İsraildə son parlament seçkiləri bir həftədir ki, bitib. Səsvermə nəticəsində Netanyahunun rəhbərlik etdiyi Likud partiyasının 23.27% səs qazanaraq birinci olduğu açıqlanıb. Seçicilərin ən çox rəğbətini qazanan ikinci partiyanın – “Sionist Birlik”in aktivində isə cəmi-cümlətani 18.73% səs görünür. Bu göstəricilərə görə, İsraildə qurulacaq yeni hökumətin, ən azı, üç partiyanın koalisiyasından təşkil olunacağı şəksizdir. Bununla belə, Netanyahunun dördüncü dəfə eyni postda əyləşəcəyi dəqiqləşib. Belə məqamlarda bütün dost-tanışların qalibi təbrik etməsi gözlənilən idi. Di gəl ki, seçkidə qazandığı uğurun sevincini yaşamaq istəyən Netanyahunun övqatını ən yaxın dost olaraq gördüyü ABŞ Prezidenti Barak Obama təlx edir. Hər halda İsrail baş nazirinin öz sözlərindən belə çıxır. Netanyahu Amerikanın “NBS News” kanalına verdiyi müsahibədə Barak Obamanın onu hələ də təbrik etməməsindən üzüntüsünü dilə gətirərək deyib: “ABŞ və onun hörmətli prezidenti ilə birlikdə çalışacağımız çox sahələr var. İstəsək də, istəməsək də, nə onun, nə də mənim başqa alternativimiz var”.
Müsahibəsində ABŞ-ın İsraildən, İsrailin isə ABŞ-dan böyük dostunun olmadığını xatırladan Netanyahuyla Barak Obamanın ulduzlarının barışmaması isə yeni hadisə deyil. Hələ seçiklərdən hardasa 10 gün əvvəl yerli radiolardan birində danışan Likud lideri bütün dünyanın onu devirməyə çalışdığını dilə gətirərək bu məqsədlə bir sıra qeyri-hökumət təşkilatlarına xarici ölkələrdən xeyli pul ayrıldığını bildirmişdi. Azərbaycan vətəndaşları üçün heç də yabançı təsir bağışlamayan bu sözlərlə hansı bostana daş atıldığı da ortadadır. Zira istər Yaxın Şərqdə, istərsə də postsovet məkanında “qızılgül” inqilabları məhz bu metodla həyata keçirilmiş və hamısının arxasında isə ABŞ siyasi iradəsi dayanmışdı. Netanyahunun sözlərinə inansaq, indi eyni tale İsraili gözləyir. Sual oluna bilər: Ən yaxın strateji müttəfiqlərin arasında niyə belə soyuq küləklər əsir?
Zənnimizcə, ABŞ-la İsrail arasında yaranan gərginliyin başlıca səbəbi super gücün dəstəyinə arxalanan yəhudi siyasi iradəsinin özünü çox ərköyün aparmasıdır. Bu ərköyünlük isə ABŞ-ın dünya ağalığı iddialarına zərərdən başqa heç nə gətirmir. İndiyə qədər bütün xarici siyasətini yəhudi maraqları üzərində quran super dövlət son zamanlar dünyadakı təsir gücünü əməlli-başlı itirmiş, dünya xalqları tərəfindən arzuolunmaz qüvvəyə çevrilmişdir. Halbuki SSRİ dağılmamışdan əvvəl ABŞ-ın əlindəki ən güclü silahlardan biri “yumşaq gücü”ydü. Onun dünya xalqlarına demokratiya gətirəcəyinə inam əzilən bütün insanların ən böyük ümidi olmuşdu. Məhz bu ümidin sayəsində İraq xalqı belə ölkələrinə soxulan ABŞ ordusunu gül-çiçəklə qarşılamış, əzazil Səddam Hüseyn rejiminin devrilməsinə sevinmişdi. Di gəl ki, İraqda bulunduğu 9 il ərzində ABŞ ordusu bu ölkəyə qan-qadadan, ölüm-itimdən, qadınlarına təcavüzdən, dövlətin parçalanması və amansız vətəndaş müharibəsindən başqa heç nə gətirmədi. ABŞ-ın “yumşaq gücü” Liviyada da, Misirdə də, bu ölkələrin hamısından əvvəl isə Əfqanistanda da metaformazaya uğradı. Butün bunlar isə yalnız və yalnız yəhudi maraqlarına xidmət edir, onu Yaxın Şərqin jandarmasına çevirmək məqsədi güdürdü.
