Məşhur iş adamı «Hafka» ləqəbli Hafiz Məmmədovla Avropa Yəhudilərinin Baki Dini İcması arasında pul qalmaqalı yaşanır.
Bu barədə Strateq.az-a daxil olan məlumata görə, Avropa Yəhudilərinin Bakı Dini İcmasın Hafiz Məmmədova məxsus olan və son illər maliyyə sıxıntısı yaşayan «Bank of Azerbaijan» ASC-ni məhkəməyə verib.
Məlumata görə, bankın müflis olması ilə bağlı yayılan xəbərlərdən sonra isə bir sıra müştərilər kimi, sözügedən icmanın rəhbərliyi bankda olan hesabından pulunu çıxara bilmir: «Buna görə də icma məhkəməyə üz tutub. Artıq tərəflərin məhkəmə mübahisəsinə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılıb. İş hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır».
Strateq.az xəbər verir ki, yəhudilərlə «Bank of Azerbaijan» ASC arasındakı mülki mübahisə Bakı Apellyasiya Məhkəməsində hakim Kəmalə Ağayevanın sədrliyi ilə baxışa qəbul olunub: «Hakim şikayət üzrə mart ayının 3-də iclas keçirəcək».