müttəfiqi olub.

Azərbaycan öz müstəqilliyini elan edən tək Ermənistan Rusiyanın dəstəyi və İranın sükutlu razılığı ilə Dağlıq Qarabağı və ona bitişik rayonları ilhaq edib. Kütləvi qətliamlar, işgəncələr, zorlamalar və etnik təmziləmə adi hala çevrilib. Nəticədə Azərbaycanın, demək olar, bir milyon vətəndaşı öz evlərini tərk etməyə məcbur olub.

Qəribədir ki, Ermənistan öz müqəddəratını təyin etmə hüququndan danışır, lakin bu bəyanatı bu əraziləri işğal etdikdən və bütün etnik azərbaycanlıları oradan sıxışdırıb çıxartdıqdan sonra verir. Bəs öldürülmüş minlərlə və evlərinə qayıtmağı gözləyən bir milyon azərbaycanlının öz müqəddəratını təyin etmək hüququ xüsusunda necə? Həm də Dağlıq Qarabağda hətta ermənilərin də Ermənistan qoşunlarının işğalı şəraitində yaşadğı nəzərə alınsa, güman etmirəm ki, onlar öz müqəddəratını təyin etməyə iddia edə bilərlər. Məhz buna görə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının ümid və ehtiyaclarını təmin etmək üçün münaqişənin sülh yoluyla həllinə tezliklə nail olmaq lazımdır.  

BMT vətəndaşların müstəmləkəçilik ağalığından müdafiəsi məqsədilə öz müqəddəratını təyin etməyi lap əvvəldən “insan haqları” adlandırıb, lakin Ermənistan bu anlayışı təhrif edib. Onun fəaliyyəti 1930-cu illərdə Sudeti işğal və hətta Avstriyanı işğal etmiş Almaniyanın hərəkətindən heç nə ilə fərqlənmir. II dünya savaşı və müstəmləkə sonrası dönəmdə müqəddəratı təyin etmə hüququna özəl önəm verməyə başlayıblar ki, hazırda Ermənistanın həyata keçirdiyi kimi işğal imkanının qarşısı alınsın.

Ermənistan azərbaycanlıları aşkar şəkildə sıxışdırır. Deməli, BMT-nin təyin etməsinə əsasən, Ermənistanın fəaliyyəti bütün dünyada sülh prinsiplərinə ziddir.

Bundan başqa, BMT müqəddəratı təyin etməni səciyyələndirərəkən onu bütün xalqların “iqtisadi, sosial və mədəni inişafı həyata keçirmək hüququ” adlandırır. Xatırladıram ki, bu məsələdə azərbaycanlılar rədd edilib.

Qeyd etmək lazımdır ki, BMT qətnaməsinin qərar hissəsində göstərilib ki, bütün dövlətlər “(xalqların) suveren hüquqları və ərazi bütövlüklərinə hörmət etməyə borcludur”. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu hüquqların ikisini də pozub. Azərbaycanlılara öz müqəddəratlarını təyin etməyi həyata keçirtməyə icazə verməyiblər, beləliklə, onların suverenliyi rədd olunub.

İşğal nəticəsində Azərbaycanın ərazi bütövlüyü də eynilə bu cür pozulub. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüquqa uyğun olaraq separatçı hərəkatı və bir dövlətin başqa dövlətə münasibətdə sərhədləri dəyişdirməsini qadağan edir.

Bu, ərazi bütövlüyünün pozuması kimi çoxları, o cümlədən NATO, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi qurumlar və BMT-nin bütün üzv dövlətləri tərəfindən qəbul edilib. Yolverilməz fakt budur ki, Erməınistan bu bölgəni işğal edərək öz müqəddəratını təyin etmə arqumentindən istifadəni davam etdirir. Ermənistan BMT-nin göstəriş və qətnamələrini yerinə yetirməyə və insan haqlarını pozmağı dayandırmağa borcludur. Bunun üçün isə Azərbaycanı işğal etməyi dərhal durdurmalı və Dağlıq Qarabağın yüz minlərlə köçkün sakininə qayıtmağa və nəhayət öz evlərində qonşularla sülh şəraitində yaşamalarına icazə verməlidir.

Yeni prezident çox məsələləri həll etməli olsa da, uzanan bu münaqişənin həllində öz nüfuzundan istifadə etmək üçün ciddi şəkildə  düşünməyi lazımdır. Bu həll olmasa, onun administrasiyasını ciddi problemlər təhdid edəcək – Arxada qalan ilin aprelində amansız hərbi əməliyyatların qəfil alovlanmasını unutmaq lazım deyil. Bu cür daha bir hərbi münaqişə Rusiya, İran, Türkiyə və başqa ölkələrin iştirakı ilə bölgə müharibəsinə keçmək təhdidi doğurur.

 

Tərcümə Strateq.az-ındır.

 

Ceyson Kats – strateji kommunikasiya və siyasi konsaltinq sahəsində çalışan The Tool Shed Group şirkətinin qurucusu və rəhbəridir; xarici siyasət və beynəlxalq münasibətlər məsələsi ilə məşğul olur. Demək olar, 10 il dövlət orqanları ilə qarşılıqlı fəaliyyət və ictimaiyyətlə əlaqələr üzrə Amerika Yəhudi Komitəsinin (Los-Anceles) rəhbəri vəzifəsini tutub.




Yuxarı Əvvələ Ana Səhifə