Əsrarəngiz hərbi gücünə arxayınlaşan ABŞ Böyük Yaxın Şərq lahiyəsini həyata keçirdiyi ilk dövrlərdə müsəlman xalqların iradəsini heçə sayır, öz strateji müttəfiqi olan yəhudi maraqlarının təmin olunmasında heç bir problemlə üzləşməyəcəyini güman edirdi. Təsadüfi deyil ki, İraq işğalının planlaşdırıldığı və ictimai müzakirəyə çıxarıldığı zamanlarda rəsmi Vaşinqton bu hərbi əməliyyatların tam məsrəfsiz olacağı və bölgənin təbii zənginliklərinə tam nəzarətin ABŞ iqtisadiyyatını daha artıq dirçəldəcəyini açıq mətnlə dilə gətirirdi. 9 illik işğalın statistikası isə olduqca ağır oldu. ABŞ-ın rəsmi statistikasına görə, İraqda öldürülən əsgər sayı 4475 nəfər, yaralı sayı isə 35 mindən artıqdı. Savaşın iqtisadi yükü isə xeyli astronomik oldu – 2, 2 trilyon dollar.
Müharibə başlamışdan əvvəlki, yəni 2002-ci ilin dövlət büdcəsinə nəzər salanda bu rəqəmin nə qədər böyük olduğu görünür. Qeyd edək ki, həmin il ABŞ büdcəsi 1 trilyon 950 milyard dollar idi və onun sadəcə 20 faizi (335 milyard dollar) hərbə yönəlmişdi. İqtisadi tənəzülünün başladığı 2008-ci il büdcəsində isə hərbə ayrılan məbləğ 687 milyarda yüksəlmişdi.
Təsadüfi deyil ki, müharibə sırasında ABŞ büdcəsində xeyli açıqlar yaranmağa başladı. Rəsmi statistikaya görə, 2004-cü ili 412.7 milyard büdcə açığıyla tamamlayan ABŞ 2005-ci ildə 318.3 milyard, 2006-cı ildə isə 248.2 milyard borclanmışdı. Bütün bunlar azmış kimi, ABŞ-ın finans sistemini əlində cəmləşdirən yəhudi əsilli bankirlər Amerika xalqına ev almaq üçün külli miqdarda pul verir və ölkəni 2008-ci il böhranına doğru sürükləyirdilər. Nəticədə həm müharibədən, həm yerli əhalidən xeyli kapital toplayan bankirlər böyüdükcə Amerikanın iqtisadi gücü zəifləyir, dünyaya yayılma strategiyasında söykəndiyi “yumşaq gücü” isə ortadan qalxırdı. Bütün bunların qarşısı alınmasa, super dövlət faşist Almaniyasından daha pis vəziyyətə düşə bilərdi.
Məhz bu səbəbdən də rəsmi Vaşinqton nəyin bahasına olursa-olsun, düşdüyü Yaxın Şərq bataqlığından çıxmağa qərar verdi. 2011-ci ildə son Amerika hərbi birləşməsinin İraqdan çəkilməsiylə bölgədə vəziyyət daha gərgin hal aldı. Vətəndaş və məzhəb savaşlarının böyüməsi, Suriyadakı böhranın dərinləşməsi ABŞ-ın “yumşaq gücü”nə daha dəhşətli zərbələr vurmağa başladı. Bütün bu qanlı prosesləri başladan super güc məsələni həll etmək məsuliyyəti altında qaldı. Beləcə, ABŞ yenidən İraq və Suriya probleminin mərkəzinə çəkildi.
Yaxın Şərqdə axan qanın durması üçün isə bir sıra problemlər öz həllini tapmalıdır. Məzhəblərarası ziddiyyətin ortadan qaldırılması, İsraillə ərəb dünyası arasında sülhün təmin olunması əsas şərtlərdəndir. Zira bütün bu hadisələrin arxasında yəhudi barmağı olduğu kimi, rəsmi Təl-əvivin Fələstinə qarşı həyata keçirdiyi amansız siyasət də İslam dünyasında radikalizmi artırır. İsrailin baş naziri isə rəsmi Vaşinqtonu öz ənənəvi Yaxın Şərq siyasətinə davam etdirmək üçün təzyiqlərini artırdığı kimi, bir yandan da Fələstin məsələsində razılığa gəlmək istəmir. Onun son parlament seçkil
əri zamanı dilə gətirdiyi “Fələstin adlı dövlət olmayacaq” ifadəsi yanan ocağa benzin tökəcək mahiyyətdə idi və ABŞ-ın İsraillə bağlı yeni strategiyasına verilmiş cavaba bənzəyirdi.
Verilən məlumatlara görə, Barak Obama Təl-əvivi Fələstinlə danışıqlar masanına oturtmaq üçün BMT-ın Təhlükəsizlik Şurasının müzakirəsinə yeni bir qətnamə çıxartmaq istəyir. Qətnamənin şərtlərinə görə, İsrail 1967-ci il səhrədlərinə geri çəkiləcək, Fələstin bir dövlət kimi tanınacaq və hər iki tərəf arasında sülh sazişi bağlanacaq. Ağ Evin bu təklifinin birbaşa özü tərəfindən deyil, hansısa ərəb dövləti vasitəsilə veriləcəyi, İngiltərə və ABŞ-ın da Təhlükəsizlik Şurasında bunu dəstəkləyəcəyi gözlənilir. Bu isə digər Təhlükəsizlik Şurası üzvlərinin indiyə qədər dəstəklədiyi çozüm formulu olduğundan məsələnin vetosuz qəbul olunması deməkdir.
Problemin bu şəkildə həlli İsrailin böyük məğlubiyyəti kimi tarixə düşə bilər. çünki 1967-ci il sərhədlərinə qayıtmaq İsrail üçün ölüm-dirim məsələsidir. Bilindiyi kimi, İsrail Suriya, İordaniya və Misirə qarşı elan etdiyi 6 günlük müharibə nəticəsində Misirdən daha sonra geri qaytardığı Sina yarımadasını, Suriyadan Holan təpələrini, İordaniyadan isə Şərqi Qüds və Qərbi Şəriyyanı ələ keçirmişdi. Hal-hazırda əlində tutduğu Qolan təpələri İsrailin hardasa 80% su ehtiyatını qarşılayır. Sözsüz ki, su bütün dünyada həyat qaynağı kimi əhəmiyyət daşısa da, quraqlıqdan dodağı çatlayan Yaxın Şərqdə onun önəmi daha artıqdır. Digər tərəfdən, Şərqi Qüds və Qərbi Şəriyyada yəhudi əsilli vətəndaşlar məskunlaşdırılıb. Belə olan təqdirdə İsrailin strateji önəmə sahib bu coğrafiyadan çəkilməsini gözləmək sadəlövhlük olardı.
Məsələyə bu aspektdən nəzər salanda ABŞ siyasi iradəsinin öz müttəfiqinin əleyhinə atı yoxuşa sürmək əzmində olduğu ortaya çıxır. O da maraqlıdır ki, rəsmi Vaşinqton atı yoxuşa sürmək fikrində tək deyil. İngiltərə də həmçinin açıq şəkildə Fələstin məsələsinin ikidövlətli müzakirəsini tələb edir. Hətta Benyamin Netanyahunun Fələstinlə bağlı söylədiyi fikirlərə də ən ciddi reaksiya da rəsmi Londondan gəldi. Böyük Britaniya baş nazirinin müavini Nik Kleq bu cür açıqlamalarla regionda sülh ümidlərinə kölgə salan Netanyahuya açıq-aşkar barmaq silkələyərək belə cavab verib: “İsrail baş naziri iki dövlətli həll ehtimalını istisna etmək yolundan əl çəkməzsə, İngiltərə daxil bütün dünya dövlətlərinin Fələstini tanımaqdan başqa çarəsi qalmaz”.
Görünən budur ki, yəhudi siyasi iradəsi ilə ingilis maraqlarının toqquşması qısa müddətdən sonra böyük qlobal böhrana çevrilə və dünyanın geopolitik durumunda bir çox daşları yerindən oynada bilər.
Hər halda siz də ehtiyatlı olun, cənablar!
Heydər Oğuz