XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 13:04

Hərbi xidmətdən anlayışı olmayan prokurorun kimliyi bilindi –Komitə sədrinin qardaşıdır, istintaqa nəzarət edir (VİDEO)

prokuror-1

Mərhum Prezident Heydər Əliyevi anım günündə prokurorluq əməkdaşlarının Fəxri Xiyabanı – Heydər Əliyevin məzarını ziyarəti zamanı maraqlı hadisə baş verib. Yayılan videokadrlarda belə bir an diqqəti cəlb edib ki, prokurorlardan biri hərbi salamı sol əllə verib. 

Dünəndən etibarən düzgün hərbi salam verə bilməyən prokurorun kimliyi ciddi müzakirələrə səbəb olub.

İnternetdə, sosial şəbəkələrdəki müzakirələrdə hərbi salamı sol əllə verən prokurorun kimliyi açıqlanmasa da, prokurorun sağ əlinin protez olduğu, bu səbəbdən də hərbi salamı digər əliylə verdiyi iddiaları irəli sürülüb.

Strateq.az BakiPost.az-a istinadən bildirir ki, sözügedən şəxs Bakı şəhər Prokurorluğunun prokurorluqda İstintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanovdur.

Bundan əlavə, onun əlinin protez olması məlumatı da yalandır.

Baş Prokurorluqdan faktı sayta təsdiqləyiblər.

Məlumat üçün bildirək ki, 1991-ci ildən prokurorluq orqanlarında işləyən Tariyel Qurbanov əvvəllər Tovuzun, Qaradağın və Hacıqabulun prokuroru vəzifəsində işləyib.

O, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

 




Yuxarı Əvvələ Ana Səhifə