XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 10:36

Netanyahunun Bakı səfəri erməniləri təşvişə salıb:“Cənubi Qafqazda yeni ssenarilər cızılır” – Təhlil

netanyahu-aliyev-1

Vardan Qriqoryan

Armworld (Ermənistan), 08.12.2016

 

Baş nazir Benyamin Netanyahunun dekabrın 13-ə Bakıya planlaşdırılmış səfəri və İran prezidenti Həsən Ruhaninin Ermənistana gözlənilən səfəri Birləşmiş Ştatlar tərəfdən İrana münasibətdə sanksiyaların  yenidən uzadılması məsəsləsi kontekstində yeni məna və əhəmiyyət qazanır. İsrailin “The Jewish Press” qəzeti bu xüsusda qeyd edir ki, “Azərbaycan və İsrail strateji ittifaq yaradaraq energetik və hərbi-texniki sahədə əməkdaşlığa vurğu edir, lakin unutmağına dəyməz ki, tərəflər hər iki sahədə çoxdan strateji əməkdaşlıq qurub”.

İsrail öz ərazisindən axan Azərbaycan neftinin, təxminən, yarısının əvəzinə Azərbaycana tədarük olunan silah və hərbi texnika müxtəlifliyi və miqdarını artırmağa davam edir. Azərbaycan rəhbərliyi isə təəssürat yaratmağa çalışır ki, guya, bu üsulla Rusiyadan Ermənistana tədarük olunan ən yeni silahlara, xüsusən də “İskəndər”lərə qarşı tarazlıq qurmağa səy göstərir. Lakin birmənalı şəkildə aydındr ki, fələstinlilərə qarşı güclü silah olan “Dəmir günbəz”in köməyi ilə “İskəndər”in gözlənilən zərbəsini önləmək mümkün deyil. Həqiqətdə Azərbaycan-İsrail əməkdaşlığının yeni dayaq nöqtəsinin strateji perspektivləri “İskəndər”lərdən deyil, ABŞ-da prezident seçkilərindən sonra bölgədə qüvvələrin gözlənilən yenidən tərtiblənməsindən asılıdır.

Aydındır ki, İrana münasibətdə sanksiyaların uzadılması təşəbbüsünün arxasında ABŞ-ın hazırda formalaşmaqda olan yeni administrasiyasi durur. Lakin Donald Trampın ABŞ-ın bölgəsəl mövqelərini hansı addımlarla möhkəmləndirəcəyi addımlar hələlik dəqiqləşdiriliməyib.

Yəhudi lobbisinin Hillari Klintonun praktik olaraq həll edilmiş qələbəsini məğlubiyyətə çevirməkdə öz rolunu oynaması ondan xəbər verir ki, İsrail baş nazirinin Azərbaycana qarşıdakı səfəri Bakını Birləşmiş Ştatların təzələnmiş antiiran təbliğatına cəlb etməyi nəzərdə tutur.

Bunu Tehranda da başa düşürlər, buna görə də son həftərlər ərzində Tehranın Bakını Azərbaycanın bölgədə İsrail siyasətinin dayaq nöqtəsinə çevrilməsində, Bakının isə öz növbəsində İrana qarşı artıq ənənəyə çevrilmiş erməniyönlü siyasətdə “ittihamlar” irəli sürdüyü qiyabi mübahisəsi başlanb. Belə çıxır ki, İsrail və Ermənistan hər gün kəskinləşən Azərbaycan-İran münasibətlərində özəl “uyuqlar” olub. İran prezidentinin Ermənistana bir neçə dəfə təxirə salınmış səfərinin İsrail baş nazirinin Azərbaycan səfərindən sonra baş tutacağı da bundan xəbər verir.

Bu cür taktiki addım özündə müəyyən sürpriz gizlədir, çünki Bakıda Azərbaycan-İsrail danışıqlarının nə ilə başa çatacağı hələlik məlum deyil. Lakin onun nəticələrindən asılı olmayaraq, Ermənistan-İran münasibətlərində son zamanlar qeydə alınan tərəqqi yeni çalarlar qazanır. İran Ermənistanı Avropaya pəncərəyə çevirməkdə qəti qərar qəbul edib. İrana münasibətdə sanksiyaların müddətinin uzadılacağı halda bu önəm arta bilər. Bu səbəbdən azad ticarət zonasının qurulmasından savayı, İran qazının Gürcüstana maneəsiz tranziti məsələsinə də böyük əhəmiyyət verilir.

Tehranın Qarabağ münaqişəsi məsələsindəki mövqeyi qarşılıqlı iqtisadi layihələrdən daha önəmlidir. Bu zaman söhbət İranın dinc nizamlamaya yönəlmiş danışıqlarda iştirakından deyil, mövcud status-kvonun saxlanmasından gedir. Kimə məxsusluğu və yaxud tabeliyindən asılı olmayaraq xarici qüvvələrin sərhəddə olması İrana sərfəli deyil.

Bu planda İsrailin Azərbaycanda bundan sonrakı fəallığı Qarabağ məsələsində Ermənistan tərəfinin niyyətlərinin uğurla gerçəkləşməsində obyektiv marağı olan İranın mövqeyinin dəqiqləşməsində yeni çıxış nöqtəsi olacaq.

İran və Azərbaycan bu qayda ilə qarşılıqlı ədavət və gərginliyin yenidən güclənməsində növbəti mərhələyə daxil olur. Bu, o səbəbdən vacibdir ki, Türkiyənin Rusiya ilə münasibətləri qaydaya salmaq tendensiyası son zamanlar Azərbaycan siyasəti üçün manevr meydanını genişləndirib və əks ağırlıq zərurəti daim hiss olunur.

ABŞ-ın yeni administrasiyasının da Türkiyə ilə münasibətlər məsələsində yeni sürprizlər hazırladığına görə Ankara çətin seçim qarşısında dura bilər. Türkiyədən də antiiran sanksiyalarına qoşulmağı tələb edəcəklər. O, bir tərəfdən Rusiya ilə fəal şəkildə eşqbazlıq edir, digər tərəfdən isə Suriyada İran qəyyumluğundan yararlanan Bəşər Əsəd administrasiyası ilə mübarizə aparır.

Bu cür şəraitdə Azərbaycan-İran münasibətlərində praktik olaraq bundan sonrakı qaçılmaz gərginləşmə Türkiyəni daha qəliz seçim qarşısında qoyacaq. İsrail və Türkiyənin Azərbaycanda maraqları ənənə üzrə üst-üstə düşüb və yaxud yaxın idi, lakin Türkiyənin mötədil islamçıları indi tayfasal və dini simpatiyaları arasında seçim etməlidir.

Bölgədə formalaşan yeni zidiyyətlər düyünü 2017-ci ilin əvvəlində ABŞ-ın siyasi prioritetlərinin konkretləşməsinə paralel olaraq yekun görkəm alacaq. Lakin artıq bu gün aydındır ki, İsrailin Azərbaycanda daha çox kök atması və bununla bağlı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi Qarabağ münaqişəsində status-kvonun saxlanması tərəfdarlarının mövqelərini obyektiv şəkildə möhkəmləndirəcək.

 

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə