XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 20:47

Regionu qarışdıracaq siyasi qətl:Rusiyanın Türkiyədəki səfiri belə öldürüldü! (FOTOLAR, VİDEO)

andrey-karllov

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova silahlı hücum olub.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, hadisə səfirin iştirak etdiyi Rusiya ilə bağlı fotosərginin açılışında baş verib.

Sərgi salonuna daxil olan naməlum silahlı şəxs çıxş etmək üçün tribunaya yaxınlaşan səfirə atəş açaraq, onu güllələyib. Ağır yaralanan səfir təcili yardımla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb…

TRT-nin hadisə yerində olan müxbirinin məlumatına görə, həmin an ətraf şəxslər və səfir sui-qəsdçiyə "vurma, lazım deyil" desə də, həmin şəxs soyuqqanlıqla səfirin başının sağ arxa tərəfinə doğru 3 dəfə atəş açıb… 

Məlumata görə, hadisəni törədən ortaboylu, gənc biridir. O, səfiri güllələdikdən sonra içəridəkiləri də girov alıb. Bundan sonra o, Hələblə bağlı vəziyyətə etiraz edərək, belə sui-qəsdə əl atdığını bəyan edib.  

Hadisə yerində olan TRT-nin müxbirinin sözlərinə görə, sui-qəsdçi bir qadın media mənsubu ilə tədbirə daxil olub. 

Hadisə yerinə dərhal yeridilən xüsusi təyinatlılar əməliyyat keçirib. Sui-qəsdçinin zərərsizləşdirilməsi əməliyyatı zamanı atəş səsləri də eşidilib, yaralıların olduğu billdirilir. Hadisə yerinə xeyli təcili yardım maşını da göndərilib.

Hadisənin baş verdiyi ərazi ABŞ-ın Ankaradakı səfirliyinin bir addımlığında olduğu üçün ciddi nəzarətə alınıb. Daxli işlər naziri Süleyman Soylu, Ankara valisi və digər rəsmilər hadisə yerinə gəlib.

Sui-qəsdçinin və vurulan səfirin fotosu ilə tanış olun:

sefiri-olduren

https://www.youtube.com/watch?v=QhspMwHxUZY




Yuxarı Əvvələ Ana Səhifə