XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Dekabr 2016 - 16:51

Çeçen xüsusi təyinatlıları Suriyada:Kadırovun batalyonu Bəşər Əsədi qoruyacaq

cecen-1

Zabel Mondro

Le Monde (Fransa), 09.12.2016

 

Suriya ordusu müttəfiqləri Rusiyaİranın dəstəyi ilə Hələbin şərq hissəsində məhəllə-məhəllə irəliləməkdədir. Dekabrın 8-də Rusiya Müdafiə Nazirliyində qeyd ediblər: “Bu gün yaraqlıların nəzarətində olan rayonların 70%-dən çox ərazisi azad olunub”.

Üsyançılar artıq münaqişənin beş il tüğyan etdiyi şəhərin şərqindəki son müqavimət ocaqlarından geri çəkilir, Moskva isə bundan sonra olacaqlara hazırlıq görməyə başlayır. Suriyaya hərbi polis rolunu oynayacaq və Latakiya əyalətindəki Xmeymim hərbi bazasının təhlükəsizliyini təmin edəcək çeçen xüsusi təyinatlısı göndərilib. Müdafiə Nazirliyinə yaxın saytlar və Rusiya KİV-ləri dekabrın 6-da təpədən dırnağa suilahlanmış, uçuşa hazırlaşan  əsgərlərin çəkildiyi mobil tetefonun videosunu yayıb.

Videoda eşidilir: “Ruslan, getməyi qərara aldın?”. “Hə, vəssalam. Getmək qərarına gəlmişəm”.

Səs davam edir: “Qoy Allah səni qorusun”.

Çeçencə danışan bu adamlar Çeçen Respublikasının paytaxtı Qroznıdan şimala sarı Xanqala hərbi bazasında yerləşmiş “Şərq”“Qərb” batalyonlarına aiddir. Hamısında qırmızı beret və hərbi polisi bildirən “MP” tikişi var.

 

Təcrübəli qoşunlar

 

Bu beretlər və fərqlənmə nişanları xüsusi bölmələrin yaradılması üçün yenidən təşkil edilən çeçen xüsusi təyinatlısına noyabrın axırında verilib. Onların dəqiq sayı haqda heç bir məlumat yoxdur. Ali İqtisadiyyat Məktəbinin baş müəllimi, şərqşünas Leonid İsayevin sözlərinə görə, çeçenlər sünni, yəni Suriyanın əksər sakinləri üçün dindaşdır və bu, onların yerli əhali ilə qarşılıqlı fəaliyyətini asanlaşdırmalıdır.

O, qeyd edir: “Əsədin tərəfində könüllü tam bir çeçen batalyonu vuruşur”.

Videoda bütün döyüşçülərin başı hamar vurulub ki, bu da onlar üçün tipik deyil. “Kommersant”ın qaynağının qeyd etdiyi kimi, bunu ona görə ediblər ki, İŞİD sıralarında vuruşan çeçenlərdən seçilsinlər.

2003-cü ildə formalaşdırılmış “Şərq” “Qərb” batalyonları 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində iştirak edib. Onlar o vaxtdan bəri ancaq Moskvanın müstəqil dövlət kimi tanıdığı Cənubi Osetiyada döyüşüb və indi Moskvada onların təcrübəsini xüsusi qeyd edirlər.

Yerüstü qüvvələrin göndərilməsində dekabrın 5-də Hələbin qərbində çevik hospitalın atəşə tutulması nəticəsində Rusiyanın beş hərbi həkiminin ölümü də təkan rolunu oynaya bilər. Növbəti gün Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədr müavini Vladimir Cabarov əlavə qüvvə göndərilməsini tələb edib.

 

Suriyada 23 nəfər həlak olub

 

Müdafiə Nazirliyinin mətbuat katibi, general-mayor İqor Konaşenkov az-az təsadüf edilən kəskin press-reliz yayıb və Qırmızı Xaçın, onun fikrincə, yetərsiz reaksiyasını tənqid edərək ABŞ, Britaniya və Fransanı Hələbdə qiyamçılara dəstəyə görə ittiham edib. O, qeyd edib: “Hərbçilərimizin qanına onların əli bulaşıb. Heç şübhəsiz, atışmanı “müxalifət” döyüşçüləri aparıb. Onların Rusiya hospitalının fəaliyyətə başladığı anda məhz qəbul şöbəsi haqda kimdən dəqiq məlumat aldığını başa düşürük”.

Hələbin şərqində “hərbi müşavir” qismində olan polkovnik Ruslan Qalitski də həmin gün yaralanıb.  O, bir neçə saatdan sonra keçinib. Bu yüksəkçinli zabitin həlakı Suriyada ölmüş Rusiya əsgərlərinin sayını 23-ə çatdırıb.

Hər necə olur-olsun, təhlükəsizlik yerüstü qüvvələrin göndərilməsinin yeganə səbəbi deyil. Çeçen hərbçilərinin Suriyada iştirakı güclü rəmzi ifadə edir, Rusiyanın ABŞ səfirliyinin oktyabrda yaydığı tvit buna işarə vurur. Onda 2000-ci illərin əvvəlində Rusiya gülləboranından sonra boşalmış Qroznının müasir şəkli dərc olunub. O, indi “dinc, müasir və çiçəklənən şəhər” olub. Heşteqlərin içində “Hələb” sözü keçir.

Çeçenistan lideri Ramzan Kadırov cümə axşamı Instagram-da bu hadisələrə  reaksiya verib, lakin batalyonların varlığı və Suriyaya göndərildiyini təkzib edib. O vurğulayıb: “Yaxşı məlumdur ki, Rusiya qoşunları Suriyada yerüstü əməliyyatlara qatılmayıb” və əlavə edib ki, ölkədə Rusiya bazası var və “bəzi komandalar gəlir, digərləri gedir”.

İstənilən halda hər şeydən göründüyü kimi, Moskva heç vaxt olmadığı qədər qətiyyətlə köklənib ki, üsyançıların Hələbin şərqindəki varlığına son qoysun. “Admiral Kuznetsov” aviadaşıyıcısı cümə axşamı Rusiya hərbi-dəniz bazasının yerləşdiyi Tartus limanına daxil olub. Müdafiə nazirliyinin 17 noyabrda qəbul etdiyi qərar üzrə onda yerləşdirilmiş avasiyanın vəzifəsi Hələbdən yaraqlıların və dinc sakinlərin qaçdığı İdlib əyalətinə zərbələrdən ibarətdir.

Tərcümə Strateq.az-ındır.