XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

23 Mart 2015 - 07:51

Azərbaycanda daha bir bahalaşma anonsu

Azərbaycanda elektrik enerjisi bahalaşa bilər.

Strateq.az xəbər verir ki, bu barədə tanınmış ekspert Qubad İbadoğlu yazıb. Onun təhlilinə görə, hökumət sosial mahiyyətinə görə bu addıma gedə bilər. Bu da digər sahələrdə qiymət artımlarını tətikləyər:
“Azərbaycan manatının ucuzlaşmasından sonra bır sıra dövlət şirkətlərinin maliyyə vəziyyəti xeyli pisləşib. Onlar arasında “Azərenerji”Açıq Səhmdar Cəmiyyəti (ASC) xüsusilə fərqlənir. Kredit borcu əsasən valyuta ilə olan və xaricdən dövlət təminatı ilə ən çox kredit götürən “Azərenerji” ASC manatın devalvasiyasından sonra özünəməxsus maliyyə vəsaitləri hesabına borc öhdəliklərini yerinə yetirə bilməyəcək.
Bununla yanaşı, şirkətin sürətlə artan investisiya öhdəlikləri (4 milyard dollardan çox) və vergi borcları (1 milyard dollar manatadək) hazırkı situasiyada onun maliyyə sabitliyini daha pisləşdirib, ödəmə qabiliyyətini aşağı salıb. Şirkətin istehsal etdiyi məhsulun maya dəyərinə yanacaq, maşın və avadanlıqların xərcləri əhəmiyyətli paya malikdir. Belə ki, “Azərenerji” ASC-də yanacaq xərcləri şirkətin əməliyyat xərclərinin təqribən yarısını təşkil edir. Əgər”Azərenerji” ASC-yə ARDNŞ-in satdığı qazın qiymətlərində ucuzlaşma baş verməzsə və onun kreditor borcları dövlət büdcəsi hesabına bağlanmazsa; «xərclər plyus» mexanizmi ilə tariflərin müəyyənləşdirilməsinə keçilməyəcəyi təqdirdə şirkətin defolt olması ehtimalı getdikcə artır. Vəziyyətdən çıxmaq üçün mümkün yolların hər biri müxtəlif səviyyəli sosial risklərə malikdir. Birinci yol kreditor borclarının büdcədən qarşılanmasıdır.
Lakin neft qiymətlərinin kəskin ucuzlaşması səbəbindən proqnozlaşdırdığı gəlirlərin yarısını belə əldə etməyən Dövlət Neft Fondunun dövlət büdcəsinə transfer öhdəliklərində yaranan çətinliklər fonunda büdcə xərclərinin artımı deyil, ixtisarı daha çox ehtimal olunur. İkinci yol isə enerji tariflərinin «xərclər plyus» mexanizmi ilə tənzimlənməsidir.
Bu sistemə keçid elektrik enerjisinin qiymətlərinin bahalaşmasını şərtləndirir. Onun ardınca isə “Bakı metropoliteni” və “Azərbaycan dəmir yolları” qapalı səhmdar cəmiyyətlərində (QSC) sərnişinlər üçün gediş haqqının bahalaşması baş verə bilər. Bu yol sosial baxımdan daha riskli olsa da hökumətin hazırkı maliyyə durumunda daha real görsənir. Odur ki, elektrik enerjisinin qiymətinin bahalaşması labüddür və Tarif Şurasından belə qərarı istənilən anda (daha çox ehtimal olunan yay aylarında) gözləmək mümkündür. Amma, hökumət onu da nəzərə almalıdır ki, ərzaq xərclərinin bahalaşdığı indiki dövrdə bir çox ailələr hətta hazırkı tariflə elektrik enerjisini ödəməkdə belə çətinliklərlə qarşılaşırlar”.