XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 10:24

Azərbaycanı dost sayan konqresmen ABŞ-ın Daxili İşlər naziri ola bilər –Tramp sabiq xüsusi təyinatlının adı üzərində durub

ryan-zinke-seal-2

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qarşıdakı 4 ildə bu nəhəng dünya gücünü idarə edəcək komandasının əsas heyətini formalaşdırmaqda davam edir.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Tramp ABŞ-ın Daxili İşlər naziri postuna gətirmək istədiyi şəxsin də adını açıqlayıb. Bu, 1961-ci il təvəllüdlü, Respublikaçılar partiyasından Nümayəndələr Palatasının üzvü, 1986-cı ildən 2008-ci ilə qədər ABŞ-ın məşhur "Navy SEAL" (“Dəniz suitiləri”) xüsusi təyinatlı dəstəsində zabit kimi xidmət keçmiş Ryan Zinkdir. Ryan Zink ABŞ-ın İraqdakı xüsusi əməliyyatlarında yer almış önəmli isimlərdən biri sayılır. 

Ancaq sabiq xüsusi təyinatlının Trampın təklifinə razılıq verib-vermədiyi barədə hələlik hər hansı informasiya yoxdur.

Strateq.az bildirir ki, Ryan Zinkin adı azərbaycanlılara yad deyil. Əksinə, o, Ermənistan-Azərbaycan münaqişəsində birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edən dost amerikalılardan sayılır.

Xatırladaq ki, ABŞ Konqresində Montana ştatını təmsil edən Ryan Zink bu ilin aprel ayında Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan hadisələr zamanı Ermənistanı sərt tənqid edən bəyanatla çıxış etmişdi.

Həmin vaxt sərhəddəki toqquşmalardan narahatlığını ifadə edən konqresmen Zink, cəbhə xəttindəki toqquşmanın məhz Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da vitse-prezident Co Baydendövlət katibi Con Kerri ilə görüşlərindən dərhal sonra baş verdiyinə diqqət çəkmişdi. Konqresmen Zink həmin məşhur bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulamış, Ermənistanın isə regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması faktından təəssüfünü bildirmişdi.

Strateq.az