XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 09:57

Ankara ilə Moskva arasında gizli anlaşma:“Hələbin əvəzinə Qarabağ” – Təhlil

lc

İrina Corbenadze

Rosbalt.ru, 08.12.2016

 

Son günlərdə Rusiya və Türkiyənin iştirakı ilə labirint geopolitik proseslər müşahidə olunur. Demək mümkündür ki, onlar Rusiyanın bölgə və dünya siyasətinə təsir etməyinə yol verməmək üçün Qərbin ucaltmağa cəhd etdiyi divarın özülünü sarsıdır. Lakin ehtimal ki, əks effekt alınır.

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunn Azərbaycan səfəri

a) Türkiyə prezidentinin Bəşər Əsəd haqda rusiyalı həmkarına qərəzsiz izahatından sonra,

b) Rusiya XİN başçısı Sergey Lavrovla görüşdən dərhal sonra,

c) Ərdoğanın “Türk axını” qaz kəmərinin inşası layihəsi üzrə RF ilə sazişi imzalaması ərəfəsində baş tutmasaydı, buna heç bir diqqət yetirməmək olardı.

Rəsmi məlumata görə, Çavuşoğlu və azərbaycanlı həmkarı Elmar Məmmədyarov Qarabağ münaqişəsinin nizamlanması məsələsini və ümumən bölgədəki durumu  müzakirə ediblər. Azərbaycan naziri deyib: “Biz həmçinin iki ölkənin o cümlədən TANAP qaz kəməri layihəsi çərçivəsində iqtisadi əməkdaşlığını müzakirə etdik”.

Onun sözlərinə görə, o, şübhə etmir ki, Azərbaycan qazı ən yaxın vaxtlarda Türkiyə ərazisindən Avropaya nəql olunacaq.

Rəsmi məlumat yetərincə qurudur. Çavuşoğlunun Bakıya “boş əllə” gəlmədiyini hesab edən Türkiyə və Azərbaycan ekspertləri onu daha təfərrüatlı və olduqca maraqlı şəkildə paylaşırlar. Xüsusən də türk  politoloqu Engin Özər Ankaranın Qarabağ nizamlamasına yardımı kontekstində "Sputnik" agentliyinə (Bakı) məlumat verib ki, Türkiyə tərəfi keçmiş baş nazir Əhməd Davudoğlunun istefasından dərhal sonra “Hələb müqavimətinə” dəstəyi dayandırıb: “Hamıya məlumdur ki, Hələb ən yaxın vaxtlarda Əsədin nəzarətində olacaq. Və düşünürəm ki, burada Moskva ilə Ankara arasında müəyyən saziş olacaq”.

Ekspert məlumat verib ki, daha doğrusu, Türkiyə Əsədin Hələbə nəzarət etməsinə mane olmayacaq, Rusiya isə öz növbəsində Qarabağ probleminin Bakının xeyrinə həll edilməsinə şərait yaradacaq.

Bir daha qeyd edək ki, Türkiyə XİN başçısı Məmmədyarovla görüşə qədər Lavrovla danışıqlar aparıb – o cümlədən Qarabağ üzrə də. Müasir Türkiyənin öyrənilməsi Mərkəzinin siyasi istiqamətinin rəhbəri Yuri Mavaşevin hesab etdiyinə görə, Qarabağ probleminin Türkiyə və Azərbaycan XİN başçıları arasında budəfəki müzakirəsinin “özəl mənası” var idi. Ekspert  deyir: “Güman edirəm ki, Çavuşoğlu Lavrovla razılaşdırılmış bəzi təklifləri izah etməklə… boş əllə gəlməyib”.

O, Qarabağ münaqişəsinin nizamlanmasında Moskvanın təşəbbüsünü dəstəkləyən Türkiyənin açıqlamasını “ümidverici” adlandırır, hansı ki, Türkiyə əvvəllər ATƏT Minsk Qrupu və Rusiyaya qarşı sistemli  şəkildə iddialar irəli sürürdü – Ankara Rusiyanı ümumiyyətlə “münaqişə tərəfi” adlandırırdı.

Ekspert hesab edir ki, indi baş verənlər isə münaqişənin nizamlanmasının Türkiyə-Ermənistan münasibətlərininn normallaşması ilə kompleks şəkildə nəzərdən keçirən hansısa “layihə zərfi”nin varlığından xəbər verə bilər.

Mavaşev deyir: “Görünür, yaxın gələcək də dörd tərəfin – Moskva, Bakı, Ankara və İrəvanın olduğu formatın varlığının şahidi ola bilərik”.

Sadə şəkildə deyilsə, vəziyyəti “başa-baş” kimi müəyyən etmək olar: prinsipcə, Türkiyə hazırda küncə sıxışdırılıb və ona Rusiya ilə Azərbaycanın dəstəyi lazımdır. Azərbaycan öz ərazisində Ərdoğanın düşməninin – ABŞ-da yaşayan islam vaizi və ictimai xadimi Fətülla Gülənin təsis etdiyi strukturları və bütün ardıcıllarını sıradan çıxartmaqla Ankaraya xidmət göstərə bilər.   

Bundan başqa, Türkiyəyə əlimyandıda Azərbaycan qazının Türkiyə ərazisindən tranzitlə Avropaya nəqli üzrə TANAP layihəsinin tam şəkildə gerçəkləşməsi lazımdır. Bu, Ankaraya praktik olaraq Türkiyə ilə münasibətləri kəsmiş Avropa Birliyinin cilovunu əldə saxlamaq imkanı verəcək. Yəni indi söhbət təkcə Ərdoğanın Xəzər və Rusiya nefti hesabına Türkiyəni qaz qovşağına çevirməkdə şəxsi iddialarının təmin olunmasından deyil, həm də Avropaya təsir edib ABŞ-dan uzaqlaşdırmaqdan gedir.

Bu, ilk dövrlərdə Avropanın Amerikanın şistli qazını idxalının qeyri-aktuallığı və Rusiya-Türkiyə-Azərbaycan-AB vahid energetika məkanının yaradılmasında təzahür edə bilər və güman etmirəm ki, ABŞ burada avropalılara nəzarət edə bilər. Xüsusən də ona görə ki, onların əksəsriyyəti artıq Rusiya qazının AB dövlətlərinə axmalı olduğu “Cənub axını”ndan imtinadan təəssüflənirlər. İndi onu “Türk axını” əvəz edəcək.

Öz növbəsində Azərbaycana da Türkiyə və Rusiya dəstəyi lazımdır – hər iki ölkə Qərbin özgə ölkələrdə bu cür aludə olduğu “rəngli inqilablar” halında, Qarabağ münaqişəsinini nizamlanmasına kömək və ümumən təhlükəsizliyin təminatında Bakını sığortalaya bilər.

TANAP-dan söz düşmüşkən. Yuxarıda adı çəkilən türk politoloqu Özər hesab edir ki, Çavuşoğlunun birinci növbədə Bakıya səfəri məhz bu layihəyə həsr olunub, çünki Türkiyə milli təhlükəsizliyi ilə birbaşa bağlıdır. O deyib: “Ankara enerji resurslarına artan tələbatı bağlamaq üçün TANAP layihəsini gerçəkləşdirməyə başlayıb. Azərbaycan Rusiyadan daha ucuz və etibarlı qaz tədarükçüsüdür”. Və yada salıb: Türkiyə istehlak etdiyi qazın 56%-i Rusiyadan alır – yəni demək olar ki, Türkiyə energetikası TANAP qaz kəmərinin inşasından heç də vəcdə gəlməyən Moskvadan tam asılıdır.  

Ərdoğan son zamanlar, – ekspert izah edir, – Rusiya ilə xeyirxah qonşuluq münasibətlərini qaydaya salmağa başlayıb ki, vaxt udsun və ona bu layihənin gerçəkləşməsinə mane olmaq imkanı verməsin”.

Gördüyümüz kimi, Türkiyə prezidenti Rusiya ilə düzəlişə bilib. Beləliklə, Moskvaya boyun əyən Türkiyə Rusiyanın təkcə TANAP layihəsinə “laqeydliyini” deyil, həm də “Türk axını”nın inşasına razılıq əldə edib. Hələ bu yaxınlaradək RF üçün düşmən ölkəyə iki şaxə üzrə ildə 30 milyard kubmetr qaz daxil olacaq. Bu həcmin yarısı Türkiyənin özündə istehlak üçün nəzərdə tutulub, qalan qaz isə Türkiyə ərazisindən Avropaya daxil olacaq.

Lakin Rusiya və Türkiyənin Qarabağ və Hələbə işarə etməsi haqda məlumat düzgündürsə, onda gözəl bir sövdələşmə alınıb. Düzdür, Qarabağla bağlı hələ bir yığın problem meydana çıxacaq, lakin, görünür, Türkiyə nizamlamada öz yerini “nişanlayıb” – birinci deyilsə də – bu, Rusiyaya ayrılıb – onda lap axırıncı da deyil.

Və Qarabağ problemi hər halda Bakının xeyrinə həll olunsa (politoloqlar bu haqda çoxdan, lakin Hələblə bağlı olmadan danışırdılar), Rusiya əvəzində digər əlavə məsələlər üzrə ondan “anlama” tələb etməsə, bu, Ərdoğanın Cənubi Qafqaqzda kiçik qələbəsi olacaq.

Amma, bax, yuxarıda göstərilən tərtibdə Rusiyanın qələbəsi böyük deyil, olduqca irimiqyaslı olacaq – Cənubi Qafqaz daxil olmaqla (bu, Azərbaycan kontekstində çox vacibdir) postsovet məkanında, Yaxın Şərqdə və hətta xarici siyasət prioritetlərindən tədricən geri çəkilən və arabir Şərqə boylanan Avropada.

Ciddi şəkildə deyilsə, burada təəccüblü heç nə yoxdur, çünki Rusiyaya uğulu kart düşüb – daha doğrusu, Avropa Birliyində parçalanma, AB “Şərq Tərəfdaşlığı” proqramının inkişaf ətaləti, ABŞ-da yeni prezident seçkisindən sonra tam aydın olmayan durumla Qərb bunu öz əliylə təqdim edib.

Ümumiyyətlə, Qərb dünyasında siyasi, maliyyə və digər gerçəkliklər dəyişilir, Avrasiyada isə inteqrasiya prosesləri güclənir. Aydındır ki, Moskva fürsəti qaçırmamağa cəhd edir.

 

Tərcümə Strateq.az-ındır.    




Yuxarı Əvvələ Ana Səhifə