XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

25 Dekabr 2016 - 11:45

Rusiya təyyarəsi Qara dənizə düşdü- 92 nəfərin olduğu təyyarədə Birinci Kanalın və NTV-nin jurnalistləri də var (YENİLƏNİR)

Rusiya Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarədəki KİV əməkdaşlarının adlarını açıqlayıb.

«Zvezda» kanalından müxbir Pavel Obuxov, operator Aleksandr Suranov, köməkçi operator Valeriy Rjevskiy; 

Birinci kanaldan Dmitriy Runkov, Vadim Denisov və Aleksandr Soydov;

NTV-dən Mixail Lujetskiy, Oleq Pestov və Yevgeniy Tolstov.
 

*******

Soçidə qəza qurbanlarının yaxınları üçün operativ qərargah yaradılıb. Moskva meriyası da bu itiqamətdə dəstək verəcək.

*******

Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general İqor Konaşenkov artıq sərnişinlərdən bir neçəsinin cəsədinin aşkarlandığını deyib.

*******

Qara dənizdə qəzaya uğrayan “Tu-154” təyyarəsinin qalıqları Soçi sahillərindən yarım kilometr uzaqlıqda – 50-70 metr dərinlikdə tapılıb.

Dəniz sahilindən 6 kilometrlik məsafədə isə təyyarənin təkər hissəsi və yağ ləkələri aşkarlanıb.

Xilasedicilər qəzadan kiminsə sağ qurtulmasını istisna edirlər.

*******

Bu gün səhər saatlarında Rusiya Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsi Soçidə havaya qalxdıqdan bir qədər sonra radarlardan itib.

Az sonra təyyarənin Qara dənizə düşdüyü məlum olub. Hələlik sərnişinlərdən birinin cəsədi tapılıb. 

Göyərtəsində 84 sərnişinin və 8 ekipaj üzvünün olduğu təyyarə Soçidən Suriyadakı Xmeymim hərbi bazasına uçurdu. Bazadakı rus hərbçilərə yeni il konserti təşkil olunacaqdı.

Təyyarədə hərbçilər (8 nəfər), Aleksandrov adına ansamblın musiqiçiləri (64 nəfər) və KİV nümayəndələri (Rusiyanın Birinci Kanalının (3 nəfər), "Zvezda” telekanalının əməkdaşları (3 nəfər) və NTV-nin çəkiliş qrupu (3nəfər) ) olub.

Rusiya İstintaq Komitəsi baş vermiş təyyarə qəzası ilə bağlı cinayət işi başladıb.

 




Yuxarı Əvvələ Ana Səhifə