XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 19:24

1 ilə 1,57 trilyon dollar…- Ən çox hansı ölkələr silahlanır?

silah

Maliyyə böhranı ilə bağlı uzun illərdir davam edən «büdcə qayçılaması»ndan sonra bir çox ölkələr yenidən hərbi büdcələrini artırırlar. 2015-ci il hərbi sahədə “qənaətli büdcə” rejiminə son qoydu. 2016-cı il isə müdafiə xərclərinin artırıldığı il kimi yadda qaldı.

İHS analitik şirkətinin ekspertləri 105 ölkədə araşdırma apararaq maraqlı nəticələr əldə ediblər. Qeyd edək ki, dünya üzrə müdafiə xərclərinin 99 faizi məhz bu ölkələrin payına düşür.

Araşdırma zamanı məlum olub ki, 2016-cı ildə bu ölkələr öz ordularına ümumilikdə 1,57 trilyon dollar vəsait xərcləyiblər. Bu, 2015-ci illə müqayisədə 200 milyard daha çoxdur.

«İlk onluq»un hərbi xərcləri isə bu nəhəng məbləğin 74 faizini təşkil edir.

IHS Markit proqnozlaşdırır ki, 2020-ci ildə müdafiə xərcləri 1,63 trilyona çatacaq və yüksəlməyə davam edəcək. 

Artımın əsas səbəbləri kimi bunlar göstərilir – Rusiyanın Ukraynaya müdaxiləsi, terrorizm və miqrasiya böhranı, həmçinin Cənubi Çin dənizində gərginlik.

Diqqətçəkən məqamlardan biri də Rusiyanın ilk dəfə olaraq hərbi xərclərini azaltması olub. Ötən il Rusiya hərbiyə 48,4 milyard dollar xərcləyib ki, bu da bir il əvvəllə müqayisədə 6,6 faiz daha azdır. Hərbi büdcəni azaltmaqla Rusiya «ilk beşlik»dən də çıxmış olub.

Avropa Birliyi

Avropalıları təkcə miqrantlar yox, həm də terrorçular qorxuya salıb. Avropanın təhlükəsizliyinə risklər arasında cənubda yerləşən, iqtisadi cəhətdən stabil olmayan Avropa Birliyi ölkələri, həmçinin «Brexit» (Britaniyanın Avropa Birliyindən çıxması) var.

Britaniya, Fransa və Almaniya «ilk onluq»a düşən lider ölkələr sırasındadır. Daha dəqiqi, Britaniya 53,8 milyardla üçüncü, Fransa 44 milyardla 7-ci, Almaniya 35,8 milyardla doqquzuncu yerdədir.

Ekspertlərə görə, 2020-də Almaniyanın müdafiə xərcləri 39,4 milyarda çatacaq. Eynilə Fransa da terror təhlükəsinə görə hərbi büdcəsini bir neçə dəfə artıracaq.

Baltikyanı ölkələr

Hərbi xərcləri ən çox artıran Baltikyanı ölkələr olub. Rusiyanın Krımı ilhaq etməsi və Ukraynanın şərqinə müdaxiləsi onlara pisxoloji zərbə olub.

Əgər 2014-cü ildə Litva və Estoniya müdafiə xərclərinə 981 milyon ayırmışdısa, 2016-da bu rəqəm 1,45 milyard olub. Yaxın illərdə bunun 2,1 milyarda yüksələcəyi proqnozlaşdırılır. Ukrayna böhranından bu yana region üzrə silah alışı iki dəfə artıb. 

ABŞ

Hazırda siyahının lideri 622 milyard dollarlıq büdcə ilə Birləşmiş Ştatlardır.

Çin

İkinci yerin sahibi Çindir. Bu il ölkənin hərbi xərcləri 192 milyard dollar olub. Bu, ötən illə müqayisədə 11 milyard daha çoxdur.
 
Yaponiya onillik qənaət rejimindən sonra yenidən hərbi büdcəsini artırıb. 2016-cı ildə ölkə müdafiəyə 41,68 milyard dollar xərcləyib.

Analitiklərin dediyinə görə, Tokio bu sahədə Pekinlə ayaqlaşa bilmədiyi üçün hər qəpiyinin səmərəli istifadəsinə xüsusi diqqət yetirir. 

Britaniya

Qeyd etdiyimiz kimi, siyahının 3-cüsü 53,8 milyardlıq büdcəylə Britaniyadır.

Hindistan

Hindistan Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq reytinqin dördüncü pilləsində yer alıb. 

Ölkənin builki hərbi büdcəsi 50,69 milyard dollar olub. Bu, bir il əvvəlki büdcə ilə müqayisədə 8,6 faiz daha çoxdur.

Yaxın bir neçə ildə Hindistanın bir qədər də irəli gedərək Britaniyanı «ilk üçlük»dən çıxaracağı bildirilir. Bu isə ölkənin həm də silah istehsalçıları üçün əsas bazara çevriləcəyi deməkdir.

Strateq.az
 




Yuxarı Əvvələ Ana Səhifə