XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 13:21

Rusiya “Taliban”ı niyə silahlandırır? –Taleyin istehzası, dəyişən ssenari, təkrarlanan tarix...

t

Qayaxan Uyğur

Güneş (Türkiyə), 09.12.2016


Son zamanlar Əfqanıstanda baş verən hadisələr dünya tarixinin son 40 ildəki gedişini xeyli dəyişəcək. Qərblə İslam arasındakı qütbləşmə yeni şəkil alır. Rusiya "Taliban"la əməkdaşlığa başlayıb və qruplaşmaya silah, döyüş sursatı verir.

Əfqanıstanın müstəqilliyi uğrunda vuruşduğunu deyən, xeyli fərqli  istiqamətləri təmsil edən və terrorçu kimi müəyyən edilən bütün qruplaşmaları "Taliban" adlandırırlar.

Bir çox ölkələrin terrorçu təşkilatlar siyahısına daxil olan "Taliban"ın daha bir özəlliyi bundan ibarətdir ki, diqqətini tamamilə Əfqanıstana cəmləşdirib və başqa ölkələrdə fəaliyyət göstərmir.

2001-ci ildən ABŞ və NATO-nun başçılığı ilə beynəlxalq koalisiyann minlərlə hərbçisi Əfqanıstanda yerləşib; Qərbin "Taliban"la müharibəsi indiyədək davam etməkdədir.

 

Əvvəlcə işğala son qoyun

 

Amerika rəsmiləri son illərdə gileylənirlər ki, bu müharibə uzanır, NATO qüvvələrini isə dünyada tədricən işğalçı ordu kimi qəbul etməyə başlayırlar. Müdafiə naziri Eşton Karter bu ilin mayında "Taliban"ı dialoqa çağırdı. "Taliban" bildirdi ki, bu təklifi Amerika hərbçilərinin ölkəni tərk edəcəyi halda qəbul edəcək.

Hazırda Əfqanıstanda ABŞ-ın cəmi 10 min hərbçisi var. Obama bildirib ki, bunun yarısı 2017-ci ildə çıxarılacaq. Bu məsələdə Trampın mövqeyi isə hələlik məlum deyil. Digər tərəfdən, Amerika KİV-lərində məlumat verilir ki, Qətərdə "Taliban"la gizli görüşlər keçirilib.

Taliban təşkilatının yeni lideri Heybətulla Axundzadə intellektual lider kimi tanınır. Görünür, Əfqanıstanda koalisiya qüvvələri ilə İran arasında münasibətlərin son illərdə möhkəmlənməsi və İranın şiə əfqanlar vasitəsilə ABŞ-a dəstək verməsi faktı "Taliban"ın strategiyasına təsir edib. Siyasi icmalçılar bu kontekstdə koalisiya qüvvələrinin Əfqanıstandan uzaqlaşdırılmasında Rusiya ilə "Taliban" arasında sıx əməkdaşlığın qurulmasını strateji baxımdan mühüm hadisə kimi qeyd edirlər.

 

Tarix geri dönür

 

"Reuters" agentliyinin məlumatlarına əsasən, Amerika rəsmiləri və hərbçiləri Rusiya və "Taliban" arasında münasibətlərin necə inkişaf etməsindən son dərəcə narahatdırlar. Tarix praktik olaraq geri dönüb və ssenari tamamilə dəyişilib.

Məlum olduğu kimi, Əfqanıstanda vətəndaş müharibəsi Sovet İttifaqının ölkəni işğal etdiyi 1979-cu ildə başlanıb. “Əl-Qaidə” təşkilatına bağlı və ABŞ-ın Pakistan sərhədində yaratdığı ofislərdə “qeydiyyatdan keçən” əcnəbi yaraqlılar sovet Rusiyasına qarşı müharibəyə başladılar. Qərbin dəstəyi ilə on il çəkən bu müharibə bitəndə Əfqanıstan müstəqillik qazandı. Sovet İttifaqı dağıldı, kommunizmdən imtina edildi və təkcə Rusiya qaldı. Taleyin istehzası il bu gün ABŞ-a qarşı oxşar hərəkat müşahidə olunur və bu dəfə hərəkatı ruslar dəstkləyir. Ümid  edək ki, dağılmış Sovetlərin taleyini digərləri də bölüşəcək.

