XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 18:12

Məşhur Britaniya alimi Stiven Hokinqdən çağırış:“Planetimiz böyük təhlükə qarşısındadır”

h

Stiven Hokinq

The Guardian (Böyük Britaniya), 03.12.2016

 

Kembricdə işləmiş nəzəriyyəçi fizik kimi, ömrümü son dərəcə imtiyazlı, qapalı dairədə kerçirmişəm. Kembric – mərkəzi dünyanın ən böyük universitetlərindən biri olan qeyri-adi şəhərdir. Bu şəhərdəki 20 yaşında üzvü olduğum elmi cəmiyyət hələ də daha “seçkin”dir.  

Və bu cəmiyyətin daxilindəki kiçik bir qrup beynəlxalq nəzəriyyəçi fiziklərdə – bütün əmək həyatımı onlarla işləmişəm – bəzən özünü zirvə saymaq tamahı baş qaldıra bilər. Həm də kitablarımın mənə gətirdiyi şan-şöhrət, xəstəliyim üzündən düşdüyüm təcrid nəzərə alınsa, hiss edirəm ki, fil sümüyündən qülləm daha ucalaşır və gerçək həyatdan getdikcə daha çox uzaq düşürəm.

Ona görə də, sözsüz ki, son zamanlar ABŞ və Britaniyada mövcud olan elitanı qəbul etməmək, istənilən hər kəs kimi, mənə də qarşı yönəlib. Britaniya elektoratının Avropa Birliyinə üzvlükdən imtina qərarı və ABŞ-ın növbəti prezidenti postuna Amerika ictimaiyyətinin Donald Trampa dəstəyi haqda nə düşünürlər-düşünsünlər, şərhçilər qətiyyən şübhə etmirlər ki, bu, qəzəblənmiş insanların harayı idi ki, hökumət onları unudub və atıb.

Bu, hər yerdə yaddan çıxmış adamların səs əldə edib ekspert və elitaların məsləhət və tövsiyələrini rədd etmək üçün səs qazanıb danışmağa başladığı an idi (deyəsən, bununla hamı razılaşır).

Mən bu qaydadan istisna deyilm. Hələ AB-yə üzvlük haqda referenduma qədər xəbərdarlıq etmişdim ki, "Brexit" Britaniyada elmi araşdırmalara məhvedici təsir göstərəcək, AB-dən çıxmaq haqda səsvermə geri addım olacaq. Amma elektorat (və yaxud yetərincə önəmli qismi) mənim, həmçinin başqalarının – hamısı ölkənin qalan sakinlərinə məsləhət verən, belə də eşidilməmiş qalan siyasi lider, həmkarlar ittifaqları xadimi, rəssam, alim, biznesmen və məşhurların sözlərinə reaksiya vermədi.

Bu gün elitaların necə reaksiya verəcəyi mühümdür  – özü də bu, iki ölkədə səs vermiş adamların etdiyi seçimdən xeyli dərəcədə önəmlidir. Biz öz növbəmizdə faktları nəzər almaq iqtidarında olmayan primitiv populizmin təzahürü kimi bu səsləri rədd etməliyikmi? Yaxud yan keçib və ya onların bəyan etdiyi seçimi məhdudlaşdırmalıyıqmı?

Demək istəyirəm ki, bu, böyük səhv olardı.

Bu səsvermələrin əsasında duran, kürəsəlləşmənin iqtisadi nəticələri və elmi-texniki tərəqqinin sürətlənməsi ilə bağlı əndişələr tamamilə başadüşüləndir. Müəssisələrdə avtomatlaşma artıq ənənəvi istehsalatda iş yerlərinin ixtisarına səbəb olub, çox ehtimal ki, süni intellektin daha geniş təbiqi isə artıq orta təbəqənin təmsilçilərinə toxunub iş yerlərinin sonrakı ixtisarına şərait yaradacaq, eyni zamanda yalnız ən çalışqan, yaradıcı mütəxəssis və ya rəhbərlər iş yerini saxlaya bilər.

Bu, öz növbəsində artıq bütün dünyada artmaqda olan iqtisadi qeyri-bərabərliyin sürətlənməsinə səbəb olacaq. İnternet və onun sayəsində mövcud platformalar çox kiçik insan qrupuna işə cüzi adam cəlb etməklə fövqəlgəlir əldə etməyə imkan verəcək. Bu qaçılmazdır, bu tərəqqdidir, amma bu cür tərəqqi sosial planda destruktiv xarakterə malikdir.

