XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 18:51

Britaniya nəşrindən qalmaqallı iddia:“Rusiya və Türkiyə Suriya müxalifəti ilə gizli danışıqlar aparır” – Təhlil

h

Erika Solomon

The Financial Times (Böyük Britaniya), 01.12.2016

 

Müxalifət təmsilçilərinin xəbər verdiyinə görə, Suriya üsyançılarının liderləri Hələbdə döyüş əməliyyatlarının dayandırlması barədə Rusiya ilə məxfi danışıqlar aparırlar. Bu, ona işarə edir ki, ABŞ Yaxın Şərqdə ən mərkəzi münaqişələrdən birinin nizamlanması prosesindən kənarda qala bilər.

Suriyanın şimal hissəsini əlində saxlayan üsyançılardan dörd müxalif üzv “Financial Times”-a danışıb ki, Türkiyə Ankarada prezident Əsəd tərəfdən hərbi müdaxiəsi ilə Suriyada beş il sürən vətəndaş müharibəsində durumu Suriya rejiminin xeyrinə dəyişə bilən Moskva ilə danışıqlar təşkil edib.

Onların sözlərinə görə, danışıqların əsas mövzusu mühasirəyə alınmış, böyüklüyünə görə ölkənin ikinci şəhəri Hələbdə atəşkəs haqda sazişdir. “Bu gün ruslar və türklər ABŞ-sız danışıqlar aparırlar. Vaşinqton danışıqlar prosesindən tam şəkildə çıxdaş olunub və hətta Ankarada nə baş verdiyini də bilmir”, – deyə danışıqların məxfi xarakterinə görə adının çəkilməməsini xahiş edən müxalifət təmsilçilərindən biri bildirib. Üsyançıların təmsilçilərinin ruslarla görüşdüyü birinci dəfə deyil, amma danışıqların gedişi ilə tanış adamlar bildirirlər ki, tədbirə bu qədər çox sayda müxalif qruplaşma ilk dəfə cəlb olunub. Bu, onların başqa oyunçularla razılığa gəlməyi qərarlaşdırdığının əlamətidir.

Görünür, danışıqlar xüsusi nəticə vermir. Lakin onun ABŞ-sız keçirilməsi faktının özü Yaxın Şərqin siyasi dinamikasında ciddi dəyişikliklərə işarə edir.

Prezident seçilmiş Donald Tramp Rusiya lideri Vladimir Putinin artıq beş il çəkən vətənadş müharibəsində Əsəd rejiminin mövqeyini möhkəmləndirmək cəhdlərini dəstəkləmək niyyəti haqda dəfələrlə siqnallar verib. O, bu cür razılığı bununla əsaslandırır ki, Kreml islamçıların ləğvi üzrə fəaliyyət göstərir. Obamanın getməkdə olan administrasiyası üsyançılara təlim keçib və onlara silah tədarük edərək Əsədi postundan getməyə çağırıb.

Görünür, bölgə oyunçuları bu gün güclənməkdə olan, bu cür sazişlərə yardım etməyə qabil dövlət kimi görünməyə cəhd edən Rusiya ilə sazişə gəlib Vaşinqtondan yan keçməklə hərəkət etməyə hazırdır.

Hələb şurasının rəhbəri Əli Şeyx Ömər deyir ki, üsyançılaırn əldə saxladığı şərq rayonlarının siyasətçiləri şəhəri yerlə yeksan edən qəddar bombardmanı kəsmək haqda Rusiya ilə danışıqlara qoşulmalı olan nümayəndə heyətinin tərkibini razılaşdırıblar. Suriya rejiminin qoşunları keçən həftə Hələbin üsyançıların nəzarətindəki ərazisinin üçdə birindən çoxunu tutmaqla ciddi uğurlara nail olub.

O deyir: “Danışıqlar birbaşa ruslarla aparılır, çünki bilirik ki, Bəşər Əl-Əsəd indiki anda Putinin əmrlərini icra edən əyalət qubernatorundan artıq deyil”.

Üsyançı liderlərdən biri danışıqların aparıldığı haqda məlumatı təkzib edib, qalanları isə onun məxfiliyinə isnadən şərhdən imtina edib. Yaxın Şərqdə bölgəsində işləyən bir Qərb diplomatı qeyd edib ki, onda danışqlaırn başlandığı barədə sübutlar yoxdur, lakin proses haqda məlumat əldə etməyə səy göstərir. Ona həmçinin məlumat gəlib ki, noyabrın 24-də Rusiya hərbi aviasiyası Suriyanın Latakiya şəhərindəki bazasından uçub.

Onlardan söhbət edə bildiklərimizdən heç biri üsyançıların ruslarla birbaşa görüşüb-görüşmədiyi və yaxud bunun Türkiyə təmsilçilərinin iştirakı ilə vasitəli görüş olduğu haqda sualımıza cavab verməyib.

Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova bu danışıqlar haqda suala cavab verərkən deyib: “Vaşinqton özü özünü təcrid edib. Rusiya artıq bir neçə ildir ki, Türkiyədə Suriya müxalifəti ilə danışıqlar aparır və bu, yenilik deyil”.

Türkiyə təmsilçisi durumu şərh etmək xahişinə cavab verməyib. Vaşinqton üçün bu cür danışıqların nəticələri Suriya çərçivəsindən xeyli kənara çıxır. Beynəlxalq strateji araşdırmalar institutundan (International Institute for Strategic Studies) Emil Hokayem bildirib ki, bu vətəndaş müharibəsinin gedişində ABŞ-ın təcrid edilməsi Vaşinqtonu bölgə qarşıdurmasına qarışdırmaq istəməyən Barak Obamanın prezidentliyi dövründə başlanıb. Buna görə də Yaxın Şərqin rəhbərləri Moskvaya müraciət etməyə başlayıblar.

Hokayem deyir: “Bu münaqişəyə Amerika yanaşması buna zəmanət oldu ki, ABŞ indi təkcə Suriya münaqişəsinin gedişində deyil, həm də bölgənin bütün siyasətində daha az tələb olunacaq. Vaşinqton nüfuz və təsir rıçaqlarını itirib. Bölgə siyasəti dəyişikliyə uğrayıb və bu, Obamanın dönəmində baş verib – ya təsadüfən, ya da bilərəkdən”.

Parça-parça edilmiş Liviyanın şərq hissəsini əlində saxlayan general  Xəlif Həftar bu günlərdə ona hərbi yardım göstərilməsini xahiş etdiyi Moskvada olub. Vurulmuş Rusiya təyyarəsinə görə Moskva ilə mübahisəni yoluna qoymuş Türkiyə Suriyanın şimalında ayrı-ayrı rayonlara qoşun göndərməkdə Ankaraya imkan yaradan Rusiya ilə sazişə gəlib. Hokayem qeyd edir ki, Misir və Fars körfəzinin bəzi dövlətləri də Moskva ilə təmasları fəallaşdırıb.

Vaşinqtonun Yaxın Şərq İnstitutundan Suriya üzrə ekspert Çarlz Lister deyir ki, Rusiya, Türkiyə və üsyançılar arasında ilk görüş bazar ertəsi olub, daha biri isə şənbə günü baş tuta bilər. O bildirir: “Rusiya sığortalanmağa cəhd edir. O, müxalifətlə sazişə gəlməyə üstünük verir. Hələb çöksə, şəhəri əldə saxlamaq üçün Suriya rejiminə xeyli sayda qoşun lazım gələcək və ölkənin başqa hissələrində şəxsi heyət çatışmazlığı olacaq. Ya da Suriya hərbçiləri  İrandan çox güclü şəkildə asılı olacaqlar ki, Moskva da bundan yayınmağa çalışır”.

Bununla yanaşı, Lister qeyd edir ki, rusların ağır silahları şəhərdən çıxartmaq və cəbhə xəttində “Əl-Qaidə”yə bağlı “Cəbhət Fəth əş-Şam”dan ayrılmaq tələbinə müxalifətin razılaşması çətin olacaq. Həmçinin Ankara ilə Moskva arasında gərginlik də saxlanır – xüsusən də Türkiyə Suriya rejimi qoşunlarını onun qüvvələrinə zərbə endirməkdə ittiham etdikdən sonra.

Üsyançıların fikrincə, Ankara hesab edir ki, Əsəd qoşunu bu cür hərəkət üçün Moskvadan icazə alıb, bu isə göstərir ki, bu gün onların arasındakı münasibət nə qədər dayanıqsızdır.

 

Tərcümə Strateq.az-ındır.