 

1980-ci illərdəki kimi

 

1980-ci illəri xatırlayanların hamısı rusların "Taliban"a yardımı haqda iddiaları necə inkar etdiklərini təbəssümlə qarşılayır. Çünki o illərdə ABŞ oxşar mövqeyi tuturdu. Rusiya rəsmiləri "Taliban"la münasibətlərini etiraf edir, lakin deyirlər ki, onların məqsədi bu təşkilatı danışıqlara təhrik etməkdir. Bununla belə, Pakistan bir vaxtlar logistik baza kimiydi və bu gün Tacikistan bu durumdadır; yeganə fərq əcnəbi yaraqlıların keçirilməməsindədir. Çünki Əfqanıstanda böyük dəstək tapan "Taliban"a əcnəbi yaraqlılar lazım deyil.

Amerikalı komandir, general Con Nikolson bu durumu son dərəcə təhlükəli sayır və keçən həftə Vaşinqtondakı brifinqdə deyib ki, Rusiya "Taliban"a legitimlik verir. Rusiya XİN rəsmi təmsilçisi Mariya Zaxarova isə, əlbəttə, bütün bunları inkar edir.

 

Taliban çox şaddır

 

"Taliban" təmsilçiləri "Reuters"lə söhbətdə deyirlər: “Bizim düşmənimiz ümumidir. Biz ABŞ və müttəfiqlərini Əfqanıstandan qovmaq istəyirik. Ruslar da istəyirlər ki, bütün xarici qüvvələr ölkədən çıxsınlar”.

Əvvəllər Əfqanıstanda ABŞ-a yardım göstərmiş Rusiyanın bu yeni mövqeyi 2014-cü ildə Ukraynaya Qərb müdaxiləsindən sonra biçimlənib. Ruslar ABŞ-ın Donbas və Krımda onların ölkəsi üçün təhlükə təşkil etdiyini görərək Əfqanıstanda "Taliban"ı dəstəkəməyə başlayıblar. 15 iyul çevriliş cəhdini yaşamış və işğal təhlükəsilə üzləşmiş Türkiyə də, ən azı, öz hərbçilərini Əfqanıstandan çıxarda bilər. Amerikayönlü Əfqanıstan hökumətinin Qunduzdakı komandiri Qasım Canqalbayın qeyd etdiyi kimi, döyüşlərdə ələ keçən Rusiya istehsallı xeyli silah, sərhəd bölgələrində aşkarlanan tanınmamış helikopterlər Rusiya yardımının ən mötəbər sübutudur. Canqalbay deyir ki, "Taliban"ın bu rayondakı canişini molla Əbdülqasım daim ruslarla təmasdadır: “Onlar yer-hava zenit raketlərin əldə etsələr, bizə ancaq sülh haqda xülyaya düşmək qalır”.

 

ABŞ-ın İŞİD fəndi

 

"Taliban"ın Rusiya ilə yaxınlaşmasının daha bir səbəbi İŞİD terror təşkilatının son zamanlar Əfqanıstanda peyda olmasıdır. ABŞ Obama administrasiyasının yaradıb bəslədiyi İŞİD-i Əfqanıstana gətirib ki, "Taliban"ın müqavimətini qırsın. Bu durumdan olduqca narahat yerli qüvvələr əvvəllər irimiqyaslı mübarizə apardıqları Rusiya ilə sazişə üstünük verirlər.

Amerika generalı Nikolsondan bu haqda fikrini soruşarkən qeyd edib ki, bütün bunlar Rusiya üçün yalnız bəhandəir. "Taliban"ın sözçüsü Zəbihulla Mücahid isə deyir: “Rusiya ABŞ və müttəfiqləri ilə mübarizədə bizi dəstəkləyir və buna çox şadıq. İŞİD ABŞ üçün həll ola bilməz”.

Münasib iraddır!

 

Tərcümə Strateq.az-ındır.  




Yuxarı Əvvələ Ana Səhifə