Biz bunu maliyyə sektorunda işləyən az adamın daha çox mükafat aldığı, qalanlarının isə bu uğuru təmin edib və hesabları ödədiyini adamlara göstərən maliyyə iflası ilə paralel şəkildə nəzərdən keçirməliyik və onların acgözlüyü bizi yoldan çıxardır. Belə ki, hamımız maliyyə qeyri-bərabərliyinin azalmadığı və təkcə həyat səviyyəsinin deyil, həm də ümumiyyətlə adamların yaşayış üçün QAZANMAQ İMKANININ yox olduğunu görə bildiyi dünyada yaşayırıq. Buna görə də təəccüblü deyil ki, onlar, ehtimal ki, Tramp və "Brexit"i təcəssüm etdirdiyi yeni imkanlar arayırlar.

Məsələ həm də burasındadır: internet və sosial şəbəkələrin kürəsəl yayılmasının öncədən görünməyən digər nəticələri budur ki, bu qeyri-bərabərliyin qəddar təbiəti keçmişdəkindən daha çox göz qabağındadır. İnsanlarla ünsiyyət üçün texniki vasitələrdən istifadə etmək mənim üçün  ayrı-seçkilik məhdudiyyətini götürür və müsbət təcrübəni ifadə edir. Bu texnikasız bütün bu uzun illər ərzində işimi davam etdirə bilməzdim. Lakin bu, həmçinin bildirir ki, dünyanın ən firavan guşələrindəki ən varlı adamların yaşayışı (rifah səviyyəsindən asılı olmayaraq) telefona əli yetənlərin hamısının gözü qabağındadır. Bu, indi Afrikanın Saxaradan güneyə sarı ölkələrində sudansa telefonun müyəssər olduğu adamlar üçün bildirəcək ki, əhalisi getdikcə çoxalan planetimizdə, demək olar, heç kim qeyri-bərabərlik problemindən yayına bilməyəcək.

Bunun nəticələri aydındır – kənd rayonlarından ümidin hərəkətləndirdiyi yoxsullar böyük şəhərlərdəki yoxsul məhəllələrə dartınır. Və çox vaxt Instagramda gördükləri cənnətin bu məhəllələrdə əlçatmaz olduğunu görüb yaxşı güzəran axtarışında xaricə axtarışa çıxır, iqtisadi mühacirlərin sıralarını artırırlar. Bu mühacirlər öz növbəsində gəldikləri ölkələrin infrastrukturu və iqtisadiyyatına yeni tələblər irəli sürürlər ki, bu da tolerantlıq səviyyəsinin azalmasına səbəb olur və siyasi populizmi qidalandırır.

Mənim baxışımca, bütün bunlardan son dərəcə təşvişlisi budur ki, hazırda insanlığın bütün tariximiz boyu heç vaxt olmadığı qədər birgə fəaliyyətə ehtiyacı var. Biz iqlimin dəyişilməsi, qida məhsullarının istehsalı, əhali artıqlığı, başqa növlərin yox olması, okeanların turşuması ilə bağlı dəhşətli ekoloji problemlərlə üzləşirik. Bütün bunlar xatırladır ki, biz insanlığın inkişafının ən təhlükəli mərhələsindəyik. İndi hazırda yaşadığımız planeti məhv etməyi bacaran texniki vasitələr var, lakin hələ bundan yayınmaq üçün üsullar düşünməmişik. Ola bilsin, bir neçə yüzillikdən sonra ulduzlararası fəzada insan koloniyaları yaradacağıq, lakin indi bir planetimiz var və onu qorumaq üçün qarşılıqlı fəaliyyətdə olmalıyıq.

Bunun üçün ölkələrin daxilində və arasında maneələr qurmaq deyil, onu dağıtmaq lazımdır. Bunun üçün imkana malik olmaq istəyiriksə, dünya liderləri etiraf etməlidirlər ki, bu cür xeyli imkanı əldən buraxıb və bunu davam etdirirlər. Resursların getdikcə daha kiçik insan qruplarının əlində cəmləşdiyi nəzərə alınsa, bu sərvətləri indikindən daha çox dərəcədə bölməli olacağıq.

Bu zaman təkcə iş yerləri deyil, həm də bütöv müəssisələr, sənaye sahələri yox olur. Adamlara yenidən ixtisaslaşmada kömək etməli, yeni gerçəklikdə yaşamağı öyrətməliyik və hələlik bunu edincə, onlara maddi dəstək verməliyik.

Əgər cəmiyyət və dövlətlər mühacirətin bu günki səviyyəsinin öhdəsindən gələ bilmirsə, kürəsəl inkişafa fəal əl uzatmalıyıq. Çünki bu, milyonlarla mühaciri perspektivi öz ölkələrində axtarmağa əmin etməyin yeganə üsuludur.  

Biz bunu bacararıq, mən insanlığı böyük nikbinliklə dəyərləndirirəm, lakin bunun üçün tələb olunur ki, Londondan Harvarda,  Kembricdən Hollivuda qədər bütün elitalar getməkdə olan ildən ibrətlər götürsünlər. Və hər şeydən əvvəl itaət dərsi mənimsəsinlər.  

 

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə